Yasamal rayonu Cəlil Məmmədquluzadə küçəsi ev 19 ünvanında yaşayan İmanov Kamil Adilin evində yanğın hadisəsi baş vermişdir. Yanğın nəticəsində evə xeyli zərər dəymişdir.Baş vermiş Yanğınla əlaqədar mənzildə təmir işlərinin aparılması üçün tikinti materialları alınaraq mənzil sahibi İmanov Kamil Adil oğluna təhvil verilmişdir.
Yasamal Bələdiyyəsi tərəfindən Yasamal rayonu ərazisində layihələrin icrası davam etdirilir Çoxsaylı sakinlər Yasamal rayon İcra Hakimiyyətinə və Yasamal Bələdiyyəsinə yazılı şəkildə müraciət edərək Yasamal rayonu Yeni Yasamal -2, M.Xiyabani küçəsi 10c, 11 və 12 ünvanlarında məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsini xahiş etmişlər.Bu ünvanlarda yaşayan sakinlərin xahişləri nəzərə alınaraq Yasamal rayon İcra Hakimiyyəti və Yasamal Bələdiyyəsi tərəfindən həmin ərazilərə baxış keçirilmiş və Yeni Yasamal-2 ünvanında 3,4 saylı binanın qarşısındakı məhəllədaxili yollar, M.Xiyabani küçəsi 10c, 11 və 12 ünvanlarında məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsi işləri tamamlanmışdır. Hal-hazırda 2-ci Alatava ünvanında məhəllədaxili yollara asfalt örtüyü çəkilməkdə davam etdirilir.Yasamal Bələdiyyəsi tərəfindən mütəmadi olaraq asfalt örtüyünə ehtiyacı olan məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsi işləri davam etdiriləcəkdir. Yasamal rayonunda növbəti qanvermə aksiyası keçirilib Ölkədə qan
ehtiyatını artırmaq üçün Yasamal rayon İcra Hakimiyyətində qanvermə aksiyası
keçirilib.Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov başda olmaqla
İcra Hakimiyyəti Aparatının və Yasamal Bələdiyyəsinin kollektivi bu xeyirxah
aksiyada fəal iştirak edib.Aksiya paytaxtdakı Milli Hematologiya və
Trzansfuziologiya Mərkəzi həkimlərinin nəzarəti altında baş tutub.Mərkəzin həkim
briqadası bu xeyrixah kampaniyaya qoşulanları müayinədən keçirdikdən sonra
qanvermə aksiyası həyata keçirilib. İrsi və qan xəstəliyi olan insanlara kömək
etmək məqsədilə Yasamal rayon İcra hakimiyyəti və Yasamal Bələdiyyəsinin əməkdaşları
növbə ilə qan veriblər. Aztəminatlı ailələrə qurban payı paylanıldı Yasamal rayon İcra Hakimiyyəti və Yasamal Bələdiyyəsinin
birgə təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı Yasamal sakinlərinə
qurban payları paylanılıb.Qurban payı alanlar arasında həmçinin Aprel şəhidlərinin
,Qarabağ qazilərinin ailə üzvləri də vardır.Həmçinin Yasamal Bələdiyyəsinin əməkdaşları
hərəkət məhdudiyyəti olan, habelə yaşlı ahıl insanlara Qurban paylarını evlərinə
çatdırıblar. Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi
üçün əhali arasında maarifləndirmə işləri davam etdirilir.
Yasamal Qəbiristanlığında növbəti təmizlik işləri aparılmışdır Paytaxtın ən
böyük qəbiristanlıqlarından biri olan Yasamal qəbiristanlığında təmizlik işləri
davam etdirilir.Təmizlik işlərinə Yasamal Bələdiyyəsi və Mənzil Kommunal Təsərrüfat
Birliyinin onlarla əməkdaşı, nəqliyyat vasitələri və texnika cəlb
edilib.Aparılan işlər nəticəsində ərazi zibillikdən təmizlənib, qurumuş kollar
kəsilərək yığışdırılıb,yollar səhmana salınıb. Yasamal Bələdiyyəsi Yasamal rayon İcra Hakimiyyətinin
təşəbbüsü ilə xüsusi karantin rejiminin
tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin
aparılmasını davam etdirir.Bu gün
rayonun A.M.Şərifzadə küçəsindəki iri supermarketlərə reydlər və əhali arasında
maarifləndirmə işləri davam etdirilmişdir. Keçirilən maarifləndirmə işlərində əhalinin
sıx olduğu məkanlarda, ticarət obyektlərində qoruyucu maskalardan istifadənin zəruriliyi
və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılmış,
o cümlədən sakinlərə maskalar paylanılmışdır. Bu gun Azərbaycan
Ordusunun şəhid olan general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev
torpağa tapşırılıb.General-mayor və polkovnikin cənazəsi ikinci Fəxri xiyabanda
dəfn olunub. Dəfn mərasimində Yasamal rayon İcra Hakimiyyəti və Yasamal rayon Bələdiyyəsi tam heyyətlə iştirak ediblər.Yasamal
Bələdiyyəsi kollektivi adından bütün şəhidlərimizə Allahdan rəhmət diləyir,
onların ailə üzvlərinə və əmək kollektivinə səbr diləyirik. Başın sag
olsun Vətən! Yasamal Bələdiyyəsi
Yasamal rayon İcra Hakimiyyəti ilə birgə xüsusi karantin rejiminin tələblərinin yerinə
yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin aparılmasını davam etdirir.Keçirilən maarifləndirmə işlərində
əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində qoruyucu maskalardan
istifadənin zəruliliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici
söhbətlər aparılmış, o cümlədən sakinlərə maskalar paylanılmışdır. Yasamal Bələdiyyəsi Yasamal rayon İcra Hakimiyyəti ilə birgə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə rayonda mütəmadi profilaktik tədbirləri, həmçinin xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədilə yaradılmış mobil qrup üzvləri tərəfindən reydləri davam etdirir. Əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində həyata keçirilən reydlər zamanı sakinlərlə Nazirlər Kabinetinin Opertaiv Qərərgahının tələb və tövsiyyələrinə riayət edilməsi ilə bağlı izahetmə işləri aparılır, bukletlər paylanılır, tibbi qoruyucu maskalardan istifadə,sosial izolyasiya və sanitar-gigiyena qaydalarına ciddi riayət edilməsi tövsiyyə edilir.Reyd keçirilən obyektlərdə işçi heyətinə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin, sosial məsafənin gözlənilməsinin vacibliyi və əhəmiyyəti barədə ətraflı məlumat verildi. |