Martın 03-də Yasamal Bələdiyyəsinin İnzibati binasının kitabxana və akt zalında vergi agentlərinin 2020-ci ilin fevral ayı ərzində gördüyü işlər barəsində hesabat iclası keçirildi. İclası giriş sözü ilə Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov açdı. Sonra vergi agentlərinin aylıq hesabatı dinlənildi.
Azərbaycan və Bakı Biznes Universitetinin tələbələri Yasamal Bələdiyyəsində təcrübə keçir Hər il olduğu kimi bu ildə təcrübə keçmək üçün Azərbaycan və Bakı Biznes Universitetinin 4-cü kurs tələbələri Yasamal Bələdiyyəsində qeydiyyatdan keçdilər. Bələdiyyənin iclas zalında keçirilən tanışlıq iclasında sözü Bələdiyyə sədri Tahir Məmmədov açaraq, tələbələri salamladı və onlara uğurlar arzuladı. Bələdiyyə sədrinin müavini Zakir Cəfərov öz çıxışında bələdiyyələr haqqında ümumi məlumat verdi. Tələbələr təcrübə mübadiləsi keçmək üçün ilk olaraq Humanitar və Sosial Müdafiə şöbəsinin müdiri Samad Mirzəyev tərəfindən şöbənin gördüyü işlər barədə məlumatlandırıldılar.
Azərbaycan Ədliyyəsinin 100 illik yubileyi Yasamal rayonunda qeyd olundu Azərbaycan Ədliyyəsinin 100 illik yubileyi və 22-noyabr ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Yasamal rayon İcra Hakimiyyətinin və rayon qeydiyyat şöbəsinin birgə təşkilatçılığı ilə Yasamal rayon məhkəməsində tədbir keçirildi.Tədbir Yasamal rayon Heydər Əliyev Mərkəzində davam etdirildi.Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov,Yasamal rayon Məhkəməsinin sədri Araz Hüseynov,Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının Reistri xidmətinin rəisi Reyhan Kərimova,Yasamal rayon İcra Hakimiyyətinin başçısının müavini Təravət Muradova,Yasamal rayon Qeydiyyat şöbəsinin rəisi İlahə Ələsgərova,Ədliyyə işçiləri və KİV nümayəndələri iştirak etdilər.Yasamal rayon Icra Hakimiyyətinin başçısı Əziz Əzizov öz çıxışında Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan,ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs edərək,Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər bu sahədə sürətli tərəqqiyə nail olunduğunu vurğuladı.Yasamal Məhkəməsinin sədri Araz Hüseynov və digər çıxış edənlər Azərbaycan ədliyyəsinin dinamik inkişaf edtiyini,məhkəmə-hüquq sahəsində uğurlu islahatların aparıldığını,bunun nəticəsində ədalət mühakiməsinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bildirdilər.Sonda səmərəli fəaliyyətləri ilə fərqlənən ədliyyə işçilərinin bir qrupuna rayon İcra Hakimiyyətinin fəxri fərmanları və hədiyyələri təqdim edildi.
Noyabrın 19-da Yeni Azərbaycan partiyasının Yasamal rayon təşkilatının yaradılmasının 26-ci ildönümü ilə əlaqədar tədbir keçirildi.Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib onların xatirələrini ehtiramla yad etdilər.Tədbir Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının qərərgahında davam etdirildi.Tədbir iştirakçıları qərərgahda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə ucaldılmış büstün önünə gül-çiçək dəstələri düzdülər.Partiyanın Yasamal rayon təşkilatının qərərgahında davam edən tədbirdə Milli Məclisin sədr müavini YAP İdarə Heyətinin üzvü Bahar Muradova,Milli Məclisin sədrinin birinci müavini YAP siyasi Şurasının üzvü Ziyafət Əsgərov,Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov,YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov iştirak etdilər.Digər çıxışçılardan sonra çıxış edən Yasamal rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov diqqətə çatdırdı kı,Yeni Azərbaycan partiyasının xalqın ən inamlı partiyası olmasını şərtləndirən vacib amil partiya sıralarına Azərbaycanın sağlam, intelektual gənclər ordusunun axınıdır.Bütün bunlar eyni zamanda təməli 26 il öncə qoyulmuş Yeni Azərbaycan partiyasının apardığı siyasətin nəticəsidir.Tədbirin sonunda “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyada qalib gələn Yasamal rayon məktəblilərinə,YAP Yasamal rayon təşkilatının fəallarına Yasamal rayon İcra hakimiyyətinin fəxri fərmanları,YAP-ın sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olundu.
