Oktyabr ayının 15-dən 21-dək “Azərbaycan Yerli Demokratiya Həftəsi” çərçivəsində Yasamal Bələdiyyəsi tərəfindən bir sıra tədbirlər keçirildi.İlk tədbir Yasamal Bələdiyyəsinin akt zalında sakinlərlə birlikdə keçirildi.Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərov öz çıxışında bələdiyyələrin yaranması,tarixi və bələdiyyə haqqında məlumat verdi. Bələdiyyələrin ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yarandığını və Avropa Demokratiya İnstitutlarının ən yüksək tələblərinə cavab verəcək səviyyədə olan yerli idarəçilik qurumlarının fəaliyyətlərinə hər bir vətəndaşın iştirakını cəlb etməklə dövlətin, hakimiyyətin idarə edilməsində ən demokratik prinsiplərin əsas tutulduğunu bildiridi.
Sonrakı görüş Azərbaycan Memarlıq İnşaat Universitetinin nəzdində olan İnşaat Kollecində keçirildi.Görüşdə Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərov,Yasamal rayon İcra hakimiyyətinin yerli öznüidarəetmə şöbəsinin müdiri Rüfət Mərdanov ,bələdiyyənin üzv və qulluqçuları iştirak etdilər.İlk öncə qonaqlar Azərbaycan Memarlıq İnşaat Universitetinin nəzdində olan İnşaat Kollecinin tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış keçirdilər. Daha sonra çıxış edənlər öz çıxışlarında gənclərin bələdiyyə haqqında maarifləndirilməsini və qarşılıqlı öhdəliklərinin yerinə yetirilməsi,gənclərin yerli özünüidareetmədə iştirakının təmin edilməsini, bələdiyyənin gördüyü işləri və bələdiyyənin sosial proqramlarında gənclərin rolunu vurğuladılar.
Növbəti görüş Azərbaycan Dövlət Pedaqoji Kollecində keçirildi.Bu görüşdə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icra katibinin müavini Əli Əkbərli,Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərov və Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Qulu Novruzov iştirak etdilər.Onlar ulu öndərin xalqımızın,cəmiyyətimizin milli inkişafına yönəlmiş müstəqillik konsepsiyasını yaradıcılıqla davam və inkişaf etdirən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti,eyni zamanda Yasamal Bələdiyyəsi tərəfindən yerli əhəmiyyətli məsələlərlə bağlı problemlərin həll olunması ,vətəndaşların müraciətlərinə baxılaraq Yasamal rayonu ərazisində bir çox layihələrin həyata keçirilməsi haqqında çıxış etdilər.
QMƏVŞA İB-nin binasında keçirilən görüşdə bələdiyyə ilə QMƏVŞA-nın sıx əlaqəsindən və daima bələdiyyənin onlara göstərdiyi diqqət və qayğıdan danışıldı.
Növbəti görüş Hüseyn Cavid parkında keçirildi.Bu görüşdə yaşıllıqların qorunması və həyətlərin abadlaşdırılması,vətəndaşların yerli özünüidareetmədə iştirakının təmin edilməsindən danışıldı.Beləliklə digər məhəllələrdə daxil olmaqla cəmi 10 görüş keçirildi.
Oktyabrın 19-da Latviya Bələdiyyəsinin nümayəndələri ilə görüş keçirildi Oktyabrın 19-da Azərbaycanda səfərdə olan bir sıra dövlət orqanları ilə görüş keçirmiş Latviya Bələdiyyəsi Assosiyasiyasının nümayəndələri Yasamal Bələdiyyəsinin üzvləri ilə görüş keçirmişlər.Görüşdə Azərbaycan Şəhər Bələdiyyəsinin Milli Assosiyasiyasının üzvləri,Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərov, bələdiyyə üzvləri və qulluqçuları iştirak etdilər.Görüşdə ölkələrarası təcrübə mübadiləsi müzakirə olundu.Tədbirin sonunda Latviyanın nümayəndə heyəti Yasamal Bələdiyyəsinə hədiyyə təqdim etmiş,Yasamal Bələdiyyəsi də öz növbəsində Bakı haqqında kitab və diski, eyni zamanda Azərbaycan Memarlıq İnşaat Universtitetinin nəzdində olan İnşaat Kollecinin tələbəsinin əl işindən ibarət rəsm əsərini Latviyanın nümayəndə heyyətinə hədiyyə etmişdir.
Sentyabrın 21-dən Yasamal Bələdiyyəsində ödəyicilərə borclarını xatırlatmaq məqsədilə mesaj sistemi işə salınmışdır.Beləki,vergi müfəttişləri ödəyicilərin əl telefonuna zəng etmədən, yaxud ödəyiciyə tədiyyə bildirişi göndərilmədən öncə bələdiyyə tərəfindən ödəyicinin telefonuna əmlak və torpaq vergisi borcu haqqında mesaj göndərilir.Həmçinin Yasamal Bələdiyyəsində elektron ödəmə qaydası (plastik kartla ödəmə) sistemi işə salınmışdır. Avqust ayının 22-də Yasamal Bələdiyyəsi Müqəddəs Qurban Bayramı münasibətilə rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən aztəminatlı ailələrin bayram sovqatı ilə təmin edilməsi aksiyasında aktiv iştirak etmişdir. Qurban Bayramı ilə əlaqədar Yasamal rayonunda yaşayan şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə qurban payları paylanıldı.
