19.01.2022Çərşənbə

“20 Yanvar” şəhid ailələrinə ərzaq yardımı verildi.

"20 Yanvar” faciəsinin 32-ci ildönümü ilə əlaqədar Yasamal rayonu ərazisində yaşayan bəzi şəhid ailələrinə və əlillərə Yasamal bələdiyyəsinin sədri ərzaq yardımı verdi.










02.10.2021Şənbə

Yasamal rayonunda Şəhid ailələrinin ünvanlarında abadlıq-quruculuq işləri aparılıb

Yasamal rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşır. Yasamal Bələdiyyəsinin üzvüləri müntəzəm olaraq bu ailələrin problemləri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirirlər. Vətən müharibəsində Şəhid olan Yasamal rayon Şəhidlərinin ailə üzvülərinin yaşadıqları Vasif Əliyev küçəsi 222, Vasif Əliyev küçəsi 245, Zaur Kərimov küçəsi 252, II Alatava 74/6, Xaqan Dadaşov küçəsi 23, Məhəmməd Xiyabani küçəsi 362-368 və Xaqan Dadaşov küçəsi 227 ünvanlarda məhəllədaxili yollar asfalt örtüyü çəkilmişdir.






13.09.2021Bazar ertəsi

Yeni süni örtüklü meydança sakinlərin istifadəsinə verildi

N.Nərimanov küç, 57/24 ünvanda Yasamal rayon İcra Hakimiyyəti, Yasamal Bələdiyyəsi və Azərbaycan Futbol Federasiyaları Assosiyası (AFFA) tərəfindən birgə inşa olunmuş yeni süni örtüklü meydança sakinlərin istifadəsinə verilib. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Milli Məclisin deputatı Elnur Allahverdiyev, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər. Gənclərimizin xüsusilə bu karantin şəraitində fiziki tərbiyə və idmanla məşğul olmaları üçün şərait yaradılmışdır. Bina sakinlərinin istirahəti üçün yeni skamyalar və söhbətgahlar qoyulmuşdur.





10.08.2021Çərşənbə axşamı

Vətən müharibəsi Qazilərinin ziyarəti davam etdirilir.

Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov və üzvüləri Vətən müharibəsində yaralanan əsgər və zabitlərimizi mütəmadi olaraq evlərində ziyarət edir, qazi ailələrinin problemləri ilə maraqlanır, onlara ərzaq məhsullarından ibarət sovqatlar çatdırır, səhhətləri ilə maraqlanaraq, cəbhə təəssüfatlarını dinləyirlər.
Allah yaralı əsgərlərimizə şəfa versin.





21.07.2021Çərşənbə

Şəhid ailələrinə, Vətən müharibəsi iştirakçlarına, aztəminatlı ailələrə qurban payı paylanıldı

20 İyul 2021-ci il tarixdə "Qurban" bayramı münasibətilə rayon İcra Hakimiyyəti ilə birgə keçirilən tədbirdə rayonun Şəhid ailələrinə, Vətən müharibəsi iştirakçılarına, aztəminatlı ailələrinə, tənha şəxslərə və əlillərə ümumilikdə 2000 nəfərə qurban əti paylanmışdır.










10.05.2021Bazar ertəsi

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar rayonun bir sıra yerlərində agacəkmə aksiyası keçirilmişdir.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Yasamal rayoununda agacəkmə aksiyası keçirilib. Aksiyada Yasamal rayon İcra Hakimiyyətinin rəhbərliyi,Yasamal Bələdiyyəsinin rəhbərliyi,bələdiyyə üzvüləri və bələdiyyə qulluqçuları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Ağacəkmə kampaniyasında şam, küknar, dekorativ gül və kol bitkiləri olmaqla minlərlə müxtəlif növ ağaclar əkildi. Yeni agacların əkilməsi Yasamal rayounda və ümumiyyətlə paytaxtda yaşıllıqların daha da artırılmasına, qlobal problem olan iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, karbon qazının udulmasına, həm də torpaqların şoranlaşmasının qarşısının alınmasına müsbət təsir göstərəcək.
Eyni zamanda 10 may 2021-ci il tarixdə Ümummilli Lider Heydər Əliyevin məzarı ziyarət edilmişdir.





20.04.2021Çərşənbə axşamı

Yaşıllaşdırma işlərinin aparılması davam etdirilir.

Azərbaycanda həyata keçirilən dövlət siyasətində ekoloji məsələlərin o cümlədən yeni yaşıllıqların salınmasının özünəməxsus yeri var. Bu siyasətin uğurlu davamı olaraq hazırda Azərbaycanda ekoloji məsələlərin həllinə xüsusi diqqət göstərilir,o cümlədən yeni yaşıllıqların salınması istiqamətində mühüm layihələr həyata keçirilir.Bizdə Yasamal bələdiyyəsi olaraq,bu kimi layihələrin həyata keçirilməsində yaxından iştirak edirik.Yasamal Bələdiyyəsi tərəfindən İnşaatçılar prospekti ilə Bəxtiyar Vahabzadə küçələrinin kəsişməsində yerləşən ərazidə ağaclar, gül-çiçək kolları əkilmiş,qazon örtüyü salınmış və yaşıllaşdırma işləri aparılmışdır.


