2017-ci ilin yanvar ayında görülmüş işlər Yasamal Bələdiyyəsinin 21.01.2017-ci il tarixli 01 saylı iclasının 4 saylı qərarı ilə Ə.Cəmil küçəsi 70a binanin sakinlərinin xahişini nəzərə alaraq binanın həyətində asfalt abadlıq işləri aparılmışdır. 19 yanvar 2017-ci il tarixində ”20 Yanvar” şəhid ailələri ilə görüş keçirilmişdir ”20 Yanvar” faciəsinin 27-ci ildönümü ilə əlaqədar olaraq 18 saylı orta məktəbdə rayon İcra Hakimiyyəti ilə birlikdə tədbir keçirilmişdir.Tədbirdə iştirak edən 35 nəfər şəhid ailəsinə Yasamal Bələdiyyəsi tərəfindən alınmış ərzaq yardımları paylanmışdır. 35 nəfər şəhid ailəsinə alınmış ərzaq yardımlarına xərclənmiş vəsait Yasamal Bələdiyyəsinin 21 yanvar 2017-ci il tarixli 01 saylı iclasının 07 saylı qərərı ilə təsdiq edilmişdir.
"Azərbaycanda Yerli Demokratiya həftəsi" keçirilir 2016- cı ilin oktyabrın 31- dən noybrın 5-dək "Azərbaycanda Yerli Demokratiya həftəsi" çərçivəsində Yasamal Bələdiyyəsində silsiləli tədbirlər həyata keçirilir. Belə ki, seçicilərin yerl əhəmiyyətli məsələlərlə bağlı problemlərinin həll edilməsi, vətəndaş- bələdiyyə, bələdiyyə- vətəndaş əlaqələrinin möhkəmləndirilməsi, vətəndaşların bələdiyyənin fəaliyyətində iştirakının təmin edilməsi, onların müraciətlərinə baxılması, cari ildə görülmüş işlər, o cümlədən "Bir bələdiyyə- azı bir layihə" təşəbbüsü çərçivəsində həyata keçirilmiş layihələr barədə hesabatların verilməsi, 2016- cı ilin bələdiyyə büdcəsinin və həyata keçirilməsi nəzərdə tutulmuş layihələrin müzakirəsi üçün vətəndaşlarla açıq və qapalı yerlərdə görüşlərin keçirilməsi davam etdirilir. Bunun üçün bələdiyyədə vətəndaşların qəbulu məqsədilə "açıq qapı" günləri elan edilmiş, vətəndaşlarla operativ əlaqənin təmin edilməsi üçün "qaynar xətt" yaradılmışdır. Tel: 432 52 31 “Mülk” Assosiasiyası Yasamal bələdiyyəsində treninq keçirib Yasamal RİH-n dəstəyi, Yasamal Bələdiyyəsinin təşkilatçılğı və sakinlərin iştirakı ilə keçirilən tədbirdə “Mülk” Assosiasiyasının prezidenti Dilarə Vəliyeva layihə haqqında geniş məlumat verib. O bildirib ki, əmlak vergisinin yığımıyla bağlı Azərbaycan qanunvericiliyində, o cümlədən Vergilər Məcəlləsində, Mülki Məcəllədə və digər hüquqi aktlarda öz əksini tapıb. Beləki, mülkiyyət sahələrinin kvadrat/metrlə hesablanması və zonalar üzrə konkret rəqəmlərin açıqlanması istər bələdiyyələrin, istərsə də vətəndaşların işini yüngülləşdirdi”. Yasamal Bələdiyyəsinin apardığı abadlıq işləri 2016- cı ilin fevral-mart aylarında məhəllədaxili asfalt örtüyünün çəkilməsi və abadlıq işlərinin görülməsi ilə bağlı Mirzə İbrahimov küçəsi 53, Məmmədhüseyn Şəhriyar küçəsi 5, Fuad İbrahimbəyov küçəsi 35/45, Naxçivani küçəsi 15 ünvanlarda yaşayan sakinlər tərəfindən daxil olmuş və müraciətlərə baxıldıqdan sonra Yasamal Bələdiyyəsi tərəfindən abadlıq işləri həyata keçirilmişdir.
