14.03.2018Çərşənbə

Yasamal rayonu ərazisində mart ayından başlayaraq səyyar-qəbul görüşləri keçirilir

Yasamal rayonu ərazisində mart ayından başlayaraq rayon əhalisi ilə  səyyar-qəbul görüşləri keçirilir.Bu görüşlərdə rayon İcra Hakimiyyətinin başçısı,Yasamal Bələdiyyəsinin sədri,aparatın məsul işçiləri ,rayonun xidmət sahalərinin rəhbərləri və rayon sakinləri iştirak edir. Səyyar qəbul-görüşlərdə əsas məqsəd əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi, abadlıq-quruculuq,yenidənqurma işlərinin sürətləndirilməsi,əhaliyə göstərilən sosial xidmətlərin həcminin artırılması və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm işlərin görülməsi,küçələrin əsaslı yenidən qurulması,istirahət parklarının günün tələblərinə uyğun bərpası, məhəllədaxili yolların asfaltlaşdırılması, məhəllələrin abadlaşdırılması, binaların girişlərinin və dam örtüklərinin təmir olunmasıdır.

 

 

 

 

 

 

 

 

 

 

 

23.02.2018Cümə

Fevralın 23-də Yasamal Bələdiyyəsində Xocalı soyqırımının 26-ci ildönümünə həsr olunmuş tədbir keçirildi

Fevralın 23-də Yasamal Bələdiyyəsində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirildi.Tədbirdə Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərov ,bələdiyyə üzvləri və qulluqçuları, eyni zamanda Yasamal rayon ərazisində yerləşən digər idarə və təşkilatların nümayəndələri və Yasamal sakinləri iştirak etdilər. Xocalı faciəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

 

19.01.2018Cümə

Yanvarın 19-də 20 yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirildi

Yanvarın 19-də Yasamal rayon M.Müşfiq adına 18 nömrəli tam orta məktəbdə rayon İcra Hakimiyyəti ilə birgə 20 yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova,Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərova, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, YAP Yasaml rayon təşkilatının Qadınlar şurasının sədri Tamella Şahbazova, 18 nömrəli tam orta məktəbin və digər məktəblərin rəhbərləri, şəhid ailələri iştirak etdilər. Tədbir iştirakçıları ilk öncə 18 nömrəli tam orta məktəbin foyesində məktəblilərin əl işlərindən ibarət 20 yanvar hadisələrinə həsr olunmuş sərgiyə baxış keçirdilər. Tədbir Azərbaycanın bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş şahidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. 18 saylı tam orta məktəbin şagirdlərinin ifasında şeirlər və bədii kompazisiya səsləndirildi. Tədbirin sonunda Yasamal Bələdiyyəsi və İcra hakimiyyətinin əməkdaşları tərəfindən şəhid ailələrinə ərzaq yardımları paylanıldı.

 

 

 

 

 

 

 

 

 

 

 

19.03.2017Bazar

2017-ci ilin fevral ayında görülmüş işlər

      Çoxsaylı sakinlər Yasamal Bələdiyyəsinə yazılı şəkildə müraciət edərək Yasamal rayonu Ş.Mehdiyev  küçəsi 142 və M.C.Məmmədzadə küçəsi ev 77 ünvanlarında yerləşən yaşayış binaları ətrafında asfalt abadlıq işlərinin aparılması xahiş etmişlər. .Bu ünvanlarda yaşayan sakinlərin həm xahişlərini ,həm də əksəriyyətinin əmlak,torpaq vergilərini vaxtı vaxtında ödədiklərini nəzərə alaraq Yasamal Bələdiyyəsi 23 fevral 2017-ci il tarixli 02 saylı iclasın 04 saylı qərarı ilə maliyyə vəsaiti ayırmışdır.Ayrılmış vəsaitə uygun olaraq asfalt-abadlıq işləri yüksək keyfiyyətlə həyata keçitilmişdir.

19.03.2017Bazar

2017-ci ilin yanvar ayında görülmüş işlər

     Yasamal Bələdiyyəsinin 21.01.2017-ci il tarixli 01 saylı iclasının 4 saylı qərarı ilə Ə.Cəmil küçəsi 70a binanin  sakinlərinin xahişini nəzərə alaraq binanın həyətində asfalt abadlıq işləri aparılmışdır.

