Yasamal rayonunda abadlıq işləri davam etdirilir. Yasamal rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun müxtəlif ünvanlarında kompleks tədbirlər həyata
keçirilir.Rayonun ayrı-ayrı küçələrində,həyət və
yaşayış məhəllələrində abadlıq-quruculuq işləri aparılır,
binaların həyətində sakinlərin asudə
vaxtlarını keçirmək üçün söhbətgahlar və oturacaqlar qoyulur, onların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə
məhəllədaxili yollara asfalt örtüyü çəkilir.Növbəti abadlıq işləri rayonun
Şəfayət Mehdiyev küçəsi 1, Vətən müharibəsi iştirakçısının yaşadığı evin damı təmir edilmişdir. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun rayon
sakinləri üçün keçirdiyi səyyar qəbulda iştirak etmiş oğlu Vətən müharibəsi
iştirakçısı Səmədova Yeganənin yaşadığı evin dam örtüyünün və döşəməsinin
təmirə ehtiyac olduğunu bildirmişdir.Yasamal Bələdiyyəsi tərəfindən Səmədova
Yeganənin yaşadığı evin dam örtüyünə tol çəkilmiş və döşəməsi təmir edilmişdir. Yasamal
rayon İcra Hakimiyyəti və Yasamal bələdiyyəsi şəhid ailələrinin və qazilərin
daima yanındadır və onlara xüsusi diqqət göstərir. Yasamal rayonunda abadlıq işləri davam etdirilir. Yasamal rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Yasamal Bələdiyyəsi
tərəfindən Həsənbəy Zərdabi küçəsi Yasamal bələdiyyəsi ağacəkmə aksiyası keçirib Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cı ildönümü münasibətilə Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Yasamal bələdiyyəsi rayonun müxtəlif ərazilərində ağacəkmə aksiyası keçirib. Aksiya çərçivəsində Mətbuat prospekti, Əsəd Əhmədov küçəsi, 52 nömrəli tam orta məktəbin həyəti və digər ünvanlarda müxtəlif növ ağaclar əkilib. Eyni zamanda qurumuş ağaclar yeniləriylə əvəz edilib, onlara texniki xidmıət göstərilib.Aksiyada Yasamal bələdiyyəsinin rəhbərliyi və əməkdaşları fəal iştirak ediblər.
Yasamal rayonunda Şəhid ailələrinin ünvanlarında abadlıq-quruculuq işləri aparılıb Yasamal rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşır. Yasamal Bələdiyyəsinin üzvüləri müntəzəm olaraq bu ailələrin problemləri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirirlər. Vətən müharibəsində Şəhid olan Yasamal rayon Şəhidlərinin ailə üzvülərinin yaşadıqları Vasif Əliyev küçəsi 222, Vasif Əliyev küçəsi 245, Zaur Kərimov küçəsi 252, II Alatava 74/6, Xaqan Dadaşov küçəsi 23, Məhəmməd Xiyabani küçəsi 362-368 və Xaqan Dadaşov küçəsi 227 ünvanlarda məhəllədaxili yollar asfalt örtüyü çəkilmişdir. Yeni süni örtüklü meydança sakinlərin istifadəsinə verildi N.Nərimanov küç, 57/24 ünvanda Yasamal rayon İcra Hakimiyyəti, Yasamal Bələdiyyəsi və Azərbaycan Futbol Federasiyaları Assosiyası (AFFA) tərəfindən birgə inşa olunmuş yeni süni örtüklü meydança sakinlərin istifadəsinə verilib. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Milli Məclisin deputatı Elnur Allahverdiyev, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər. Gənclərimizin xüsusilə bu karantin şəraitində fiziki tərbiyə və idmanla məşğul olmaları üçün şərait yaradılmışdır. Bina sakinlərinin istirahəti üçün yeni skamyalar və söhbətgahlar qoyulmuşdur. Vətən müharibəsi Qazilərinin ziyarəti davam etdirilir. Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov və üzvüləri Vətən müharibəsində yaralanan əsgər və zabitlərimizi mütəmadi olaraq evlərində ziyarət edir, qazi ailələrinin problemləri ilə maraqlanır, onlara ərzaq məhsullarından ibarət sovqatlar çatdırır, səhhətləri ilə maraqlanaraq, cəbhə təəssüfatlarını dinləyirlər.
Allah yaralı əsgərlərimizə şəfa versin. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Yasamal rayoununda agacəkmə aksiyası keçirilib. Aksiyada Yasamal rayon İcra Hakimiyyətinin rəhbərliyi,Yasamal Bələdiyyəsinin rəhbərliyi,bələdiyyə üzvüləri və bələdiyyə qulluqçuları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Ağacəkmə kampaniyasında şam, küknar, dekorativ gül və kol bitkiləri olmaqla minlərlə müxtəlif növ ağaclar əkildi. Yeni agacların əkilməsi Yasamal rayounda və ümumiyyətlə paytaxtda yaşıllıqların daha da artırılmasına, qlobal problem olan iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, karbon qazının udulmasına, həm də torpaqların şoranlaşmasının qarşısının alınmasına müsbət təsir göstərəcək. Eyni zamanda 10 may 2021-ci il tarixdə Ümummilli Lider Heydər Əliyevin məzarı ziyarət edilmişdir. Yaşıllaşdırma işlərinin aparılması davam etdirilir. Azərbaycanda həyata keçirilən dövlət siyasətində ekoloji məsələlərin o cümlədən yeni yaşıllıqların salınmasının özünəməxsus yeri var. Bu siyasətin uğurlu davamı olaraq hazırda Azərbaycanda ekoloji məsələlərin həllinə xüsusi diqqət göstərilir,o cümlədən yeni yaşıllıqların salınması istiqamətində mühüm layihələr həyata keçirilir.Bizdə Yasamal bələdiyyəsi olaraq,bu kimi layihələrin həyata keçirilməsində yaxından iştirak edirik.Yasamal Bələdiyyəsi tərəfindən İnşaatçılar prospekti ilə Bəxtiyar Vahabzadə küçələrinin kəsişməsində yerləşən ərazidə ağaclar, gül-çiçək kolları əkilmiş,qazon örtüyü salınmış və yaşıllaşdırma işləri aparılmışdır. |