Yasamal rayonunda keçirilən ağacəkmə aksiyası Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Yasamal rayonunda rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə rayonun idarə, müəssisə və təşkilatlarının iştirakı ilə rayonun bir neçə yerində, o cümlədən Bakı Dairəvi yolun kənarlarında ağac əkilməsi və yaşıllaşdırma tədbiri – ümumrayon iməciliyi keçirilmişdir. Ümumilikdə 3500 nəfərin iştirak etdiyi iməcilikdə 1400 dekorativ ağac və bəzək kolu əkilmişdir. Ağacların bir qismi nadir ağac növləri olmaqla xarici ölkələrdən gətirilmişdir, bir qismi isə yerli şəraitə yuğun, ənənəvi ağac növləridir. İməcilikdə, həmçinin, əkilmiş ağaclar suvarılmış, taxta dirəklərlə möhkəmləndirilmişdir. Bundan başqa, rayonun bütün idarə, müəssisə və təşkilatlarına məxsus ərazilərdə abadlıq, sanitariya-gigiyena tədbirləri, yaşılllaşdırma işləri həyata keçirilmişdir. Bu tədbirlərdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Texniki Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Dövlət Pedaqoji Kolleci , 1 saylı Bakı Tibb Kolleci, 2 saylı Bakı Baza Tibb Kolleci və Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi, rayonun digər idarə, müəssisə və təşkilatların kollektivləri fəal iştirak etmişlər. 2016-cı il mart-aprel aylarından may ayının 10-dək hər həftənin şənbə və bazar günlərində Yasamal rayonu ərazisində rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə ağacəkmə, yaşıllaşdırma işləri həyata keçirilmişdir. Yasamal Bələdiyyəsinin 2015- ci ildə gördüyü işlərin hesabatı 2015-cü il ərzində Bələdiyyənin 13 iclası keçirilmiş və iclaslarda rayonun yerli sosial-humanitar, abadlıq və digər problemlərinin həlli üzrə 72 məsələyə baxılmış, hər bir məsələ üzrə müvafiq qərar qəbul edilərək onların icrası təmin edilmişdir. Hesabat dövründə Bələdiyyəyə rayon sakinlərindən və ayrı-ayrı hüquqi şəxslərdən ümumilikdə 475 müraciət daxil olmuşdur. Bütün müraciətlər mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılmış, kollegial qərar qəbul edilməsinə ehtiyac olan məsələlər Bələdiyyə iclasına çıxarılaraq hər bir müraciət üzrə konkret qərarlar qəbul edilərək icraс тəmin edilmişdir. Nəticədə Bələdiyyə tərəfindən 1341 ünvana cavab məktubları, sorğular, bildirişlər və müraciətlər göndərilmişdir. Keçən müddət ərzində bələdiyyənin daha səmərəli fəaliyyətini təmin etmək məqsədilə təşkilati-idarəetmə strukturunu təkmilləşdirmiş, bələdiyyənin maliyyə-iqtisadi bazası möhkəmləndirilmişdir. Bələdiyyə idarəçiliyində müasir idarəetmə texnologiyalarını tətbiq etməklə vahid informasiya bazası yaradılmış və əhaliyə göstərilən ictimai xidmətlərin səviyyəsi xeyli dərəcədə yaxşıllaşdırılmışdır. Eyni zamanda Yasamal Bələdiyyəsinin yeni inzibati binasında texniki və digər təhcizatla bağlı işlər başa çatdırılmış, rayon ərazisində yerli özünüidarəetmənin