ELANLAR

FAYDALI LİNKLƏR

AXTARIŞ

FOTOALBOM

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

SAAT

TƏQVİM

«  İyun 2016  »
BB.erÇ.axÇC.axCŞ
   1234
567891011
12131415161718
19202122232425
2627282930

FOTOALBOM

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye


13:34
“Müşfiqin ürəyi yarpaqdan incə”
 

Yasamal rayon İcra Hakimiyyətinin, Mədəniy-yətsünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və Müşfiqsevər ziyalılarınn birgə təşkilatçılığı ilə ölməz şair Mikayıl Müşfiqin 108-ci illiyinə həsr olunmuş “Müşfiqin ürəyi yarpaqdan incə” adlı poeziya günü keçirildi.

Tədbiri ziyalı Müşfiqsevər ağsaqqal Adil Sadıxov açaraq sözü Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradovaya verdi. Təravət Muradova vurğuladı ki,Müşfiq Azərbaycan poeziyasının yaranmasında və inkişafında böyük rolu oynamış nadir istedadlı şairlərdəndir , və xoşbəxt şairlərdəndir, çünki bu gün burada bu qədər Müşfiqsevərlər toplaşıb.

Tədbirdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən iştirak edən Təbliğat və statistik araşdırmalar şöbəsinin müdiri M.Müşfiq və C.Cabbarlı mükafatı laureatı Sənan Talıbov çıxış edərək Mərkəzin rəhbərliyi adından bütün iştirakçıları salamlayaraq Mikayıl Müşfiqin həyat və yaradıcılığından bəhs etdi.

Sonda əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə, şairlər Oqtay Rza, Müşfiq Cabiroğlu, Vahab İsmayılzadə, alim Firudin Qurbansoy, professor Rafiq Sadıqov, “Cahan İdman Klubu” İctimayi Birliyinin sədri Elçin Eyvazov, rəssam Minayə Feyzullayeva, M.Müşfiq adına 18 saylı tam orta məktəbinin müəllimi Ənvər Səfərov və şagirdləri, aktyor Rasim Məmmədov, aşıq Aidə Gülgəz və xanəndə İnci Şırvanlı çıxış edərək Müşfiq poeziyasının tükənməz çeşməsindən bir birindən gözəl əsərlərini dinləndirərək poeziya gününə rəng qatdılar.

Tədbir Müşfiqin dünyaya göz açdığı Xızı rayonu Sayadlı kəndində davam etdi.

Baxış sayı: 286 | Xəbəri yerləşdirdi: yasamalbelediyye |