18.03.2017Şənbə

19 yanvar 2017-ci il tarixində ”20 Yanvar” şəhid ailələri ilə görüş keçirilmişdir

   ”20 Yanvar” faciəsinin 27-ci ildönümü ilə əlaqədar olaraq 18 saylı orta məktəbdə rayon İcra Hakimiyyəti ilə birlikdə tədbir keçirilmişdir.Tədbirdə iştirak edən 35 nəfər şəhid ailəsinə  Yasamal Bələdiyyəsi tərəfindən alınmış ərzaq yardımları paylanmışdır. 35 nəfər şəhid ailəsinə  alınmış ərzaq yardımlarına xərclənmiş vəsait Yasamal Bələdiyyəsinin 21 yanvar  2017-ci il tarixli 01  saylı iclasının 07 saylı qərərı ilə təsdiq edilmişdir.

 

03.11.2016Cümə axşamı

"Azərbaycanda Yerli Demokratiya həftəsi" keçirilir

     2016- cı ilin oktyabrın 31- dən noybrın 5-dək "Azərbaycanda Yerli Demokratiya həftəsi" çərçivəsində Yasamal Bələdiyyəsində silsiləli tədbirlər həyata keçirilir. Belə ki, seçicilərin yerl əhəmiyyətli məsələlərlə bağlı problemlərinin həll edilməsi, vətəndaş- bələdiyyə, bələdiyyə- vətəndaş əlaqələrinin möhkəmləndirilməsi, vətəndaşların bələdiyyənin fəaliyyətində iştirakının təmin edilməsi, onların müraciətlərinə baxılması, cari ildə görülmüş işlər, o cümlədən "Bir bələdiyyə- azı bir layihə" təşəbbüsü çərçivəsində həyata keçirilmiş layihələr barədə hesabatların verilməsi, 2016- cı ilin bələdiyyə büdcəsinin və həyata keçirilməsi nəzərdə tutulmuş layihələrin müzakirəsi üçün vətəndaşlarla açıq və qapalı yerlərdə görüşlərin keçirilməsi davam etdirilir. Bunun üçün bələdiyyədə vətəndaşların qəbulu məqsədilə "açıq qapı" günləri elan edilmiş, vətəndaşlarla operativ əlaqənin təmin edilməsi üçün "qaynar xətt" yaradılmışdır. Tel: 432 52 31

08.08.2016Bazar ertəsi

“Mülk” Assosiasiyası Yasamal bələdiyyəsində treninq keçirib

Yasamal RİH-n dəstəyi, Yasamal Bələdiyyəsinin təşkilatçılğı və sakinlərin iştirakı ilə keçirilən tədbirdə “Mülk” Assosiasiyasının prezidenti Dilarə Vəliyeva layihə haqqında geniş məlumat verib. O bildirib ki, əmlak vergisinin yığımıyla bağlı Azərbaycan qanunvericiliyində, o cümlədən Vergilər Məcəlləsində, Mülki Məcəllədə və digər hüquqi aktlarda öz əksini tapıb.

Yasamal bələdiyyəsinin sədri Zakir Cəfərov bu tədbirin həm özünüidarəetmə orqanlarının əməkdaşlarının və sakinlərinin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Təlimçi-hüquqşünas Tərlan İsmayılov vergilərin ümumi məzmunu və qanunvericilikdə təsbiti və tətbiqi barədə danışıb və bildirib ki, əmlak vergisi bu baxımdan mühüm əhəmiyyət kəsb edir: “Əmlak vergisinin toplanması üçün ilk növbədə vətəndaş tərəfindən mülkiyyətə dair sənədlər toplanmalı və bələdiyyədən qeydiyyatdan keçirilməlidir. Bir sıra hallarda vətəndaşlara bu məqamı dedikdə, əmlak vergisi ilə niyə ödəmələri ilə bağlı suallar verir. Aparılan maarifləndirmə işlərinin nəticəsi olaraq, vətəndaş bilməlidir ki, onun ödədiyi vergi hesabına yaşadığı ərazidə abadlaşdırma və digər işlər həyata keçirilir.

Əmlak vergisinin hesablanması və toplanması ilə bağlı əvvəllər problemlər olub. Lakin Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu məsələ birdəfəlik aradan qalxıb.

Beləki, mülkiyyət sahələrinin kvadrat/metrlə hesablanması və zonalar üzrə konkret rəqəmlərin açıqlanması istər bələdiyyələrin, istərsə də vətəndaşların işini yüngülləşdirdi”.