səmərəli həyata keçirilməsi üçün bələdiyyə üzvləri və qulluqçuları üçün müvafiq xidməti şərait yaradılmışdır. Bələdiyyənin səmərəli fəaliyyəti onun güclü iqtisadi potensialına malik olmasından birbaşa asılıdır. Ona görə də bələdiyyəmizin maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün ilk növbədə yerli vergi və ödənişlərin yığılması prosesi təkmilləşdirilmiş və vergi ödəyicilərinin avtomatlaşdırılmış uçotu sistemi yaradılmış, yerli vergi və ödənişlərin əhali tərəfindən asan ödənilməsi məqsədilə Yasamal bələdiyyəsi emanat ödəniş terminallarına qoşulmuşdur. Aparılmış məqsədyönlü tədbirlər nəticəsində qeydə alınmış vergiödəyicilərin sayı 25 minə çatdırılmış, 50 minə yaxın vergiödəyicisinə tədiyyə bildirişləri verilmişdir. 2015-ci ildə Yasamal bələdiyyəsinin gəlirləri 546 899 manat, xərcləri isə 512 232 manat təşkil etmişdir.
Gəlirlər: Fiziki şəxslərdən torpaq və əmlak vergisi- 251630 man. Mehmanxana sanatoriya və turizm xidmətlərinə görə ödənişlər- 77430 man. Avtomobil dayanacaqlarından rüsum- 5269 man. Torpaq icarə haqqı- 26260 man. Bələdiyyə əmlakının özkəninkiləşdirilməsindən gəlir- 4160 man. Bələdiyyənin digər fəaliyyətindən daxil olan gəlirlər- 12150 man. Dövlət büdcəsindən verilən dotasiya- 170 000 man. Xərclər: Aparatın saxlanması xərcləri- 241176 man. Sosial müdafiə və sosial təminat xərcləri- 55 534 man. Mənzil kommunal, abadlıq və quruculuq xərcləri- 185 987 man. Digər xərclər- 29535 man. Bildiyiniz kimi yerli vergi və ödənişlərin yığılması, bələdiyyə büdcəsinin lazımi səviyyədə formaılaşdırılması və onun maliyyə potensialının gücləndirilməsi, ilk növbədə bələdiyyə əhalisinin mənafeyinə uyğun yerli problemlərin həlli ilə bağlı sosial-iqtisadi, abadlıq-quruculuq və ekoloji proqramların reallaşdırılmasına xidmət etməlidir. Bu baxımdan Yasamal Bələdiyyəsi yaşayış məhəllələrin abadlaşdırılması və nümunəvi abad məhəllələr yaradaraq yerli sakinlərin istifadəsinə verilməsi sahəsində müəyyən təcrübə toplamış və müsbət nəticələr əldə etmişdir. Belə ki, bələdiyyəmiz fəaliyyətə başladığı ilk gündən işini inzibati ərazidə yaşayan sakinlərlə əlaqəli şəkildə qurmağa və yerli əhalinin bələdiyyənin fəaliyyətinə cəlb etməyə çalışmışdır. Fəaliyyət planımız sakinlərin sosial sifarişləri ilə bağlı daxil olan müracətlər əsasında tərtib olunur. Ərazidə yaşayış məhəllələrin abadlaşdırılması zamanı da yerli əhalinin istək və arzularının nəzərə alınmasını vacib şərt kimi dəyərləndiririk. Bu məqsədlə bələdiyyənin inzibati ərazizində yaratdığımız məhəllə komitələrinin imkanlarından maksimum istifadə edirik. Onlara bələdiyyənin fəaliyyəti, funksiya və səlahiyyətləri, yerli vergi və ödənişlərin ödənilməsi, habelə məhəllə komitələrinin bələdiyyənin işində biləvasitə iştirakı ilə bağlı müvafiq maarifləndirmə işləri aparılır və eyni