14.11.2018Çərşənbə

Yasamal rayonunda aparılan abadlıq-quruculuq işləri davam etdirilir

Prezident İlham Əliyevin tapşırığına əsasən paytaxtda quruculuq işləri çərçivəsində şəhərsalmanın müasir tələblər səviyyəsinə uyğunlaşdırılmasına diqqət yetirilir.Bir çox küçə və prospektdə yaşayış binaları və parkların müasir ,zövq oxşayan üslubda bərpası,yol infastrukturunun yenidən qurulması davam etdirilir.Bakının hər yerində olduğu kimi Yasamal rayonununda da abadlıq işləri aparılır.Bu istiqamətdə həyata keçirilən layihələr çərçivəsində məhəllələrdə nümunəvi həyətlərin salınması görülən işlərin tərkib hissəsidir.Rayon ərazisində 17 yeni abad məhəllənin salınması ilə bağlı işlər görülür.Bu məhəllələrdən bir neçəsi,o cümlədən Hüseyn Cavid prospekti 518-ci məhəllədəki abad həyət artıq sakinlərin istifadəsinə verilib.

12.11.2018Bazar ertəsi

Bu gün Azərbaycan Respublikasının Konstitusiyası günüdür

1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır.1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi.Belə ki, Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib.Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunladırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib.Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılıb.Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxıb.Bunun üçün prezident Heydər Əliyev rəhbərliyi ilə xüsusi komissiya yaradılıb,Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb.1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə,12 fəsil və 158 maddədən ibarətdir.2002-ci ilin avqustunda referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib.Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb.Qeyd edək ki,Konstitusiya-dövlətin ali qanunudur,ali hüquqi qüvvəyə malikdir,dövlətin siyasi,hüquqi və iqtisadi əsaslarını təsbit edir.

 

 

08.11.2018Cümə axşamı

9 noyabr-Azərbaycan Respublikasının Dövlət bayrağı günüdür

Noyabrın 8-də Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 158 saylı tam orta məktəbdə Azərbaycan Dövlət Bayrağı gününə həsr olunmuş tədbir keçirildi.Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirdiki,Azərbaycan Dövlətinin suverenliyinin rəmzi sayılan müqəddəs Dövlət Bayrağımız –ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il il 17 noyabr tarixində imzaladığı sərəncamla isə 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd edilir.

 

 

 

23.10.2018Çərşənbə axşamı

Oktyabrın 23-də Azərbaycan Respublikası Bələdiyyələrinin tarixində ilk dəfə Yasamal Bələdiyyəsində kitabxana şöbəsi açıldı

Oktyabrın 23-də Azərbaycan Respublikası Bələdiyyələrinin tarixində ilk dəfə Yasamal Bələdiyyəsində maarifçiliyin təbliğ olunması ilə bağlı kitabxana şöbəsinin açılışı ilə əlaqədar tədbir keçirildi.Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradaova, aparatın ərazi idarəetmə və yerli öznüidarəetmə şöbəsinin müdiri Rüfət Mərdanov, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icra katibi Tofiq Həsənov,icra katibinin müavini Əli Əkbərli, Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərov,bələdiyyə üzvləri və əməkdaşları, şair Hacı Zaməddin Ziyadoğlu, Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, 4 nömrəli Uşaq İnkişaf Mərkəzinin direktoru Gülnar Quluzadə, mərhum hüquqşunas Vaqif Qədirovun şəxsi kitabxanasından 750-ə yaxın kitabı təmənnasız kitabxanaya təqdim etmiş Gülçin Qədirova, alimlər,yazıçılar, Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində olan İnşaat Kollecinin tələbə və müəllim kollektivi iştirak etdilər.

Tədbiri giriş sözü ilə Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərov açaraq, bu kitabxananı yaratmaqda əsas məqsədin cəmiyyətin intellektual mədəni inkişafına kömək etmək, oxucuların informasiya təlabatının ödənilməsi, aktual məsələlərin, milli-mənəvi dəyərlərin,hərbi vətənpərvərlik tərbiyyəsinin təşkilini həyata keçirmək olduğunu qeyd etdi.

Yasamal rayon İcra Hakimiyyətini başçısının müavini Təravət Muradova öz çıxışında kitabxanaya gələcək yeniyetmə və gənclər Heydər Əliyevin siyasi irsini, fəaliyyətini, qurduğu dövlətçilik ənənələrini, azərbaycançılıq ideyasını kitabxana fondunda olan ulu öndər Heydər Əliyevə həsr olunmuş kitab,jurnal,broşur və digər cap materiallarından,ö cümlədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daxili və xarici siyasətini ,Azərbaycan Respublikasının birinci vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti,UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyətini buradakı  kitablardan öyrənə biləcəklərini vurğuladı. 

