Vətən müharibəsi Qazilərinin ziyarəti davam etdirilir.
Qarabağ Qazisinin evinə Ziyarət olunub.
Yeni Yasamal 2, 10 saylı binanın həyətində oturacaqların quraşdırılması
Yasamal Bələdiyyəsi tərəfindən Yasamal rayonu ərazisində layihələrin icrası davam etdirilir
Çoxsaylı sakinlər Yasamal rayon İcra Hakimiyyətinə və Yasamal Bələdiyyəsinə yazılı şəkildə müraciət edərək Yasamal rayonu Yeni Yasamal -2, M.Xiyabani küçəsi 10c, 11 və 12 ünvanlarında məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsini xahiş etmişlər.Bu ünvanlarda yaşayan sakinlərin xahişləri nəzərə alınaraq Yasamal rayon İcra Hakimiyyəti və Yasamal Bələdiyyəsi tərəfindən həmin ərazilərə baxış keçirilmiş və Yeni Yasamal-2 ünvanında 3,4 saylı binanın qarşısındakı məhəllədaxili yollar, M.Xiyabani küçəsi 10c, 11 və 12 ünvanlarında məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsi işləri tamamlanmışdır. Hal-hazırda 2-ci Alatava ünvanında məhəllədaxili yollara asfalt örtüyü çəkilməkdə davam etdirilir.Yasamal Bələdiyyəsi tərəfindən mütəmadi olaraq asfalt örtüyünə ehtiyacı olan məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsi işləri davam etdiriləcəkdir.