zamanda yerli problemlərin öyrənilməsi məqsədi ilə sorğular keçirilərək aşkar edilmiş problemlərin birgə həllinə nail olunur. Əhali ilə birgə fəaliyyətin vacibliyini nəzərə alaraq 2015-ci ilin birinci yarımilində də 10 yeni məhəllə komitəsi yaradılmış və beləliklə də Yasamal bələdiyyəsində məhəllə komitələrinin sayı 84-ə çatdırılmışdır. Bu istiqamətdə işlərimizi davam etdiririk. Bələdiyyə ərazisində yaşayan sakinlərin biləvasitə köməyi və dəstəyi ilə “Bir Bələdiyyə -azı bir layihə” çərçivəsində Yasamal Bələdiyyəsi tərəfindən son 5 il ərzində 5 yaşayış məhəlləsində, sakinlərin bütün sosial təbəqələri üçün hər cür şəraiti olan nümunəvi abad məhəllələr yaradılaraq onların idtifadəsinə verilmişdir. Abadlaşdırılmış məhəllələrdə sadə idman meydançaları tikilmiş və lazımi idman qurğuları ilə təchiz edilmişdir. Bələdiyyə iclasının qərarı ilə məhəllələrdə abadlıq-quruçuluq işləri, ilk növbədə daha çox vergi ödəyən məhəllə komitələrinin ərazisində aparılması müəyyənləşdirilmişdir. Belə bir qərarın qəbul edilməsində məhəllə komitələri də iştirak etmiş və stimullaşdırıcı amil kimi bu təcrübə tərəfimizdən son illərdə uğurla tətbiq edilir. Bələdiyyə büdcəsinə ödənilən vergilərin əsasən də məhəlləsinin abadlaşdırılmasına və orada yaşayan aztəminatlı ailələrə maddi yardımlara yönəldilməsi barədə məlumatı olan və qonşu məhəllələrin timsalında bunu faktiki görən sakinlər vergilərin vaxtında ödənilməsində özləri maraqlı olurlar. Təcrübə göstərir ki, məhəllələrin abadlaşdırılması zamanı yerli əhalinin bələdiyyə işinə cəlb edilməsi, bələdiyyə fəaliyyətində şəffaflığın təmin edilməsinin əsas şərti kimi ictimai nəzarətin həyata keçirilməsinə şərait yaratmaqla bərabər, yerli əhalidə təşəbbuskarlığı da artırmış olur. Eyni zamanda istifadəyə verildilkdən sonra abadlaşdırılmış məhəllələrin qorunub saxlanması və yaşıllıqlara xidmət edilməsi işinin təşkilini maraqlı tərəf kimi məhəllə sakinləri öz üzərinə götürürlər. Qeyd etdiyim müsbət nəticələri nəzərə alaraq ərazidə məhəllələrin abadlaşdırılması işində sakinlərin daha aktiv iştirakını təmin etmək məqsədilə tərəfimizdən məhəllə komitələrinin işinin daha səmərəli qurulması üçün onların koordinasıya şurası yaradılmış və imkanlarından maksimum yararlanmaq istiqamətində işlərimizi davam etdiririk. Məlumat üçün bildiririk ki, 2015-ci il ərzində də rayon ərazisində növbəti bir yaşayış məhəlləsinin abadlaşdırılmasını planlaşdırmışıq. Dörd hündürmərtəbəli yaşayış binasını özündə birləşdirən və 500-ə yaxın ailə olmaqla 2000 nəfərdən çox əhalinin yaşadığı məhəllədə hal-hazırda məhəllə komitəsinin yaradılması, sakinlərin iştirakı ilə məhəllənin planlaşdırılması, görüləcək abadlıq işlərinin smetasının müəyyənləşdirilməsi və yerli vergilərin yığılması istiqamətində müvafiq işlər aparılır. Cari ilin 1-ci rübündə