Bosniya və Herseqovinanın bələdiyyə nümayəndələri ilə görüş keçirildi 29 iyul-2 avqust tarixlərində Türk Dünyası Bələdiyyələri Birliyinin və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının xətti ilə Bosniya və Herseqovinadan olan nümayəndə heyəti Yasamal Bələdiyyəsinin üzvləri ilə görüş keçirmişlər. Görüşdə Azərbaycan Şəhər Bələdiyyəsinin Milli Assosiyasiyasının üzvləri,Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərov, bələdiyyə üzvləri və qulluqçuları iştirak etmişdilər.Görüşdə ölkələrarası təcrübə mübadiləsi müzakirə olunmuşdur.
2018-ci ilin aprel-may aylarında Yasamal Bələdiyyəsi tərəfindən abadlıq işləri həyata keçirilmişdir 2018-ci ilin aprel-may aylarında məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsi və həyətlərdə abadlıq işlərinin görülməsi ilə əlaqədar sakinlər tərəfindən daxil olmuş müraciətlərə baxıldıqdan sonra Yasamal rayon İcra hakimiyyəti və Yasamal Bələdiyyəsi tərəfindən abadlıq işləri həyata keçirilmişdir.Son bir neçə ay ərzində 17-yeni abad məhəllə salınması istiqamətində sürətli abadlıq işlərinin görülməsinə başlanmışdır.Bu, məhəllələrdən artıq bir neçəsi istifadəyə verilib. Abad həyət salınan məhəllələrdə uşaq əyləncə meydançaları, işıq dirəkləri quraşdırılıb,məhəllədaxili yollara bordür,keramik plitə,aqlay döşənib,həmin küçə və ərazilərdə ağaclar,kollar və güllər əkilib,sakinlərin istirahəti üçün söhbətgahlar yaradılıb.Hal-hazırda rayon ərazisində 200-dək binanın bloklarında təmir işləri aparılır,işıqlandırma sistemləri qurulur. Yasamal rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov həmçinin bildiribki, son bir neçə ay ərzində Yasamal rayonunda kütləvi şəkildə aparılan abadlıq quruculuq işləri Əhməd Cəmil küçəsi 70, Hüseyn Cavid prospekti 87A, Dadaş Bünyadzadə keçəsi ev 14, Əsəd Əhmədov küçəsi ev 3,5, Xarici dairəvi yol ev 11 ünvanlarında uğurla başa çatdırılıb.
Martın 30-da Yasamal Bələdiyyəsində “31 mart- Azərbaycanlıların Soyqırımı günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərov, bələdiyyə üzvləri və qulluqçuları, eyni zamanda Yasamal rayon ərazisində yerləşən digər idarə ,təşkilatların nümayəndələri və Yasamal rayon sakinləri iştirak etdilər.Tədbiri giriş sözü ilə Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərov açaraq, 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı planlı şəkildə həyata keçirdiyi soyqırımın dünya tarixində təkrarı olmayan ən dəhşətli faciə olduğunu və ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycan soyqırımı haqqında” Fərmanla ilk dəfə dövlət səviyyəsində bu qətliama siyasi qiymət verdiyini vurğuladı.Digər çıxışçılar öz çıxışlarında əsrlər boyu erməni şovinistlərinin Azərbaycana qarşı irəli sürdükləri əsassız ərazi iddialarından, Azərbaycan xalqının başına gətirilən müsibətlərdən danışdılar.
Martın 16-da Yasamal istirahət parkında Novruz bayramı qeyd edildi Martın 16-da Yasamal istirahət parkında rayon İcra Hakimiyyətinin və Yasamal Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Novruz bayramı qeyd edildi.Bayram şənliyində Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əziziov,Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərov, bələdiyyənin üzvləri və qulluqçuları,rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri,rayonun ali,orta ümumtəhsil müəssisə və təşkilatlarının rəhbərləri iştirak etdilər. Eyni zamanda Yasamal rayonunda Novruz bayramı münasibətilə Mənzil-Kommunal İstismar sahələrinin ,bələdiyyə üzvləri və qulluqçularının , sakinlərin iştirakı ilə yaşayış binalarının ətrafında və məhəllədaxili ərazilərdə iməclik keçirilmiş,bələdiyyənin inzibati ərazisindəki binaların qarşısında abad həyətlər yaradılmış,məişət tullantıları meydançaları ağardılmış, konteynerlər rənglənmiş və ətrafında profilaktiki dezinfeksiya-təmizlik işləri aparılımışdır. Binaların məhəllədaxili ərazisində “Abad həyət”lərdə sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə yaşıllıqlar salınmış,söhbətgahlar,oturacaqlar, uşaq əyləncə-idman qurğu və elementləri təmir edilərək rənglənmişdir, bundan əlavə rayon İcra hakimiyyəti və bələdiyyə tərəfindən bir çox binaların həyətlərində asfalt-beton və təmir bərpa işləri görülmüşdür.Həmçinin Yasamal Bələdiyyəsi tərəfindən aztəminatlı ailələrə Novruz hədiyyələri paylanılmışdır.