Digər çıxışçılar öz çıxışlarında kitabxanada  gələcəkdə görkəmli şəxsiyyətlərə ,şair və yazıçılara həsr olunmuş yeni kitabların təqdimatının,sənət adamlarının yubileylərinə həsr olunmuş tədbirlərin,oxucu konfranslarının, kitab sərgilərinin və görüşlərin təşkil edilləcəyini bildirdilər.

Tədbirin sonunda qonaqlar Memarlıq və İnşaat Kollecinin tələbələrinin əl işlərindən ibarət olan sərgiyə baxış keçirdilər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

21.10.2018Bazar

“Azərbaycan Yerli Demokratiya Həftəsi” çərçivəsində Yasamal Bələdiyyəsi tərəfindən bir sıra tədbirlər keçirildi.

 Oktyabr ayının 15-dən 21-dək “Azərbaycan Yerli Demokratiya Həftəsi” çərçivəsində Yasamal Bələdiyyəsi tərəfindən bir sıra tədbirlər keçirildi.İlk tədbir Yasamal Bələdiyyəsinin akt zalında sakinlərlə birlikdə keçirildi.Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərov öz çıxışında bələdiyyələrin yaranması,tarixi və bələdiyyə haqqında məlumat verdi.  Bələdiyyələrin ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yarandığını və Avropa Demokratiya İnstitutlarının ən yüksək tələblərinə cavab verəcək səviyyədə olan yerli idarəçilik qurumlarının fəaliyyətlərinə hər bir vətəndaşın iştirakını cəlb etməklə dövlətin, hakimiyyətin idarə edilməsində ən demokratik prinsiplərin əsas tutulduğunu bildiridi.

 

 

 

 

 

 

Sonrakı görüş Azərbaycan Memarlıq İnşaat Universitetinin nəzdində olan İnşaat Kollecində keçirildi.Görüşdə Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərov,Yasamal rayon İcra hakimiyyətinin yerli öznüidarəetmə şöbəsinin müdiri Rüfət Mərdanov ,bələdiyyənin üzv və qulluqçuları  iştirak etdilər.İlk öncə qonaqlar Azərbaycan Memarlıq İnşaat Universitetinin nəzdində olan İnşaat Kollecinin tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış keçirdilər. Daha sonra çıxış edənlər öz çıxışlarında gənclərin bələdiyyə haqqında maarifləndirilməsini və qarşılıqlı öhdəliklərinin yerinə yetirilməsi,gənclərin yerli özünüidareetmədə iştirakının təmin edilməsini, bələdiyyənin gördüyü işləri və bələdiyyənin sosial proqramlarında gənclərin rolunu vurğuladılar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Növbəti görüş Azərbaycan Dövlət Pedaqoji Kollecində keçirildi.Bu görüşdə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icra katibinin müavini Əli Əkbərli,Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərov və Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Qulu Novruzov iştirak etdilər.Onlar ulu öndərin xalqımızın,cəmiyyətimizin milli inkişafına yönəlmiş müstəqillik konsepsiyasını yaradıcılıqla davam və inkişaf etdirən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti,eyni zamanda Yasamal Bələdiyyəsi tərəfindən  yerli əhəmiyyətli məsələlərlə bağlı problemlərin həll olunması ,vətəndaşların müraciətlərinə baxılaraq  Yasamal rayonu ərazisində bir çox layihələrin həyata keçirilməsi haqqında çıxış etdilər. 

 

 

 

 

 

 

 

 

QMƏVŞA İB-nin binasında keçirilən görüşdə bələdiyyə ilə QMƏVŞA-nın sıx əlaqəsindən və daima bələdiyyənin onlara göstərdiyi diqqət və qayğıdan danışıldı.

 

 

 

 

 

 

 

Növbəti görüş Hüseyn Cavid parkında keçirildi.Bu görüşdə yaşıllıqların qorunması və həyətlərin abadlaşdırılması,vətəndaşların yerli özünüidareetmədə iştirakının təmin edilməsindən danışıldı.Beləliklə digər məhəllələrdə daxil olmaqla cəmi 10 görüş keçirildi.