rayonun M. Rahim 20 yaşayış məhəlləsi tam abadlaşdırılaraq sakinlərin istifadəsinə verilmişdir. Hesabat dövründə Respublikamızda keçirilən I Avropa oyunlarına hazırlıq və oyunların keçirilməsi ilə bağlı tədbirlərdə də Yasamal Bələdiyyəsi fəal iştirak etmiş və öhdəsinə düşən məsələləri vaxtında və yüksək məsuliyyət hissi ilə yerinə yetirmişdir. Rayon ərazisindən keçən olimpiya marşurut yollarının kənarlarında təmir-tikinti və yaşıllaşdırma işləri aparılmış, bu məqsədlə bələdiyyə büdcəsindən 53 min manat maliyyə vəsaiti xərclənmişdir. Rayonun İ.Qutqaşınlı, Q. Xəlilov, B. Xəlilov küçələrində yeni çəkilmiş yolun ətrafının müasir üzluk materiallardan hasarınmasını rayon icra hakimiyyəti ilə birlikdə həyata keçirilmiş, qeyd olunan 696 kv.m. hissəsi bələdiyyə büdcəsi hesabına yerinə yetirilərək bu məqsədlə 50 min manat xərclənmişdir. İl ərzində rayonun məhəllədaxili yollarında təmir işləri aparılmışdır. Belı ki, M.Seyidov, M.Muxtarov küçələrində, Y.Yasamal 2, 308 saylı orta məktəbin giriş yolu, Y. Yasamal ev 4, 5, 6 və ev 9, 10 yaşayış məhəllələrinin giriş yolları təmir edilmiş və ümumilikdə 4430 kv. metr asfalt örtüyü çəkilmiçdir. Ümumilikdə hesabat ili ərzində təmir-tikinti və abadlıq işlərinə 158 min manat maliyyə vəsaiti xərclənmişdir. Yasamal Bələdiyyəsi 2015- ci ilin noyabrında respublikada keçirilən parlament seçkilərində fəal iştirak etmişdir. Belə ki, təsdiq olunmuş tədbirlər planına uyğun olaraq rayon ərazisində yaşayan seçicilərin siyahısı dəqiqləşdirilmiş, seçici aktivliyinin artırılması üşün müvafiq tədbirlər görülmüş, ərazidə təbliğat-təşviqat lövhələrinin yerləşdirilməsi və seçki məntəqələrinin təşkili ilə bağlı öhdəmizə düşən məsələləri vaxtında həll edərək seçkilərin yüksək səviyyədə həyata keçirilməsinə nail olunmuşdur. Hesabat dövründə Yasamal bələdiyyəsi xarici ölkə bələdiyyələri ilə təcrübə mübadiləsi ilə bağlı da müəyyən işlər görmüşdür. Bələdiyyə rəhbərliyi yerli özünüidarəetmə sahəsində qabaqcıl təcrübənin öyrənilməsi məqsədi ilə qardaş Türkiyə Respublikasında və Litva dövlətində olmuş, qarşılıqlı əlaqələrin yaradılması istiqamətində müəyyən işlər aparılmışdır. Mövcud əlaqələr çərçivəsində Yasamal Bələdiyyəsi ilə qardaşlaşmış İstanbul şəhərinin Pendik Bələdiyyəsinin 2015-ci ilin 18-24 aprel tarixlərində Beynəlxalq Uşaq şənliklərində bələdiyyəmizi Yasamal rayonunun 24 saylı Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin rəqs qrupu təmsil etmişdir. Yasamal Bələdiyyəsinə hesabat dövrü ərzində sosial problemlərlə bağlı rayon təşkilatlarından və sakinlərdən daxil olmuş müraciətlər əsasında tədbirlər keçirilmiş və əhaliyə maddi yardımlar göstərilmişdir. “20 Yanvar” faciəsinin 25-ci ildönümü ilə əlaqədar rayon İcra Hakimiyyəti ilə birgə 158 saylı orta məktəbdə keçirilən tədbirdə 40 nəfər şəhid ailəsinin hər