Yasamal rayonununa yeni icra başçısı təyin olunduqdan sonra Yasamal rayonunda canlanma başlanıldı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 02 fevral 2018-ci il tarixli sərəncamına əsasən Yasamal rayonununa yeni icra başçısı Əziz Əzizov təyin olunduqdan sonra Yasamal rayonunda canlanma başlandı.Rayon ərazisində aparılan abadlıq-quruculuq,yenidənqurma işləri,əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər,əhaliyə göstərilən diqqət və qayğı gündən günə artmağa başladı.O cümlədən Yasamal Bələdiyyəsində də struktur dəyişiklikləri aparıldı.İlk olaraq ödəyicilərin arxiv sənədlərinin yenidən qurulmasına başlanıldı.Ödəyicilərə təqdim olunan bildiriş və xəbərdarlıqlar tam yenilənərək qanuna uyğun formada tərtib edildi.Yeri gəlmişkən qeyd edək ki, Vergi və Ödənişlər şöbəsinin müdiri tərəfindən yeni formada tərtib olunmuş bildiriş və xəbərdarlıqlar Bələdiyyə Assosasiyası tərəfindən yüksək qiymətləndirilərək tərifə layiq görülmüşdür.
Yasamal rayonu ərazisində mart ayından başlayaraq səyyar-qəbul görüşləri keçirilir Yasamal rayonu ərazisində mart ayından başlayaraq rayon əhalisi ilə səyyar-qəbul görüşləri keçirilir.Bu görüşlərdə rayon İcra Hakimiyyətinin başçısı,Yasamal Bələdiyyəsinin sədri,aparatın məsul işçiləri ,rayonun xidmət sahalərinin rəhbərləri və rayon sakinləri iştirak edir. Səyyar qəbul-görüşlərdə əsas məqsəd əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi, abadlıq-quruculuq,yenidənqurma işlərinin sürətləndirilməsi,əhaliyə göstərilən sosial xidmətlərin həcminin artırılması və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm işlərin görülməsi,küçələrin əsaslı yenidən qurulması,istirahət parklarının günün tələblərinə uyğun bərpası, məhəllədaxili yolların asfaltlaşdırılması, məhəllələrin abadlaşdırılması, binaların girişlərinin və dam örtüklərinin təmir olunmasıdır.
Fevralın 23-də Yasamal Bələdiyyəsində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirildi.Tədbirdə Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərov ,bələdiyyə üzvləri və qulluqçuları, eyni zamanda Yasamal rayon ərazisində yerləşən digər idarə və təşkilatların nümayəndələri və Yasamal sakinləri iştirak etdilər. Xocalı faciəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Yanvarın 19-də 20 yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirildi Yanvarın 19-də Yasamal rayon M.Müşfiq adına 18 nömrəli tam orta məktəbdə rayon İcra Hakimiyyəti ilə birgə 20 yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova,Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərova, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, YAP Yasaml rayon təşkilatının Qadınlar şurasının sədri Tamella Şahbazova, 18 nömrəli tam orta məktəbin və digər məktəblərin rəhbərləri, şəhid ailələri iştirak etdilər. Tədbir iştirakçıları ilk öncə 18 nömrəli tam orta məktəbin foyesində məktəblilərin əl işlərindən ibarət 20 yanvar hadisələrinə həsr olunmuş sərgiyə baxış keçirdilər. Tədbir Azərbaycanın bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş şahidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. 18 saylı tam orta məktəbin şagirdlərinin ifasında şeirlər və bədii kompazisiya səsləndirildi. Tədbirin sonunda Yasamal Bələdiyyəsi və İcra hakimiyyətinin əməkdaşları tərəfindən şəhid ailələrinə ərzaq yardımları paylanıldı.
2017-ci ilin fevral ayında görülmüş işlər Çoxsaylı sakinlər Yasamal Bələdiyyəsinə yazılı şəkildə müraciət edərək Yasamal rayonu Ş.Mehdiyev küçəsi 142 və M.C.Məmmədzadə küçəsi ev 77 ünvanlarında yerləşən yaşayış binaları ətrafında asfalt abadlıq işlərinin aparılması xahiş etmişlər. .Bu ünvanlarda yaşayan sakinlərin həm xahişlərini ,həm də əksəriyyətinin əmlak,torpaq vergilərini vaxtı vaxtında ödədiklərini nəzərə alaraq Yasamal Bələdiyyəsi 23 fevral 2017-ci il tarixli 02 saylı iclasın 04 saylı qərarı ilə maliyyə vəsaiti ayırmışdır.Ayrılmış vəsaitə uygun olaraq asfalt-abadlıq işləri yüksək keyfiyyətlə həyata keçitilmişdir. |