18.03.2017Şənbə

19 yanvar 2017-ci il tarixində ”20 Yanvar” şəhid ailələri ilə görüş keçirilmişdir

   ”20 Yanvar” faciəsinin 27-ci ildönümü ilə əlaqədar olaraq 18 saylı orta məktəbdə rayon İcra Hakimiyyəti ilə birlikdə tədbir keçirilmişdir.Tədbirdə iştirak edən 35 nəfər şəhid ailəsinə  Yasamal Bələdiyyəsi tərəfindən alınmış ərzaq yardımları paylanmışdır. 35 nəfər şəhid ailəsinə  alınmış ərzaq yardımlarına xərclənmiş vəsait Yasamal Bələdiyyəsinin 21 yanvar  2017-ci il tarixli 01  saylı iclasının 07 saylı qərərı ilə təsdiq edilmişdir.

 

03.11.2016Cümə axşamı

"Azərbaycanda Yerli Demokratiya həftəsi" keçirilir

     2016- cı ilin oktyabrın 31- dən noybrın 5-dək "Azərbaycanda Yerli Demokratiya həftəsi" çərçivəsində Yasamal Bələdiyyəsində silsiləli tədbirlər həyata keçirilir. Belə ki, seçicilərin yerl əhəmiyyətli məsələlərlə bağlı problemlərinin həll edilməsi, vətəndaş- bələdiyyə, bələdiyyə- vətəndaş əlaqələrinin möhkəmləndirilməsi, vətəndaşların bələdiyyənin fəaliyyətində iştirakının təmin edilməsi, onların müraciətlərinə baxılması, cari ildə görülmüş işlər, o cümlədən "Bir bələdiyyə- azı bir layihə" təşəbbüsü çərçivəsində həyata keçirilmiş layihələr barədə hesabatların verilməsi, 2016- cı ilin bələdiyyə büdcəsinin və həyata keçirilməsi nəzərdə tutulmuş layihələrin müzakirəsi üçün vətəndaşlarla açıq və qapalı yerlərdə görüşlərin keçirilməsi davam etdirilir. Bunun üçün bələdiyyədə vətəndaşların qəbulu məqsədilə "açıq qapı" günləri elan edilmiş, vətəndaşlarla operativ əlaqənin təmin edilməsi üçün "qaynar xətt" yaradılmışdır. Tel: 432 52 31

08.08.2016Bazar ertəsi

“Mülk” Assosiasiyası Yasamal bələdiyyəsində treninq keçirib

Yasamal RİH-n dəstəyi, Yasamal Bələdiyyəsinin təşkilatçılğı və sakinlərin iştirakı ilə keçirilən tədbirdə “Mülk” Assosiasiyasının prezidenti Dilarə Vəliyeva layihə haqqında geniş məlumat verib. O bildirib ki, əmlak vergisinin yığımıyla bağlı Azərbaycan qanunvericiliyində, o cümlədən Vergilər Məcəlləsində, Mülki Məcəllədə və digər hüquqi aktlarda öz əksini tapıb.

Yasamal bələdiyyəsinin sədri Zakir Cəfərov bu tədbirin həm özünüidarəetmə orqanlarının əməkdaşlarının və sakinlərinin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Təlimçi-hüquqşünas Tərlan İsmayılov vergilərin ümumi məzmunu və qanunvericilikdə təsbiti və tətbiqi barədə danışıb və bildirib ki, əmlak vergisi bu baxımdan mühüm əhəmiyyət kəsb edir: “Əmlak vergisinin toplanması üçün ilk növbədə vətəndaş tərəfindən mülkiyyətə dair sənədlər toplanmalı və bələdiyyədən qeydiyyatdan keçirilməlidir. Bir sıra hallarda vətəndaşlara bu məqamı dedikdə, əmlak vergisi ilə niyə ödəmələri ilə bağlı suallar verir. Aparılan maarifləndirmə işlərinin nəticəsi olaraq, vətəndaş bilməlidir ki, onun ödədiyi vergi hesabına yaşadığı ərazidə abadlaşdırma və digər işlər həyata keçirilir.

Əmlak vergisinin hesablanması və toplanması ilə bağlı əvvəllər problemlər olub. Lakin Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu məsələ birdəfəlik aradan qalxıb.

Beləki, mülkiyyət sahələrinin kvadrat/metrlə hesablanması və zonalar üzrə konkret rəqəmlərin açıqlanması istər bələdiyyələrin, istərsə də vətəndaşların işini yüngülləşdirdi”.

T.İsmayılov əmlak vergisinin blədiyyələr hesablanması və toplanması ilə bağlı qaydalara toxunub: “İlk olaraq, onu qeyd edim ki, avqustun birinədək tədiyyə bildirişləri vətəndaşlara paylanılmalıdır. Əgər vətəndaş əmlak vergisini ödəmirsə, noyabırın 15-dən sonra son xəbərdarlıq edilir. Daha sonra ödənilməyən əmlak vergisi ilə bağlı vətəndaşın iştirakı ilə aktlaşdırma aparılır. Vətəndaşın aktı təsdiqləməsi və imtina etməsindən asılı olamayaraq, bələdiyyədə iclas keçirilir və məhkəməyə müraciət olunması bağlı qərar qəbul edilir”. 