 

 

 

 

 

 

 

 

 

 

19.10.2018Cümə

Oktyabrın 19-da Latviya Bələdiyyəsinin nümayəndələri ilə görüş keçirildi

Oktyabrın 19-da Azərbaycanda səfərdə olan bir sıra dövlət orqanları ilə görüş keçirmiş Latviya Bələdiyyəsi Assosiyasiyasının nümayəndələri Yasamal Bələdiyyəsinin üzvləri ilə görüş keçirmişlər.Görüşdə Azərbaycan Şəhər Bələdiyyəsinin Milli Assosiyasiyasının üzvləri,Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərov, bələdiyyə üzvləri və qulluqçuları iştirak etdilər.Görüşdə ölkələrarası təcrübə mübadiləsi müzakirə olundu.Tədbirin sonunda Latviyanın nümayəndə heyəti Yasamal Bələdiyyəsinə hədiyyə təqdim etmiş,Yasamal Bələdiyyəsi də öz növbəsində Bakı haqqında kitab və diski, eyni zamanda Azərbaycan Memarlıq İnşaat Universtitetinin nəzdində olan İnşaat Kollecinin tələbəsinin əl işindən ibarət rəsm əsərini Latviyanın nümayəndə heyyətinə hədiyyə etmişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

21.09.2018Cümə

Sentyabrın 21-dən Yasamal Bələdiyyəsində ödəyicilərə borclarının vaxtında ödənişini təmin etmək məqsədilə mesaj sistemi işə salınmışdır

Sentyabrın 21-dən Yasamal Bələdiyyəsində ödəyicilərə borclarını xatırlatmaq məqsədilə mesaj sistemi işə salınmışdır.Beləki,vergi müfəttişləri ödəyicilərin əl telefonuna zəng etmədən, yaxud ödəyiciyə tədiyyə bildirişi göndərilmədən öncə bələdiyyə tərəfindən ödəyicinin telefonuna əmlak və torpaq vergisi borcu haqqında mesaj göndərilir.Həmçinin Yasamal Bələdiyyəsində  elektron ödəmə qaydası (plastik kartla ödəmə) sistemi işə salınmışdır.

15.09.2018Şənbə

Yeni dərs ilinin başlanması ilə əlaqədar rayon ərazisində yaşayan aztəminatlı ailələrə maddi yarım göstərilmişdir

Sentyabrın 15-də Yasamal Bələdiyyəsi tərəfindən rayon ərazisində yaşayan 30 ailənin 54 uşağına məktəbli formasının və məktəb ləvazimatlarının alınması üçün maddi yardım göstərilmişdir.

 

22.08.2018Çərşənbə

Yasamal Bələdiyyəsi Müqəddəs Qurban Bayramı münasibətilə aztəminatlı ailələrin bayram sovqatı ilə təmin edilməsi aksiyasında iştirak etmişdi

Avqust ayının 22-də Yasamal Bələdiyyəsi Müqəddəs Qurban Bayramı münasibətilə rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən  aztəminatlı ailələrin bayram sovqatı ilə təmin edilməsi aksiyasında aktiv iştirak etmişdir. Qurban Bayramı ilə əlaqədar Yasamal rayonunda yaşayan şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə  qurban payları paylanıldı.

 

 

 

 

29.07.2018Bazar

Bosniya və Herseqovinanın bələdiyyə nümayəndələri ilə görüş keçirildi

29 iyul-2 avqust tarixlərində Türk Dünyası Bələdiyyələri Birliyinin və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının xətti ilə Bosniya və Herseqovinadan olan nümayəndə heyəti Yasamal Bələdiyyəsinin üzvləri ilə görüş keçirmişlər. Görüşdə Azərbaycan Şəhər Bələdiyyəsinin Milli Assosiyasiyasının üzvləri,Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərov, bələdiyyə üzvləri və qulluqçuları iştirak etmişdilər.Görüşdə ölkələrarası təcrübə mübadiləsi müzakirə olunmuşdur.

 

 

 

 

 

 

 

25.04.2018Çərşənbə

2018-ci ilin aprel-may aylarında Yasamal Bələdiyyəsi tərəfindən abadlıq işləri həyata keçirilmişdir

2018-ci ilin aprel-may aylarında məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsi və həyətlərdə abadlıq işlərinin görülməsi ilə əlaqədar sakinlər tərəfindən daxil olmuş müraciətlərə baxıldıqdan sonra Yasamal rayon İcra hakimiyyəti və Yasamal Bələdiyyəsi tərəfindən abadlıq işləri həyata keçirilmişdir.Son bir neçə ay ərzində 17-yeni abad məhəllə salınması istiqamətində sürətli abadlıq işlərinin görülməsinə başlanmışdır.Bu, məhəllələrdən artıq bir neçəsi istifadəyə verilib. Abad həyət salınan məhəllələrdə uşaq əyləncə meydançaları, işıq dirəkləri quraşdırılıb,məhəllədaxili yollara bordür,keramik plitə,aqlay döşənib,həmin küçə və ərazilərdə ağaclar,kollar və güllər əkilib,sakinlərin istirahəti üçün söhbətgahlar yaradılıb.Hal-hazırda rayon ərazisində 200-dək binanın bloklarında təmir işləri aparılır,işıqlandırma sistemləri qurulur.

