ELANLAR

FAYDALI LİNKLƏR

AXTARIŞ

FOTOALBOM

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

SAAT

TƏQVİM

«  May 2016  »
BB.erÇ.axÇC.axCŞ
1234567
891011121314
15161718192021
22232425262728
293031

FOTOALBOM

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye


14:12
Yasamal Bələdiyyəsinin 2015- ci ildə gördüyü işlərin hesabatı
 

    2015-cü il ərzində Bələdiyyənin 13 iclası keçirilmiş və iclaslarda rayonun yerli sosial-humanitar, abadlıq və digər problemlərinin həlli  üzrə 72 məsələyə baxılmış, hər bir məsələ üzrə müvafiq qərar qəbul edilərək onların icrası təmin edilmişdir. Hesabat dövründə Bələdiyyəyə rayon sakinlərindən və ayrı-ayrı hüquqi şəxslərdən ümumilikdə 475  müraciət daxil olmuşdur. Bütün müraciətlər mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılmış, kollegial qərar qəbul edilməsinə ehtiyac olan məsələlər Bələdiyyə iclasına çıxarılaraq hər bir müraciət üzrə konkret qərarlar qəbul edilərək icraс тəmin edilmişdir. Nəticədə Bələdiyyə tərəfindən 1341 ünvana cavab məktubları, sorğular, bildirişlər  və müraciətlər göndərilmişdir. Keçən müddət ərzində bələdiyyənin daha səmərəli fəaliyyətini təmin etmək məqsədilə təşkilati-idarəetmə strukturunu təkmilləşdirmiş, bələdiyyənin maliyyə-iqtisadi bazası möhkəmləndirilmişdir. Bələdiyyə idarəçiliyində müasir idarəetmə texnologiyalarını tətbiq etməklə vahid informasiya  bazası yaradılmış və əhaliyə göstərilən ictimai xidmətlərin səviyyəsi xeyli dərəcədə yaxşıllaşdırılmışdır. Eyni zamanda  Yasamal Bələdiyyəsinin yeni inzibati binasında texniki və digər təhcizatla bağlı işlər başa çatdırılmış, rayon ərazisində yerli özünüidarəetmənin səmərəli həyata keçirilməsi üçün bələdiyyə üzvləri və qulluqçuları üçün müvafiq xidməti şərait yaradılmışdır. Bələdiyyənin səmərəli fəaliyyəti onun güclü iqtisadi potensialına malik olmasından  birbaşa asılıdır. Ona görə də bələdiyyəmizin maliyyə vəziyyətinin yaxşılaşdırılması  üçün ilk növbədə yerli vergi və ödənişlərin yığılması prosesi təkmilləşdirilmiş və vergi ödəyicilərinin avtomatlaşdırılmış uçotu sistemi yaradılmış, yerli vergi və ödənişlərin əhali tərəfindən asan ödənilməsi məqsədilə Yasamal bələdiyyəsi emanat ödəniş terminallarına qoşulmuşdur. Aparılmış məqsədyönlü tədbirlər nəticəsində qeydə alınmış vergiödəyicilərin sayı 25 minə çatdırılmış, 50 minə yaxın vergiödəyicisinə tədiyyə bildirişləri verilmişdir. 2015-ci ildə Yasamal bələdiyyəsinin gəlirləri 546 899 manat, xərcləri isə 512 232 manat təşkil etmişdir.

 

Gəlirlər:

Fiziki şəxslərdən torpaq və əmlak vergisi- 251630 man.

Mehmanxana sanatoriya  və turizm xidmətlərinə görə ödənişlər-  77430 man.

Avtomobil dayanacaqlarından rüsum- 5269  man.

Torpaq icarə haqqı-  26260 man.

Bələdiyyə əmlakının özkəninkiləşdirilməsindən  gəlir- 4160 man.

Bələdiyyənin digər fəaliyyətindən daxil olan gəlirlər- 12150 man.

Dövlət büdcəsindən verilən dotasiya- 170 000 man.

Xərclər:

Aparatın saxlanması xərcləri- 241176  man.

Sosial müdafiə və sosial təminat xərcləri-  55 534  man.

Mənzil kommunal, abadlıq və quruculuq xərcləri- 185 987  man.

Digər xərclər- 29535  man.  

