SAAT

ELANLAR

FAYDALI LİNKLƏR

FOTOALBOM

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

ONLİNE ÖDƏMƏ

TƏQVİM

«  Mart 2018  »
BB.erÇ.axÇC.axCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031

FOTOALBOM

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye


16:45
Martın 16-da Yasamal istirahət parkında Novruz bayramı qeyd edildi
      

Martın 16-da Yasamal istirahət parkında rayon İcra Hakimiyyətinin və Yasamal Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Novruz bayramı qeyd edildi.Bayram şənliyində Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əziziov,Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərov və bələdiyyənin əməkdaşları,rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri,rayonun ali,orta ümumtəhsil müəssisə və təşkilatlarının rəhbərləri iştirak etdilər.

Eyni zamanda Yasamal rayonunda Novruz bayramı münasibətilə Mənzil-Kommunal İstismar sahələrinin ,bələdiyyə işçilərinin və sakinlərin iştirakı ilə yaşayış binalarının ətrafında və məhəllədaxili ərazilərdə iməclik keçirilmişdir.Bələdiyyənin inzibati ərazisindəki binaların qarşısında abad həyətlər yaradılmış,bu həyətlərdə sakinlərin asudə vaxtlarının keçirilməsi məqəsdilə yaşıllıqlar salınmış, məişət tullantıları meydançaları ağardılmış, konteynerlər rənglənmiş və ətrafında profilaktiki dezinfeksiya-təmizlik işləri aparılımışdır. Binaların məhəllədaxili ərazisində “Abad həyət”lərdə söhbətgahlar,oturacaqlar, uşaq əyləncə-idman qurğu və elementləri təmir edilərək rənglənmişdir, bundan əlavə bələdiyyə tərəfindən bir çox binaların həyətlərində asfalt-beton və təmir bərpa işləri görülmüşdür.Həmçinin Yasamal Bələdiyyəsi tərəfindən aztəminatlı ailələrə Novruz hədiyyələri paylanılmışdır.

 

 

 

 | Baxış sayı: 10 | Xəbəri yerləşdirdi: yasamalbelediyye |