15:03
Azərbaycan və Bakı Biznes Universitetinin tələbələri Yasamal Bələdiyyəsində təcrübə keçir

  Hər il olduğu kimi bu ildə təcrübə keçmək üçün Azərbaycan və Bakı Biznes Universitetinin 4-cü kurs tələbələri Yasamal Bələdiyyəsində qeydiyyatdan keçdilər. Bələdiyyənin iclas zalında keçirilən tanışlıq iclasında sözü Bələdiyyə sədri Tahir Məmmədov açaraq, tələbələri salamladı və onlara uğurlar arzuladı. Bələdiyyə sədrinin müavini Zakir Cəfərov öz çıxışında bələdiyyələr haqqında ümumi məlumat verdi. Tələbələr təcrübə mübadiləsi keçmək üçün ilk olaraq Humanitar və Sosial Müdafiə şöbəsinin müdiri Samad Mirzəyev tərəfindən şöbənin gördüyü işlər barədə məlumatlandırıldılar.

 

 

 

 

 

 

Category: Görülən işlər | Views: 66 | Added by: yasamalbelediyye | Tags: yasamal belediyyesi | Rating: 0.0/0