   Bildiyiniz kimi yerli vergi və ödənişlərin yığılması, bələdiyyə büdcəsinin lazımi səviyyədə formaılaşdırılması və onun maliyyə potensialının gücləndirilməsi, ilk növbədə bələdiyyə əhalisinin mənafeyinə uyğun yerli problemlərin həlli ilə bağlı sosial-iqtisadi, abadlıq-quruculuq və ekoloji proqramların reallaşdırılmasına xidmət etməlidir. Bu baxımdan Yasamal Bələdiyyəsi yaşayış məhəllələrin abadlaşdırılması və nümunəvi abad məhəllələr yaradaraq yerli sakinlərin istifadəsinə verilməsi sahəsində müəyyən təcrübə toplamış və müsbət nəticələr əldə etmişdir. Belə ki, bələdiyyəmiz  fəaliyyətə başladığı ilk gündən işini  inzibati ərazidə yaşayan sakinlərlə əlaqəli şəkildə qurmağa və yerli əhalinin bələdiyyənin fəaliyyətinə cəlb etməyə çalışmışdır.  Fəaliyyət planımız sakinlərin sosial sifarişləri ilə bağlı daxil olan müracətlər əsasında tərtib olunur. Ərazidə yaşayış məhəllələrin abadlaşdırılması zamanı da  yerli əhalinin istək və arzularının nəzərə alınmasını vacib şərt kimi dəyərləndiririk. Bu məqsədlə bələdiyyənin inzibati ərazizində yaratdığımız məhəllə komitələrinin imkanlarından  maksimum  istifadə edirik. Onlara bələdiyyənin fəaliyyəti, funksiya və səlahiyyətləri, yerli vergi və ödənişlərin ödənilməsi, habelə məhəllə komitələrinin bələdiyyənin işində biləvasitə iştirakı ilə bağlı müvafiq maarifləndirmə işləri aparılır və eyni zamanda yerli problemlərin öyrənilməsi məqsədi ilə sorğular keçirilərək aşkar edilmiş problemlərin birgə həllinə nail olunur. Əhali ilə birgə fəaliyyətin vacibliyini nəzərə alaraq 2015-ci ilin birinci yarımilində də  10 yeni məhəllə komitəsi yaradılmış və beləliklə də  Yasamal bələdiyyəsində  məhəllə komitələrinin sayı 84-ə çatdırılmışdır. Bu istiqamətdə işlərimizi davam etdiririk.

    Bələdiyyə ərazisində yaşayan sakinlərin biləvasitə köməyi və dəstəyi ilə “Bir Bələdiyyə -azı bir layihə” çərçivəsində Yasamal Bələdiyyəsi tərəfindən son 5 il ərzində 5 yaşayış məhəlləsində, sakinlərin bütün sosial təbəqələri üçün hər cür şəraiti olan nümunəvi abad məhəllələr yaradılaraq onların idtifadəsinə verilmişdir. Abadlaşdırılmış məhəllələrdə sadə idman meydançaları tikilmiş və lazımi idman qurğuları ilə təchiz edilmişdir.

   Bələdiyyə iclasının qərarı ilə məhəllələrdə abadlıq-quruçuluq işləri, ilk növbədə daha çox vergi ödəyən məhəllə komitələrinin ərazisində aparılması müəyyənləşdirilmişdir. Belə bir qərarın qəbul edilməsində məhəllə komitələri də iştirak etmiş və stimullaşdırıcı amil kimi  bu təcrübə tərəfimizdən son illərdə uğurla tətbiq edilir. Bələdiyyə büdcəsinə ödənilən vergilərin əsasən də məhəlləsinin abadlaşdırılmasına  və orada yaşayan aztəminatlı ailələrə maddi yardımlara yönəldilməsi barədə məlumatı olan və qonşu məhəllələrin timsalında bunu  faktiki görən sakinlər vergilərin vaxtında ödənilməsində özləri maraqlı olurlar.  Təcrübə göstərir ki, məhəllələrin abadlaşdırılması zamanı yerli əhalinin bələdiyyə işinə cəlb edilməsi, bələdiyyə fəaliyyətində şəffaflığın təmin edilməsinin əsas şərti kimi ictimai nəzarətin həyata keçirilməsinə şərait yaratmaqla bərabər, yerli əhalidə təşəbbuskarlığı da artırmış olur. Eyni zamanda  istifadəyə verildilkdən sonra abadlaşdırılmış məhəllələrin qorunub saxlanması və yaşıllıqlara xidmət edilməsi işinin təşkilini maraqlı tərəf kimi məhəllə sakinləri  öz üzərinə götürürlər.