Tədbirdə qeyd edilib ki, Yasamal bələdiyyəsi ərazisində 88 məhəllə komitələri var və mütəmadi olaraq komitələrin dəstəyi ilə vətəndaşlar arasında əmlak vergisinə dair maarifləndirmə işləri həyata keçirilir. Sonda tədbir iştirakçılarının sualların cavablandırılıb və onlara məlumatlandırıcı materiallar paylanılıb.

22.07.2016Cümə

2016-cı ilin I yarısının hesabat yığıncağı

Yığıncaqda Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirdi ki, Prezident İlham Əliyevin yerli icra hakimiyyətlərinin qarşısında qoyduğu vəzifələrin icrasını təmin etmək məqsədilə rayonda xeyli iş görülüb. Sahibkarlığın inkişafı, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və insanların maddi rifahının yüksəldilməsi məqsədilə yaradılmış qərargahın fəaliyyətini qənaətbəxş hesab etmək olar.

Hesabat dövründə Yasamal Rayon Məşğulluq Mərkəzi tərəfindən əhalinin məşğulluğunun artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Bildirildi ki, 2016-2020-ci illərdə Yasamal rayonu ərazisində qəzalı vəziyyətdə olan 19 yaşayış binasının mərhələli şəkildə sökülüb yenidən tikilməsi nəzərdə tutulur. Artıq Akim Abbasov küçəsindəki 3, A.M.Şərifza-də küçəsindəki 122 nömrəli qəzalı vəziyyətdə olan dördmərtəbəli yaşayış bina-larının sakinləri köçürülüb, binalar sökülüb. A.M.Şərifzadə küçəsindəki 86 nömrəli və İ.Zülalov küçəsindəki 19 nömrəli evlərin sakinlərinin köçürülməsi işləri başa çatdırılıb, binalar sökülərək tikinti işlərinə başlanılıb. Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən qəzalı vəziyyətdə olan binaların sökülərək yeni binaların inşa olunması işləri ilk olaraq rayonda icra edilir.Bakı şəhərinin Baş Planına əsasən “Sovetski” adlanan ərazidə köçürmə və daşınmaz əmlakın sökülməsi işləri davam etdirilir. Kiçiksahəli mənzillərin sakinlərinin yeni mənzillərlə təmin edilməsi istiqa-mətində işlər icra olunub. Artıq Nərimanov rayonu ərazisində doqquzmərtəbəli tamamilə rekonstruksiya olunmuş binalarda 104 ailə ikiotaqlı və 120 ailə birotaqlı yeni mənzillərə köçürülüb. İyulun 1-dək 8769 ünvanda ölçü işləri aparılıb, 3432 ünvanda razılaşma protokolu imzalanıb, 3273 daşınmaz əmlak sahiblərinə vəsait ödənilib, 2848 ünvanda daşınmaz əmlakın sökülməsi başa çatdırılıb.Qanunsuz tikililərə qarşı mübarizə sahəsində işlər davam etdirilərək 6 müxtəlif təyinatlı qeyri-qanuni tikili, 3 ünvanda zəbt olunmuş torpaq sahəsi ətrafına çəkilmiş hasarlar sökülüb.

Prezident tərəfindən əhalinin sosial problemlərinin həlli istiqamətində verilmiş tapşırıqlar və bu sahədə yaranmış problemlərin həlli daim rayon icra hakimiyyətinin nəzarətində olub. Rayon sakinlərinin, eləcə də hüquqi və fiziki şəxslərin elektrik enerjisi, təbii qaz və içməli su ilə təchizatı məsələsi demək olar ki, bütünlüklə həll edilib.Bu barədə Yasamal rayon su-kanal idarəsinin rəisi Elnur Əliyev məlumat verdi.

Sonra Yasamal Rayon Məşğulluq Mərkəzinin direktoru Elxan Rəhimov, rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov və başqaları çıxış edərək respublikamızın sosial, iqtisadi, siyasi, mədəni sahələrdə yüksək göstəricilər və nəticələr qazanaraq qüdrətini daha da artırdığını diqqətə çatdırdılar.

Yığıncağın sonunda qarşıda duran vəzifələrlə bağlı aidiyyəti təşkilatlara tapşırıqlar verildi.

