SAAT

ELANLAR

FAYDALI LİNKLƏR

FOTOALBOM

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

ONLİNE ÖDƏMƏ

TƏQVİM

«  Fevral 2019  »
BB.erÇ.axÇC.axCŞ
     12
3456789
10111213141516
17181920212223
2425262728

FOTOALBOM

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye


12:00
Fevralın 26-da Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşü keçirildi
      

Fevralın 26-da Yasamal rayon İcra Hakimiyyətinin və Yasamal Bələdiyyəsinin əməkdaşları Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşündə iştirak etdilər.Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edildi, abidənin önünə qərənfillər düzüldü, faciə qurbanlarının xatirəsi dərin ehtiramla yad olundu.Bu ümumxalq yürüşü Azərbaycanın Xocalı soyqırımı ilə bağlı apardığı genişmiqyaslı işinin növbəti mərhələsidir.Dünya Xocalı qırğını haqqında əsl həqiqəti bilməli, başa düşməlidir ki, XX əsrin sonunda bütün sivil bəşəriyyətin gözü qarşısında törədilmiş bu vəhşiliyə laqeydlik, yüzlərlə dinc insanın ölümündə təqsirkar olanların cəzalandırılmaması belə faciələrin planetin hər bir nöqtəsində təkrarlanmasına gətirib çıxara bilər.Bu yürüş həm də Azərbaycan xalqının sıx birliyini, onun öz şəhidlərinin xatirəsinə ehtiramını, işğal altındakı torpaqların azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini nümayiş etdirdi.

 

 

 

 

 

 

 

Baxış sayı: 31 | Xəbəri yerləşdirdi: yasamalbelediyye