Qeyd etdiyim müsbət nəticələri nəzərə alaraq ərazidə məhəllələrin abadlaşdırılması işində  sakinlərin daha aktiv iştirakını təmin etmək məqsədilə tərəfimizdən məhəllə komitələrinin işinin daha səmərəli qurulması üçün onların koordinasıya şurası yaradılmış və imkanlarından maksimum yararlanmaq istiqamətində işlərimizi davam etdiririk. Məlumat üçün bildiririk ki, 2015-ci il ərzində  də  rayon ərazisində  növbəti bir yaşayış məhəlləsinin abadlaşdırılmasını planlaşdırmışıq.  Dörd  hündürmərtəbəli yaşayış binasını  özündə birləşdirən və  500-ə yaxın ailə olmaqla 2000 nəfərdən çox əhalinin yaşadığı məhəllədə hal-hazırda məhəllə komitəsinin yaradılması, sakinlərin iştirakı ilə  məhəllənin planlaşdırılması, görüləcək abadlıq işlərinin smetasının müəyyənləşdirilməsi  və  yerli vergilərin yığılması   istiqamətində müvafiq işlər aparılır.

Cari ilin 1-ci rübündə rayonun M. Rahim 20 yaşayış məhəlləsi tam abadlaşdırılaraq sakinlərin istifadəsinə verilmişdir.

    Hesabat dövründə Respublikamızda keçirilən I Avropa oyunlarına hazırlıq və oyunların keçirilməsi ilə bağlı tədbirlərdə də  Yasamal  Bələdiyyəsi fəal iştirak etmiş və öhdəsinə düşən məsələləri vaxtında və yüksək məsuliyyət hissi ilə yerinə yetirmişdir. Rayon ərazisindən keçən  olimpiya marşurut yollarının kənarlarında təmir-tikinti və yaşıllaşdırma işləri aparılmış, bu məqsədlə bələdiyyə büdcəsindən 53 min manat maliyyə vəsaiti xərclənmişdir.

   Rayonun İ.Qutqaşınlı, Q. Xəlilov, B. Xəlilov küçələrində yeni çəkilmiş yolun ətrafının müasir üzluk materiallardan hasarınmasını rayon icra hakimiyyəti ilə birlikdə həyata keçirilmiş, qeyd olunan 696 kv.m. hissəsi bələdiyyə büdcəsi hesabına yerinə yetirilərək bu məqsədlə 50 min manat xərclənmişdir.

    İl ərzində rayonun məhəllədaxili yollarında təmir işləri aparılmışdır. Belı ki, M.Seyidov, M.Muxtarov küçələrində, Y.Yasamal 2, 308 saylı orta məktəbin giriş yolu, Y. Yasamal ev 4, 5, 6 və  ev 9, 10 yaşayış məhəllələrinin giriş yolları təmir edilmiş və ümumilikdə 4430 kv. metr asfalt örtüyü çəkilmiçdir. Ümumilikdə  hesabat  ili ərzində təmir-tikinti və abadlıq işlərinə 158 min manat maliyyə vəsaiti xərclənmişdir.

     Yasamal Bələdiyyəsi 2015- ci ilin noyabrında respublikada keçirilən parlament seçkilərində fəal iştirak etmişdir. Belə ki, təsdiq olunmuş tədbirlər planına uyğun olaraq rayon ərazisində yaşayan seçicilərin siyahısı dəqiqləşdirilmiş, seçici aktivliyinin artırılması üşün müvafiq tədbirlər görülmüş, ərazidə təbliğat-təşviqat lövhələrinin yerləşdirilməsi və seçki məntəqələrinin təşkili ilə bağlı öhdəmizə düşən məsələləri vaxtında həll edərək seçkilərin  yüksək səviyyədə həyata keçirilməsinə nail olunmuşdur.

    Hesabat dövründə Yasamal bələdiyyəsi xarici ölkə bələdiyyələri ilə təcrübə mübadiləsi ilə bağlı da müəyyən işlər görmüşdür. Bələdiyyə rəhbərliyi yerli özünüidarəetmə sahəsində qabaqcıl təcrübənin öyrənilməsi məqsədi ilə qardaş Türkiyə Respublikasında və  Litva dövlətində olmuş, qarşılıqlı əlaqələrin yaradılması istiqamətində müəyyən işlər aparılmışdır. Mövcud əlaqələr çərçivəsində Yasamal Bələdiyyəsi ilə qardaşlaşmış  İstanbul şəhərinin  Pendik Bələdiyyəsinin  2015-ci ilin 18-24 aprel tarixlərində Beynəlxalq Uşaq şənliklərində  bələdiyyəmizi Yasamal rayonunun  24 saylı Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin rəqs qrupu təmsil etmişdir.

