
Fevralın 06-da Yasamal Bələdiyyəsinin İnzibati binasının kitabxana və akt zalında iclas keçirildi
Fevralın 06-da Yasamal Bələdiyyəsinin İnzibati binasının kitabxana və akt zalında iclas keçirildi. İclası giriş sözü ilə Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov açdı. Sonra sədr müavini Zakir Cəfərov və Vergi və Ödənişlər şöbəsinin müdiri Həmid Həmidov da çıxış etdilər.Sonda müfəttişlərin aylıq hesabatı dinlənildi.
Yanvarın 25-də Bələdiyyə üzvlərinin növbəti iclası keçirildi
Yanvarın 25-də Yasamal Bələdiyyəsində bələdiyyə üzvlərinin növbəti iclası keçirildi.İclasda yeni bələdiyyə üzvlərinin səlahiyyətləri müəyyən edildi, iclas katibi seçildi.O cümlədən bələdiyyə əmlakının və sənədlərinin yeni tərkibdə seçilmiş bələdiyyə iclasına təhvil-təslim edilməsi üçün komissiya yaradıldı.
Yanvarın 20-də 20 Yanvar-Memorial abidə kompleksi önündə tədbir keçirildi
Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 30 il ötür.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilmədi, əksinə xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşdu. Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır deyə bilərik.
Yanvarın 20-də 20 Yanvar Memorial Abidə Kompleksinin önündə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirildi.Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP rayon təşkilatının, rayon Bələdiyyəsinin, rayon hüquq-mühafizə orqanlarının, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, ictimai birliklərin sədrləri, rayon ağsaqqalları və şəhid ailələri iştirak etdilər.
Tədbir bir dəqiqəlik sükutla başlandı.Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov abidə önünə əklil qoyaraq şəhidlərin xatirəsini ehtiramla yad etdi. 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov öz çıxışında bildirdi ki, 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanıdır.Ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə, əlil olmuş vətəndaşlara daim diqqət və qayğı ilə yanaşıb. Bu siyasət Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxlər dövlət başçısının hər zaman diqqət mərkəzindədir.Xalqımız hər il öz qəhrəman övladlarının xatirəsini dərin ehtiram və hüznlə yad edir.Vətən fədailərinin əziz xatirəsi unudulmur və unudulmayacaq.
Tədbirin sonunda şəhid ailələri və əlillər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Yanvarın 18-də Yasamal Bələdiyyəsində Yasamal rayon İcra Hakimiyyəti tərəfindən 20 yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirildi.Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, 20 Yanvar şəhid ailələrinin üzvləri və 20 Yanvar hadisələrində əlil olan sakinlər iştirak etdilər.
İlk öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra 20 Yanvar şəhidlərinin ruhuna ehsan süfrəsi açıldı və şəhidlərin ruhuna dualar oxundu.
Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 20 yanvar şəhid ailələrinin üzvləri ilə görüşərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə xüsusi diqqət və qayğı göstərilib. Dövlət başçısının müvafiq Sərəncamı ilə Şəhidlər Xiyabani vahid kompleks kimi yüksək səviyyədə yenidən qurularaq abadlaşdırılıb, həmçinin “20 Yanvar” dairəsində 20 yanvar faciəsi qurbanlarının xatirəsinə memorial abidə kompleksi yaradılıb. 20 yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı həmişə dövlətimizin başçısının diqqətindədir. 20 yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir.
Görüşdə şəhid ailələrini narahat edən məsələlərlə bağlı icra başçısı yerindəcə tapşırıqlar verdi.
Sonda şəhid və əlil ailələrinə ərzaq yardımları paylandı.
Yeni seçilmiş Bələdiyyə üzvlərinin ilk iclası keçirildi
17 yanvar 2020-ci il tarixdə 2019-cu il dekabr ayının 23-də keçirilmiş Yasamal Bələdiyyəsinə seçkilərdə qalib gəlmiş bələdiyyə üzvlərinin iştirakı ilə Yasamal Bələdiyyəsinin binasında ilk iclas keçirildi.İclasda yeni seçilmiş bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması ilə yanaşı təşkilat məsələsinə baxıldı.
İclasda geniş müzakirələrdən sonra Məmmədov Tahir İlyas oğlu Yasamal Bələdiyyəsinin sədri, Muxtarov Emin Əlimuxtar oğlu və Cəfərov Zakir Ramazan oğlu bələdiyyə sədrinin müavinləri vəzifəsinə seçildilər.