Noyabrın 17-də “Ölkəmizi tanıyaq” tur-aksiyası başa catdı Noyabrın 17-də Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” tur- aksiyası başa çatıb.Noyabrın 14-də başalmış tur-aksiyası çərçivəsində Gəncə-Şəmkir-Göygöl şəhərləri istiqamətində səfərdə olan Yasamal rayon məktəbliləri paytaxta geri qayıtdılar.Yasamal rayonunun 9,11-ci sinif şagirdləri və onların müəllimləri Gəncə şəhərinin,Şəmkir və Göygöl rayonlarının tarixi,mədəniyyəti və adət-ənənələri barədə zəngin məlumatlar əldə edib,biliklərini artırıb,bölgələrimizin inkişafının şahidi olublar.Qarşılanma mərasimində çıxış edən Yasamal rayon İcra hakimiyyəti başçısının müavini Təravət Muradova öz çıxışında Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın əhəmiyyətindən danışaraq,qey etdi ki, Gəncə şəhərində keçirilən “Kim,harda,nə zaman” bilik yarışmasında Yasamal rayon məktəbliləri 1-ci yer tutublar.Qarşılanma mərasimi məktəblilərin hazırladıqları konsert proqramı ilə başa çatıb.
Noyabrın 17-də Yasamal Bələdiyyəsində həkim cərrah Ceyhun Babayevlə görüş keçirildi Noyabrın 17-dəYasamal Bələdiyyəsində Rusiya Federasiyası İjevsk Dövlət Tibb Akademiyasının məzunu,Tibb üzrə fəlsəfə doktoru,Rusiya Təbii Elmlər Akademiyasının Professoru,Alfred Nobel adına medala layiq görülmüş, IV Rus millətlər festivalı laureyatı,Azərbaycan Respublikası “Xüsusiləşdirilmiş Anjeoloji mərkəzi”in həkim cərrahı Babayev Ceyhun Alim oğlu ilə görüş keçirildi.Tədbirdə Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərov, bələdiyyə üzvləri və qulluqçuları, Ulu Məkan qəzetinin redaktoru Əli Vahid Çaylı,yerli sakinlər və KİV nümayəndələri iştirak etdilər.Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərov tədbiri giriş sözü ilə açaraq,Yasamal Bələdiyyəsi tərfindən belə görüşlərin təşkil edildiyini və Yasamal sakinlərinin tibbi maarifləndirilməsi ilə bağlı bu tipli tədbirlərin daim bundan sonra da təşkil ediləcəyini bildirdi.Ceyhun Babayev Rusiya Cərrahlar cəmiyyətinin,Rusiya endoskop Cərrahlar Cəmiyyətinin,Rusiya angioloqlar və damar cərrahları cəmiyyətinin üzvü,bir çox məqalələrin müəllifidir .Həkim cərrah Ceyhun Babayev öz cıxışında mədəaltı vəzidə kəskin iltihabın yeni müalicə metodunu kəşf etdiyini vurğuladı.Sonda həkim cərrah Ceyhun babayev ümumi cərrahiyyə,damar cərrahiyyəsi,mədəaltı vəzi və onun xəstəlikləri,şəkərli diabet və onun ağırlaşması və s. kimi xəstəliklərlə bağlı qonaqları maraqlandıran sualları cavablandırdı.
17 noyabr Milli Dirçəliş Günüdür Azərbaycanın Milli Dirçəliş Günü 17 noyabr, 1992-ci ildə elan olunmuşdur. Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan milli azadlıq hadisələriylə bağlıdır. Azərbaycanda bu hadisələr milli-azadlıq hərakatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır. 1988-ci il noyabrın 17-də Ermənistanın torpaq iddiaları, SSRİ rəhbərliyinin Dağlıq Qarabağ bölücülərinə dolayı dəstək verməsi, Azərbaycan hakimiyyətinin ərazi bütövlüyünün müdafiəsində qətiyyətsizliyi əleyhinə Bakıda tələbə hərəkatı fəallarının başlatdığı etiraz aksiyaları ümummilli mitinqlərlə nəticələndi. Milyonlarla insan Azadlıq meydanına yığışaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı. Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilmədi.
Yasamal rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində yola düşdülər Noyabrın 14-də Yasamal rayon Heydər Əliyev Mərkəzində “Ölkəmizi Tanıyaq” tur aksiyasına həsr olunmuş tədbir keçirildi.Tədbirdə müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyəti və valideyinlər iştirak etdilər.İlk öncə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində ulu öndərin abidəsini ziyarət edib gül dəstələri qoydular.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı.Yasamal rayon icra Hakimiyyətinin başçısı Əziz Əzizov öz çıxışında bildirdi ki, “Ölkəmizi Tanıyaq” layihəsinin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı,tarixi,mədəni irsi,adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış etmək və bütün bunlar barəsində şagirdlərdə əyani təsəvvür yaratmaqdır.Tədbir məktəblilərin hazırladıqları konsert proqramı ilə davam etdi.Tur aksiya çərçivəsində Yasamal rayonundan olan 40 məktəbli Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə səfər edəcək və eyni zamanda tarixi məkanlar,yeni tikililər ilə yaxından tanış olacaqlar.