   Yasamal  Bələdiyyəsinə  hesabat  dövrü  ərzində sosial problemlərlə bağlı  rayon təşkilatlarından və sakinlərdən daxil olmuş müraciətlər əsasında tədbirlər keçirilmiş və əhaliyə maddi yardımlar göstərilmişdir.

   “20 Yanvar” faciəsinin 25-ci ildönümü ilə əlaqədar rayon İcra Hakimiyyəti  ilə  birgə 158 saylı orta  məktəbdə keçirilən tədbirdə  40 nəfər şəhid ailəsinin hər birinə 20 (iyirmi) manat olmaqla ümumilikdə 800 manat məbləğində ərzaq yardımı göstərilmişdir. 

    Faşizm üzərində qələbənin 70 illiyi ilə əlaqədar olaraq  bələdiyyənin yeni tikilmiş inzibati binasında  08.05.2015-ci il tarixdə rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə 20 nəfər BVM veteranının hər birinə 30(otuz)manat məbləğində olmaqla ümumilikdə 600 manat məbləğində  maddi yardım göstərilmişdir.

     Qurban bayramı münasibətilə rayon ərazisində yaşayan 75 nəfər şəhid,əlil,köçkün ailələrin hər birinə 1kq. olmaqla 770(yeddi yüz yetmiş)manat məbləğində qurban əti paylanmışdır.

     Yeni dərs ilinin başlanması ilə əlaqədar 13 imkansız ailəyə 24 nəfər məktəbli üçün məktəbli formalarının və dərs ləvazimatlarının alınması üçün ümumilikdə 1200(bir min iki yüz)manat məbləğində maddi yardım göstərilmişdir.

     31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi  günü və Yeni il münasibətilə Yasamal rayon ərazisində yaşayan 25 nəfər şəhid ailəsinə,20 nəfər Qarabağ müharibəsi əlilinə,5 nəfər Qarabağ veteranının hər birinə 30(otuz)manat olmaqla 1500(bir min beş yüz)manat məbləğində maddi yardım göstərilmişdir.

 Keçirilən tədbirlərlə yanaşı Bələdiyyəyə sosial məsələlərlə bağlı daxil olan AR.Prezidenti Administrasiyasından,rayon İcra Hakimiyyətindən 12, AR.Ədliyyə nazirliyi Bələdiyyələrlə İş Mərkəzindən 6 və  rayon sakinlərindən 157 müraciət müvafiq komissiyada baxılmış və Bələdiyyə iclasında müzakirə edilmişdir.Hesabat dövrü ərzində çıxarılan müvafiq qərarlara əsasən 35 şəhid ailəsinə, 29 Qarabağ əlilinə, 5 Qarabağ veteranına, 67 əlilə, 1 Çernobıl əlili ailəsinə, 3 məcburi köçkün ailəsinə,5 tənha ahıl şəxsə, 11 pensiyaçıya, 46 imkansız ailəyə ümumilikdə  202 nəfərə maddi yardım göstərilmişdir.  

     Rayon ərazisində yaşayan müharibə və əmək veteranlarının sosial müdafiəsini gücləndirmək məqsədilə rayon müharibə və əmək veteranları təşkilatına hər ay 200 manat olmaqla 2400 manat, rayon Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələri İctimai birliyinə  hər ay 200 manat olmaqla 2400 manat məbləğində vəsait ayrılmışdır.

   Yasamal bələdiyyəsinin təşkilatlığı ilə rayon ərazisində 4 ay müddətində “Analıq məktəbi” və “ Kimsəsizlərə yardım “ sosial və maarifləndiriçi layihələr həyata keçirilmişdir. Layihələr bələdiyyə üzvü Sima Çələbinin rəhbərliyi ilə bələdiyyə üzvləri Fatimə Məmmədova və Reyhan Rzayeva tərəfindən reallaşdırılmışdır.

    Ümumilikdə  sosial tədbirlərə 21570 manat məbləğində vəsait xərclənmişdir.

    İl ərzində Yasamal bələdiyyəsinin gördüyü işlər və 2016-cı ildə qarşıda duran vəzivələr barədə  rayonun 4 sahə inzibati ərazi dairələri ilə birlikdə  rayon sakinləri ilə görüçlərdə  hesabatlar verilmişdir.

    Gələcəkdə də Yasamal Bələdiyyəsi inzibati ərazisində yerli problemlərin həlli istiqamətində işlərini uğurla davam etdirmək əzmindədir.

 

Yasamal  bələdiyyəsinin sədri                                                      Zakir  Cəfərov

 | Baxış sayı: 353 | Xəbəri yerləşdirdi: yasamalbelediyye