08.04.2021Cümə axşamı

Şəhid anasının evi təmir olundu

Şəhid ailələrinə və qazilərə qayğı göstərmək və onları narahat edən problemləri vaxtında həll etmək  Yasamal rayon İcra hakimiyyətinin və rayon Bələdiyyəsinin daima diqqət mərkəzindədir. Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş vətənpərvər oğullarımızdan biri də Nəsib Mikayıl oğlu Məlikovdur. Anası Xəlilova  Lətifə Şahbala qızının yaşadığı mənzil  öz istəyinə uyğun olaraq, qısa bir zamanda təmir olunmuşdur. Lətifə Xəlilova aparılan təmir işlərinə görə rayon İcra hakimiyyətinə və Yasamal Bələdiyyəsinə öz minnətdarlığını bildirmişdir.


05.04.2021Bazar ertəsi

Vətən müharibəsi Qazisi əlil arabası ilə təmin edildi.

Vətən müharibəsində iştirak edən Qazilərimiz Yasamal rayon İcra Hakimiyyətinin və Bələdiyyənin daima diqqət mərkəzindədir. Suqovuşanın azad olunmasında iştirak edən  Qazi Səlimov Aqil Adil oğlu Yasamal rayon İcra Hakimiyyətinin və Bələdiyyənin əməkdaşlarının iştirakı ilə  əlil arabası ilə təmin edildi.


16.03.2021Çərşənbə axşamı

Vətən müharibəsi Qazilərinin ziyarəti davam etdirilir.

Yasamal Bələdiyyəsinin üzvüləri və qulluqçuları Vətən müharibəsində yaralanan əsgər və zabitlərimizi mütəmadi olaraq evlərində ziyarət edir, qazi ailələrinin problemləri ilə maraqlanır,onlara ərzaq məhsullarından ibarət sovqatlar çatdırırlar.Vətən müharibəsində Füzuli,Zəngilan,Laçın və Xocavənd rayonlarının azad olunmasında qazi olmuş Yasamal rayonunda könüllü olaraq cəbhəyə yola düşmüş Rəhimov Həmzə Müşfiq, oğlunu,Əzimov Fikrət Azad, Məhərrəmov Tural Ağababa oğlunu evlərində ziyarət etmiş,səhətləri ilə maraqlanaraq, cəbhə təəssüratlarını dinləyiblər. Allah yaralı əsgərlərimizə şəfa versin.




04.03.2021Cümə axşamı

Vətən müharibəsi Qazilərinin ziyarəti davam etdirilir.

Yasamal Bələdiyyəsinin üzvüləri və qulluqçuları Vətən müharibəsində yaralanan əsgər və zabitlərimiz mütəmadi olaraq olaraq evlərində ziyarət edir, qazi ailələrinin problemləri ilə maraqlanır, onlara ərzaq məhsullarından ibarət sovqatlar çatdırırlar. Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov Vətən müharibəsi qazisi Yasamal rayonundan könüllü olaraq cəbhəyə yola düşmüş Şuşanın azad olunmasında Qazi olmuş Səfərov Fərhad Ağamirzə oğlunu, sədr müavini Emin Muxtarov Cəbrayıl rayonunun azad olunmasında Qazi olmuş Babayev Nazim İntiqam oğlunu evlərində ziyarət etmiş, səhhətləri ilə maraqlanaraq, cəbhə təəssüratlarını dinləyiblər.

Allah yaralı əsgərlərimizə şəfa versin.




19.01.2021Çərşənbə axşamı

"20 Yanvar" şəhid ailələrinə ərzaq yardımı verildi.

"20 Yanvar" faciəsinin 31-ci ildönümü ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyətinin və Bələdiyyəsinin əməkdaşları tərəfindən rayon ərazisində yaşayan 21 nəfər şəhid ailəsinə ərzaq yardımı verildi.





06.01.2021Çərşənbə

Qarabağ Qazisinin evinə Ziyarət olunub.

Yasamal Bələdiyyəsi torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda başlanan Vətən müharibəsində yaralanan əsgər və zabitlərimizi mütəmadi olaraq evlərində ziyarət edir, qazi ailələrinin problemləri ilə maraqlanır, onlara ərzaq yardımları çatdırılır.Bələdiyyənin əməkdaşları 06.01.2021-ci il tarixdə Vətən müharibəsi qazisi Yasamal rayonundan könüllü olaraq cəbhəyə yola düşmüş Abdullayev İbrahim Elmar oğlunu evində ziyarət edib, səhhəti ilə maraqlanıb, cəbhə təəssüratlarını dinləyiblər.
Allah yaralı əsgərlərimizə şəfa versin.



22.09.2020Çərşənbə axşamı

Yeni Yasamal 2, 10 saylı binanın həyətində oturacaqların quraşdırılması

Yasamal rayonu Yeni Yasamal 2, 10 saylı binanın sakinləri Yasamal Bələdiyyəsinə müraciət edərək yaşadıqları binanın həyətində asudə vaxtlarını keçirtmək üçün oturacaqların qoyulmasını xahiş etmişlər. Sakinlərin müraciəti nəzərə alınaraq onların asudə vaxtlarını keçirtmək üçün oturacaqlar qoyulmuşdur





« 1 2 3 4 5 6 »