Yasamal rayon İcra hakimiyyətinin başçısı Əziz Əzizov həmçinin bildiribki, son bir neçə ay ərzində Yasamal rayonunda kütləvi şəkildə aparılan abadlıq quruculuq işləri Əhməd Cəmil küçəsi 70, Hüseyn Cavid prospekti 87A, Dadaş Bünyadzadə keçəsi ev 14, Əsəd Əhmədov küçəsi ev 3,5, Xarici dairəvi yol ev 11 ünvanlarında uğurla başa çatdırılıb.

 

30.03.2018Cümə

Martın 30-da Yasamal Bələdiyyəsində “31 mart- Azəbaycanlıların Soyqırımı günü”nə həsr olunmuş tədbir keçirildi

Martın 30-da Yasamal Bələdiyyəsində “31 mart- Azərbaycanlıların Soyqırımı günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərov, bələdiyyə üzvləri və qulluqçuları, eyni zamanda Yasamal rayon ərazisində yerləşən digər idarə ,təşkilatların nümayəndələri və Yasamal rayon sakinləri iştirak etdilər.Tədbiri giriş sözü ilə Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərov açaraq, 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı planlı şəkildə həyata keçirdiyi soyqırımın dünya tarixində təkrarı olmayan ən dəhşətli faciə olduğunu və ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycan soyqırımı haqqında” Fərmanla ilk dəfə dövlət səviyyəsində bu qətliama siyasi qiymət verdiyini vurğuladı.Digər çıxışçılar öz çıxışlarında əsrlər boyu erməni şovinistlərinin Azərbaycana qarşı irəli sürdükləri əsassız ərazi iddialarından, Azərbaycan xalqının başına gətirilən müsibətlərdən danışdılar.

 

16.03.2018Cümə

Martın 16-da Yasamal istirahət parkında Novruz bayramı qeyd edildi

Martın 16-da Yasamal istirahət parkında rayon İcra Hakimiyyətinin və Yasamal Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Novruz bayramı qeyd edildi.Bayram şənliyində Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əziziov,Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərov, bələdiyyənin üzvləri və qulluqçuları,rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri,rayonun ali,orta ümumtəhsil müəssisə və təşkilatlarının rəhbərləri iştirak etdilər.

Eyni zamanda Yasamal rayonunda Novruz bayramı münasibətilə Mənzil-Kommunal İstismar sahələrinin ,bələdiyyə üzvləri və qulluqçularının , sakinlərin iştirakı ilə yaşayış binalarının ətrafında və məhəllədaxili ərazilərdə iməclik keçirilmiş,bələdiyyənin inzibati ərazisindəki binaların qarşısında abad həyətlər yaradılmış,məişət tullantıları meydançaları ağardılmış, konteynerlər rənglənmiş və ətrafında profilaktiki dezinfeksiya-təmizlik işləri aparılımışdır. Binaların məhəllədaxili ərazisində “Abad həyət”lərdə sakinlərin asudə vaxtlarının səmərəli  keçirilməsi məqsədilə yaşıllıqlar salınmış,söhbətgahlar,oturacaqlar, uşaq əyləncə-idman qurğu və elementləri təmir edilərək rənglənmişdir, bundan əlavə rayon İcra hakimiyyəti və bələdiyyə tərəfindən bir çox binaların həyətlərində asfalt-beton və təmir bərpa işləri görülmüşdür.Həmçinin Yasamal Bələdiyyəsi tərəfindən aztəminatlı ailələrə Novruz hədiyyələri paylanılmışdır.

 

 

 

15.03.2018Cümə axşamı

Yasamal rayonununa yeni icra başçısı təyin olunduqdan sonra Yasamal rayonunda canlanma başlanıldı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 02 fevral 2018-ci il tarixli sərəncamına əsasən Yasamal rayonununa yeni icra başçısı Əziz Əzizov təyin olunduqdan sonra Yasamal rayonunda canlanma başlandı.Rayon ərazisində aparılan abadlıq-quruculuq,yenidənqurma işləri,əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər,əhaliyə göstərilən diqqət və qayğı gündən günə artmağa başladı.O cümlədən Yasamal Bələdiyyəsində də struktur dəyişiklikləri aparıldı.İlk olaraq ödəyicilərin arxiv sənədlərinin yenidən qurulmasına başlanıldı.Ödəyicilərə təqdim olunan  bildiriş və xəbərdarlıqlar tam yenilənərək qanuna uyğun formada tərtib edildi.Yeri gəlmişkən qeyd edək ki, Vergi və Ödənişlər şöbəsinin müdiri tərəfindən yeni formada tərtib olunmuş bildiriş və xəbərdarlıqlar Bələdiyyə Assosasiyası tərəfindən yüksək qiymətləndirilərək tərifə layiq görülmüşdür.

 

« 1 2 3 4 5 6 7 »