birinə 20 (iyirmi) manat olmaqla ümumilikdə 800 manat məbləğində ərzaq yardımı göstərilmişdir. Faşizm üzərində qələbənin 70 illiyi ilə əlaqədar olaraq bələdiyyənin yeni tikilmiş inzibati binasında 08.05.2015-ci il tarixdə rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə 20 nəfər BVM veteranının hər birinə 30(otuz)manat məbləğində olmaqla ümumilikdə 600 manat məbləğində maddi yardım göstərilmişdir. Qurban bayramı münasibətilə rayon ərazisində yaşayan 75 nəfər şəhid,əlil,köçkün ailələrin hər birinə 1kq. olmaqla 770(yeddi yüz yetmiş)manat məbləğində qurban əti paylanmışdır. Yeni dərs ilinin başlanması ilə əlaqədar 13 imkansız ailəyə 24 nəfər məktəbli üçün məktəbli formalarının və dərs ləvazimatlarının alınması üçün ümumilikdə 1200(bir min iki yüz)manat məbləğində maddi yardım göstərilmişdir. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə Yasamal rayon ərazisində yaşayan 25 nəfər şəhid ailəsinə,20 nəfər Qarabağ müharibəsi əlilinə,5 nəfər Qarabağ veteranının hər birinə 30(otuz)manat olmaqla 1500(bir min beş yüz)manat məbləğində maddi yardım göstərilmişdir. Keçirilən tədbirlərlə yanaşı Bələdiyyəyə sosial məsələlərlə bağlı daxil olan AR.Prezidenti Administrasiyasından,rayon İcra Hakimiyyətindən 12, AR.Ədliyyə nazirliyi Bələdiyyələrlə İş Mərkəzindən 6 və rayon sakinlərindən 157 müraciət müvafiq komissiyada baxılmış və Bələdiyyə iclasında müzakirə edilmişdir.Hesabat dövrü ərzində çıxarılan müvafiq qərarlara əsasən 35 şəhid ailəsinə, 29 Qarabağ əlilinə, 5 Qarabağ veteranına, 67 əlilə, 1 Çernobıl əlili ailəsinə, 3 məcburi köçkün ailəsinə,5 tənha ahıl şəxsə, 11 pensiyaçıya, 46 imkansız ailəyə ümumilikdə 202 nəfərə maddi yardım göstərilmişdir. Rayon ərazisində yaşayan müharibə və əmək veteranlarının sosial müdafiəsini gücləndirmək məqsədilə rayon müharibə və əmək veteranları təşkilatına hər ay 200 manat olmaqla 2400 manat, rayon Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələri İctimai birliyinə hər ay 200 manat olmaqla 2400 manat məbləğində vəsait ayrılmışdır. Yasamal bələdiyyəsinin təşkilatlığı ilə rayon ərazisində 4 ay müddətində “Analıq məktəbi” və “ Kimsəsizlərə yardım “ sosial və maarifləndiriçi layihələr həyata keçirilmişdir. Layihələr bələdiyyə üzvü Sima Çələbinin rəhbərliyi ilə bələdiyyə üzvləri Fatimə Məmmədova və Reyhan Rzayeva tərəfindən reallaşdırılmışdır. Ümumilikdə sosial tədbirlərə 21570 manat məbləğində vəsait xərclənmişdir. İl ərzində Yasamal bələdiyyəsinin gördüyü işlər və 2016-cı ildə qarşıda duran vəzivələr barədə rayonun 4 sahə inzibati ərazi dairələri ilə birlikdə rayon sakinləri ilə görüçlərdə hesabatlar verilmişdir. Gələcəkdə də Yasamal Bələdiyyəsi inzibati ərazisində yerli problemlərin həlli istiqamətində işlərini uğurla davam etdirmək əzmindədir.
Yasamal bələdiyyəsinin sədri Zakir Cəfərov |