18.07.2016Bazar ertəsi

Yasamal rayonunda gənclərin hərbi xidmətə yola salınması

Yasamal rayonu gənclərinin həqiqi hərbi xidmətə yola salınması münasibətilə Azərbaycan xalqının tarixi qəhrəmanı Mehdi Hüseynzadənin abidəsi önündə mərasim təşkil edildi.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başladı, abidənin önünə əklil və güllər qoyuldu.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev hərbi xidmətə yola salınan 50 gənci təbrik edərək dövlət müstəqilliyinin qorunmasında, gənclərin bir şəxsiyyət kimi formalaşmasında, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminində Azərbaycan Ordusunun müstəsna xidmətlərindən danışdı. O, gənclərə inamlı olmağı, Vətənimizin keşiyində ayıq-sayıq da-yanmağı, komandirlərin hər bir tapşırığını səylə yerinə yetirməyi, qətiyyətlə və vicdanla xidmət etməyi arzuladı.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsinin rəisi, polkovnik Namiq Hüseynov Azərbaycanın güclü ordusu olduğunu, Vətənin keşiyində igid, mərd oğulların dayandığını bildirərək hərbi xidmətə gedən gənclərə sağ-salamat qayıtmağı arzu etdi.

YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırdı.

Hərbi xidmətə yola salınan gənclərin valideynləri övladları ilə qürur duyduq-larını bildirdilər, onlara Vətənin layiqli əsgəri olmağı tövsiyə etdilər.

Gənclər də öz növbəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şərəflə qoruyacaqlarına söz verdilər.

Daha sonra ordu sıralarına yola salınan gənclər Azərbaycan bayrağına sədaqət andı içdilər.

Tədbirin sonunda Əbilov adına Mədəniyyət Mərkəzinin bədii kollektivi konsert proqramı ilə çıxış etdi.

14.07.2016Cümə axşamı

Yasamalda “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar

  İyulun 13-ü Yasamal Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə "Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib. Tədbirdə Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Yasamal, Nəsimi və Nərimanov rayonlarının yerli strukturlarının nümayəndələri, ziyalılar, dindarlar və ictimai fəallar iştirak ediblər.       Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bu cür tədbirlərin keçirilməsinin zəruri olduğunu diqqətə çatdırıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Azərbaycandakı multikultural mühitin bütün dünya üçün örnək olduğunu bildirib. O, bəzi Şərq ölkələrində baş verən münaqişələrə diqqəti çəkərək, bəzi qüvvələrin din amilindən geosiyasi maraqlar üçün istifadə etdiyini təəssüflə bildirib.        Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov son illərdə respublikada keçirilən tədbirlərdə ayr-ayrı xalqların nümayəndələrinin iştirakını tolerantlıq nümunəsi kimi dəyərləndirib.      Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev dini radikalizm və onun fəsadlarından, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı pozuculuq fəaliyyətlərinin qarşısının alınması istiqamətində görülən işlərdən danışaraq qeyd edib ki, vətəndaşlarımızı, xüsusilə də gənclərimizi dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyəti cəmiyyətin üzərinə düşür. Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov dövlətin gənclərə diqqət və qayğısından danışıb.         Qeyd edək ki, müşavirədən öncə "Fitnə” filmi Yasamal rayon ictimiayyətinə təqdim olunub.
05.07.2016Çərşənbə axşamı

26 İyun - Silahlı Qüvvələr gününə həsr olunmuş tədbirlər

26 İyun – Silahlı Qüvvələr günü münasibətilə Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yasamal rayonu N saylı hərbi hissədə A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin hesabat konsert proqramı keçirilmişdir.Mədəniyyət Mərkəzinin direktoru Zivər Əhmədova tədbir iştirakçılarını salamlayaraq, əsgərlərə və şəxsi heyətə bayram münasibəti ilə Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin təbrikini çatdırdı və 26 İyun – Silahlı Qüvvələr günü münasibətilə konsert proqramı təşkil edildiyini vurğuladı.Bildirdi ki, son dövrdə bütün cəbhə boyu gedən şiddətli döyüşlərdə Azərbaycan əsgəri düşmənə öz gücünü bir daha sübut etdi. Hadisələr bir daha göstərdi ki, Azərbaycan əsgərinin qəhrəmanlığı, Azərbaycan xalqının Vətən və Torpaq kimi yüksək dəyərlər uğrunda birliyi və fədakarlığı sadəcə söz deyil, gerçəklikdir.Tədbir zamanı "Şəms” rəqs kollektivi, "Xudafərin” instrumental Xalq ansamblı , "Arzu” xalq çalğı alətləri ansamblı çıxış etdilər.Daha sonra Mədəniyyət Mərkəzinin solistləri Səidə Orucova, Aidə Abaszadə, Hazar Quliyev, Rəna Xəlilova , Hüseyn Babayev bir-birindən həzin, könül oxşayan mahnılar ifa etdilər.
04.07.2016Bazar ertəsi