Yasamal rayonunda aparılan abadlıq-quruculuq işləri davam etdirilir Prezident İlham Əliyevin tapşırığına əsasən paytaxtda quruculuq işləri çərçivəsində şəhərsalmanın müasir tələblər səviyyəsinə uyğunlaşdırılmasına diqqət yetirilir.Bir çox küçə və prospektdə yaşayış binaları və parkların müasir ,zövq oxşayan üslubda bərpası,yol infastrukturunun yenidən qurulması davam etdirilir.Bakının hər yerində olduğu kimi Yasamal rayonununda da abadlıq işləri aparılır.Bu istiqamətdə həyata keçirilən layihələr çərçivəsində məhəllələrdə nümunəvi həyətlərin salınması görülən işlərin tərkib hissəsidir.Rayon ərazisində 17 yeni abad məhəllənin salınması ilə bağlı işlər görülür.Bu məhəllələrdən bir neçəsi,o cümlədən Hüseyn Cavid prospekti 518-ci məhəllədəki abad həyət artıq sakinlərin istifadəsinə verilib. Bu gün Azərbaycan Respublikasının Konstitusiyası günüdür 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır.1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi.Belə ki, Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib.Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunladırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib.Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılıb.Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxıb.Bunun üçün prezident Heydər Əliyev rəhbərliyi ilə xüsusi komissiya yaradılıb,Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb.1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə,12 fəsil və 158 maddədən ibarətdir.2002-ci ilin avqustunda referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib.Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb.Qeyd edək ki,Konstitusiya-dövlətin ali qanunudur,ali hüquqi qüvvəyə malikdir,dövlətin siyasi,hüquqi və iqtisadi əsaslarını təsbit edir.
9 noyabr-Azərbaycan Respublikasının Dövlət bayrağı günüdür Noyabrın 8-də Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 158 saylı tam orta məktəbdə Azərbaycan Dövlət Bayrağı gününə həsr olunmuş tədbir keçirildi.Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirdiki,Azərbaycan Dövlətinin suverenliyinin rəmzi sayılan müqəddəs Dövlət Bayrağımız –ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il il 17 noyabr tarixində imzaladığı sərəncamla isə 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd edilir.
Oktyabrın 23-də Azərbaycan Respublikası Bələdiyyələrinin tarixində ilk dəfə Yasamal Bələdiyyəsində maarifçiliyin təbliğ olunması ilə bağlı kitabxana şöbəsinin açılışı ilə əlaqədar tədbir keçirildi.Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradaova, aparatın ərazi idarəetmə və yerli öznüidarəetmə şöbəsinin müdiri Rüfət Mərdanov, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icra katibi Tofiq Həsənov,icra katibinin müavini Əli Əkbərli, Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərov,bələdiyyə üzvləri və əməkdaşları, şair Hacı Zaməddin Ziyadoğlu, Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, 4 nömrəli Uşaq İnkişaf Mərkəzinin direktoru Gülnar Quluzadə, mərhum hüquqşunas Vaqif Qədirovun şəxsi kitabxanasından 750-ə yaxın kitabı təmənnasız kitabxanaya təqdim etmiş Gülçin Qədirova, alimlər,yazıçılar, Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində olan İnşaat Kollecinin tələbə və müəllim kollektivi iştirak etdilər. Tədbiri giriş sözü ilə Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərov açaraq, bu kitabxananı yaratmaqda əsas məqsədin cəmiyyətin intellektual mədəni inkişafına kömək etmək, oxucuların informasiya təlabatının ödənilməsi, aktual məsələlərin, milli-mənəvi dəyərlərin,hərbi vətənpərvərlik tərbiyyəsinin təşkilini həyata keçirmək olduğunu qeyd etdi. Yasamal rayon İcra Hakimiyyətini başçısının müavini Təravət Muradova öz çıxışında kitabxanaya gələcək yeniyetmə və gənclər Heydər Əliyevin siyasi irsini, fəaliyyətini, qurduğu dövlətçilik ənənələrini, azərbaycançılıq ideyasını kitabxana fondunda olan ulu öndər Heydər Əliyevə həsr olunmuş kitab,jurnal,broşur və digər cap materiallarından,ö cümlədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daxili və xarici siyasətini ,Azərbaycan Respublikasının birinci vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti,UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyətini buradakı kitablardan öyrənə biləcəklərini vurğuladı. Digər çıxışçılar öz çıxışlarında kitabxanada gələcəkdə görkəmli şəxsiyyətlərə ,şair və yazıçılara həsr olunmuş yeni kitabların təqdimatının,sənət adamlarının yubileylərinə həsr olunmuş tədbirlərin,oxucu konfranslarının, kitab sərgilərinin və görüşlərin təşkil edilləcəyini bildirdilər. Tədbirin sonunda qonaqlar Memarlıq və İnşaat Kollecinin tələbələrinin əl işlərindən ibarət olan sərgiyə baxış keçirdilər.
|