Yanvarın 10-nu 2020-ci il tarixində Yasamal Bələdiyyəsinin İnzibati binasının Kitabxana və akt zalında rayon icra hakimiyyətinin və “Qala” Sığorta ASC-nin birgə təşkilatçılığı ilə “Daşınmaz Əmlakın İcbari Sığortası” ilə bağlı tədbir keçirildi. Tədbirdə Yasamal rayon İcra hakimiyyətinin nümayəndələri, bələdiyyə qulluqçuları və vergi agentləri, “Qala” Sığorta ASC-nin Direktorlar Şurasının sədr müavini Aydın Rəhmanov, İdarə Heyətinin sədr müavini Taleh Yunsurov və Satışa Dəstək Departamentinin müdiri Orxan Vəliyev iştirak etdilər.Tədbiri giriş sözü ilə Yasamal Bələdiyyəsinin Vergi və Ödənişlər şöbəsinin müdiri Həmid Həmidov açaraq qonaqları salamladı.Daha sonra “Qala” Sığorta ASC-nin direktorlar Şurasının sədr müavini Aydın Rəhmanov çıxış edərək, daşınmaz əmlakın icbari sığortasının hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri yaşayış sahələrinin, yaşayış evləri və binalarının,mənzillərin icbari qaydada sığortalanması məqsədini daşıdığını, daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması,yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərə görə ödənişin həyata keçirilməsi nəzərdə tutulduğunu qeyd etdi. “Qala” Sığorta ASC-nin digər əməkdaşları öz çıxışlarında tikintisi başa çatmayan, qəza vəziyyətində olan və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sökülməsi barədə qərar qəbul edilmiş daşınmaz əmlakların icbari sığortaya cəlb olunmadıqlarını qeyd etdilər. Tədbir bələdiyyə qulluqçuları və “Qala” Sığorta ASC-nin əməkdaşlarının birgə diskusiyası ilə davam etdi.Sonda bu kimi maarifləndirici tədbirlərin mütəmadi olaraq keçirilməsi qeyd olundu.İcbari Sığortanın bələdiyyə vergi agentlərinin iştirakı ilə “Qala” Sığorta ASC-i tərəfindən aparılması haqqında qərar qəbul edildi.
Artıq Bələdiyyəyə müraciət edildikdə vətəndaş məmuniyyətini nəzərə alaraq qısa vaxt çərçivəsində icbari sığorta xidmətindən yararlana bilərsiniz.
Yeni salınmış Nazim Hikmət küçəsinin davamı ilə kənar dairəvi yolun kəsişməsindəki ərazidə Azərbaycan Respublikasının on milyonuncu vətəndaşına həsr olunan ağacəkmə aksiyası keçirildi.Ağacəkmə aksiyasında rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərov, hüquq mühafizə orqanlarının, YAP Yasamal rayon təşkilatının, idarə ,müəssisə və təşkilatların rəhbərləri,bələdiyyə qulluqçuları, rayon ictimayyətinin nümayəndələri iştirak etdilər. 200 nəfərin iştirak etdiyi iməclik zamanı yol kənarları, açıq sahələr və bina ətrafları yığılan zibillərdən təmizlənmiş, daşınmış, 500 ağac əkilmişdir.
$IMAGE7$
Martın 7-də Yasamal Bələdiyyəsində 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirildi
Martın 7-də Yasamal Bələdiyyəsində 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərov, bələdiyyə üzvləri və qulluqçuları iştirak etdilər. Tədbirdə çıxış edən Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərov bayram münasibətilə qadınları təbrik edərək bildirdi ki, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam və inkişaf etdirdiyi mütərəqqi siyasi kursun ayrılmaz tərkib hissəsi kimi qadınların sosial-iqtisadi,siyasi həyatın bütün sferalarında normal fəaliyyətlərinin təmin edilməsi, onların cəmiyyətdə rolunun artılıması və gender bərabərliyinin təmin edilməsi sahəsində mühüm işlər görülüb. Azərbaycan Respublikasının birinci vitse prezidenti Mehriban xanım Əliyevanın geniş vüsətlə inkişaf edən ölkəmizə, həmçinin Azərbaycan təhsilinə verdiyi töhfələr Azərbaycan qadınının zəkasının, güc və qüdrətinin bariz nümunəsidir. Sonda Bayram tədbirində iştirak edən bütün qadınlara hədiyyələr təqdim olundu.