Yasamal rayonunda dövlət qulluqçularının peşə bayramı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 23 iyun ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur. Bu əlamətdar gün münasibətilə Yasamal rayon İcra Hakimiyyətində dəyirmi masa keçirildi.Tədbiri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev açaraq dövlət qulluqçularını təbrik etdi və onlara fəaliyyətlərində uğurlar arzuladı. O bildirdi ki, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, çevik idarəetmə strukturunun yaradılması, icra hakimiyyəti orqanlarının funksional vəzifələrinin müəyyən edilməsi məqsədilə xeyli işlər görülmüşdür. Bütün sahələrdə olduğu kimi dövlət qulluğunun da müasir tələblər səviyyəsində təşkili və təkmilləşdirilməsi daim diqqət mərkəzində duran məsələlərdən olmuşdur. Ölkəmizdə dövlət qulluğunu tənzimləyən əsas sənəd 2000-ci ilin iyulunda ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanıb qəbul edilmiş "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanun qəbul edildikdən sonra Azərbaycanda müasir dövlət qulluğu ənənələri təşəkkül tapmağa başlamışdır. Bu mühüm sənəd düzgün kadr siyasətinin aparılmasına, dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə xidmət göstərir.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016-cı il tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Elşən Mustafayevi təbrik etdi və ona uğurlar arzuladı. Elşən Mustafayev əməyinə verilən böyük qiymətə görə dövlət başçımız cənab İlham Əliyevə dərin minnətdarlığını bildirdi və bundan sonrakı fəaliyyətində böyük etimadı doğrultmağa çalışacağını qeyd etdi.Tədbirdə çıxış edənlər qeyd etdilər ki, dövlət qulluqçularının işi daim ictimaiyyətin diqqət mərkəzindədir və onlar fəaliyyətlərində humanizm və sosial ədalət prinsiplərinə əsaslanan mənəvi normaları rəhbər tutmalıdırlar. Mənəvi saflıq, vicdanlılıq və təmənnasızlıq dövlət qulluğunda əsas meyarlardır.Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Yasamal Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə Fəxri Fərmanla təltif olundular.
14.06.2016Çərşənbə axşamı

“Müşfiqin ürəyi yarpaqdan incə”

Yasamal rayon İcra Hakimiyyətinin, Mədəniy-yətsünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və Müşfiqsevər ziyalılarınn birgə təşkilatçılığı ilə ölməz şair Mikayıl Müşfiqin 108-ci illiyinə həsr olunmuş "Müşfiqin ürəyi yarpaqdan incə” adlı poeziya günü keçirildi.Tədbiri ziyalı Müşfiqsevər ağsaqqal Adil Sadıxov açaraq sözü Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradovaya verdi. Təravət Muradova vurğuladı ki,Müşfiq Azərbaycan poeziyasının yaranmasında və inkişafında böyük rolu oynamış nadir istedadlı şairlərdəndir , və xoşbəxt şairlərdəndir, çünki bu gün burada bu qədər Müşfiqsevərlər toplaşıb.Tədbirdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən iştirak edən Təbliğat və statistik araşdırmalar şöbəsinin müdiri M.Müşfiq və C.Cabbarlı mükafatı laureatı Sənan Talıbov çıxış edərək Mərkəzin rəhbərliyi adından bütün iştirakçıları salamlayaraq Mikayıl Müşfiqin həyat və yaradıcılığından bəhs etdi.Sonda əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə, şairlər Oqtay Rza, Müşfiq Cabiroğlu, Vahab İsmayılzadə, alim Firudin Qurbansoy, professor Rafiq Sadıqov, "Cahan İdman Klubu” İctimayi Birliyinin sədri Elçin Eyvazov, rəssam Minayə Feyzullayeva, M.Müşfiq adına 18 saylı tam orta məktəbinin müəllimi Ənvər Səfərov və şagirdləri, aktyor Rasim Məmmədov, aşıq Aidə Gülgəz və xanəndə İnci Şırvanlı çıxış edərək Müşfiq poeziyasının tükənməz çeşməsindən bir birindən gözəl əsərlərini dinləndirərək poeziya gününə rəng qatdılar. Tədbir Müşfiqin dünyaya göz açdığı Xızı rayonu Sayadlı kəndində davam etdi.
« 1 2 ... 4 5 6 7 »