
Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi
üçün əhali arasında maarifləndirmə işləri davam etdirilir.
Yasamal Qəbiristanlığında növbəti təmizlik işləri aparılmışdır
Paytaxtın ən
böyük qəbiristanlıqlarından biri olan Yasamal qəbiristanlığında təmizlik işləri
davam etdirilir.Təmizlik işlərinə Yasamal Bələdiyyəsi və Mənzil Kommunal Təsərrüfat
Birliyinin onlarla əməkdaşı, nəqliyyat vasitələri və texnika cəlb
edilib.Aparılan işlər nəticəsində ərazi zibillikdən təmizlənib, qurumuş kollar
kəsilərək yığışdırılıb,yollar səhmana salınıb.
Yasamal Bələdiyyəsi Yasamal rayon İcra Hakimiyyətinin
təşəbbüsü ilə xüsusi karantin rejiminin
tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin
aparılmasını davam etdirir.Bu gün
rayonun A.M.Şərifzadə küçəsindəki iri supermarketlərə reydlər və əhali arasında
maarifləndirmə işləri davam etdirilmişdir. Keçirilən maarifləndirmə işlərində əhalinin
sıx olduğu məkanlarda, ticarət obyektlərində qoruyucu maskalardan istifadənin zəruriliyi
və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılmış,
o cümlədən sakinlərə maskalar paylanılmışdır.
Bu gun Azərbaycan
Ordusunun şəhid olan general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev
torpağa tapşırılıb.General-mayor və polkovnikin cənazəsi ikinci Fəxri xiyabanda
dəfn olunub. Dəfn mərasimində Yasamal rayon İcra Hakimiyyəti və Yasamal rayon Bələdiyyəsi tam heyyətlə iştirak ediblər.Yasamal
Bələdiyyəsi kollektivi adından bütün şəhidlərimizə Allahdan rəhmət diləyir,
onların ailə üzvlərinə və əmək kollektivinə səbr diləyirik.
Başın sag
olsun Vətən!
Yasamal Bələdiyyəsi
Yasamal rayon İcra Hakimiyyəti ilə birgə xüsusi karantin rejiminin tələblərinin yerinə
yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin aparılmasını davam etdirir.Keçirilən maarifləndirmə işlərində
əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində qoruyucu maskalardan
istifadənin zəruliliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici
söhbətlər aparılmış, o cümlədən sakinlərə maskalar paylanılmışdır.
Yasamal Bələdiyyəsi Yasamal rayon İcra Hakimiyyəti ilə birgə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə rayonda mütəmadi profilaktik tədbirləri, həmçinin xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədilə yaradılmış mobil qrup üzvləri tərəfindən reydləri davam etdirir. Əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində həyata keçirilən reydlər zamanı sakinlərlə Nazirlər Kabinetinin Opertaiv Qərərgahının tələb və tövsiyyələrinə riayət edilməsi ilə bağlı izahetmə işləri aparılır, bukletlər paylanılır, tibbi qoruyucu maskalardan istifadə,sosial izolyasiya və sanitar-gigiyena qaydalarına ciddi riayət edilməsi tövsiyyə edilir.Reyd keçirilən obyektlərdə işçi heyətinə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin, sosial məsafənin gözlənilməsinin vacibliyi və əhəmiyyəti barədə ətraflı məlumat verildi.
Yasamalda minlərlə insana pulsuz tibbi qoruyucu vasitələr paylanılıdı
Koronavirus pandemiyası dövründə əhalinin sağlamlığının qorunması məqsədilə Yasamal rayonunda xüsusi aksiya keçirilib. Aksiya zamanı minlərlə rayon sakininə pulsuz tibbi maskalar, əlcəklər və tibbi spirt qabları paylanılıb.Aksiyada Yasamal rayon İcra Hakimiyyətinin və Yasamal bələdiyyəsinin əməkdaşları,həmçinin 50-dən çox könüllü iştirak edib.Metro stansiyalarının ətrafında və əhalinin gur toplandığı digər ictimai məkanlarda insanlara maskalar, əlcəklər və tibbi spirt paylanılıb.