T.İsmayılov əmlak vergisinin blədiyyələr hesablanması və toplanması ilə bağlı qaydalara toxunub: “İlk olaraq, onu qeyd edim ki, avqustun birinədək tədiyyə bildirişləri vətəndaşlara paylanılmalıdır. Əgər vətəndaş əmlak vergisini ödəmirsə, noyabırın 15-dən sonra son xəbərdarlıq edilir. Daha sonra ödənilməyən əmlak vergisi ilə bağlı vətəndaşın iştirakı ilə aktlaşdırma aparılır. Vətəndaşın aktı təsdiqləməsi və imtina etməsindən asılı olamayaraq, bələdiyyədə iclas keçirilir və məhkəməyə müraciət olunması bağlı qərar qəbul edilir”. 

Tədbirdə qeyd edilib ki, Yasamal bələdiyyəsi ərazisində 88 məhəllə komitələri var və mütəmadi olaraq komitələrin dəstəyi ilə vətəndaşlar arasında əmlak vergisinə dair maarifləndirmə işləri həyata keçirilir. Sonda tədbir iştirakçılarının sualların cavablandırılıb və onlara məlumatlandırıcı materiallar paylanılıb.

22.07.2016Cümə

2016-cı ilin I yarısının hesabat yığıncağı

Yığıncaqda Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirdi ki, Prezident İlham Əliyevin yerli icra hakimiyyətlərinin qarşısında qoyduğu vəzifələrin icrasını təmin etmək məqsədilə rayonda xeyli iş görülüb. Sahibkarlığın inkişafı, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və insanların maddi rifahının yüksəldilməsi məqsədilə yaradılmış qərargahın fəaliyyətini qənaətbəxş hesab etmək olar.

Hesabat dövründə Yasamal Rayon Məşğulluq Mərkəzi tərəfindən əhalinin məşğulluğunun artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Bildirildi ki, 2016-2020-ci illərdə Yasamal rayonu ərazisində qəzalı vəziyyətdə olan 19 yaşayış binasının mərhələli şəkildə sökülüb yenidən tikilməsi nəzərdə tutulur. Artıq Akim Abbasov küçəsindəki 3, A.M.Şərifza-də küçəsindəki 122 nömrəli qəzalı vəziyyətdə olan dördmərtəbəli yaşayış bina-larının sakinləri köçürülüb, binalar sökülüb. A.M.Şərifzadə küçəsindəki 86 nömrəli və İ.Zülalov küçəsindəki 19 nömrəli evlərin sakinlərinin köçürülməsi işləri başa çatdırılıb, binalar sökülərək tikinti işlərinə başlanılıb. Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən qəzalı vəziyyətdə olan binaların sökülərək yeni binaların inşa olunması işləri ilk olaraq rayonda icra edilir.Bakı şəhərinin Baş Planına əsasən “Sovetski” adlanan ərazidə köçürmə və daşınmaz əmlakın sökülməsi işləri davam etdirilir. Kiçiksahəli mənzillərin sakinlərinin yeni mənzillərlə təmin edilməsi istiqa-mətində işlər icra olunub. Artıq Nərimanov rayonu ərazisində doqquzmərtəbəli tamamilə rekonstruksiya olunmuş binalarda 104 ailə ikiotaqlı və 120 ailə birotaqlı yeni mənzillərə köçürülüb. İyulun 1-dək 8769 ünvanda ölçü işləri aparılıb, 3432 ünvanda razılaşma protokolu imzalanıb, 3273 daşınmaz əmlak sahiblərinə vəsait ödənilib, 2848 ünvanda daşınmaz əmlakın sökülməsi başa çatdırılıb.Qanunsuz tikililərə qarşı mübarizə sahəsində işlər davam etdirilərək 6 müxtəlif təyinatlı qeyri-qanuni tikili, 3 ünvanda zəbt olunmuş torpaq sahəsi ətrafına çəkilmiş hasarlar sökülüb.

Prezident tərəfindən əhalinin sosial problemlərinin həlli istiqamətində verilmiş tapşırıqlar və bu sahədə yaranmış problemlərin həlli daim rayon icra hakimiyyətinin nəzarətində olub. Rayon sakinlərinin, eləcə də hüquqi və fiziki şəxslərin elektrik enerjisi, təbii qaz və içməli su ilə təchizatı məsələsi demək olar ki, bütünlüklə həll edilib.Bu barədə Yasamal rayon su-kanal idarəsinin rəisi Elnur Əliyev məlumat verdi.

Sonra Yasamal Rayon Məşğulluq Mərkəzinin direktoru Elxan Rəhimov, rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov və başqaları çıxış edərək respublikamızın sosial, iqtisadi, siyasi, mədəni sahələrdə yüksək göstəricilər və nəticələr qazanaraq qüdrətini daha da artırdığını diqqətə çatdırdılar.

Yığıncağın sonunda qarşıda duran vəzifələrlə bağlı aidiyyəti təşkilatlara tapşırıqlar verildi.

18.07.2016Bazar ertəsi

Yasamal rayonunda gənclərin hərbi xidmətə yola salınması

Yasamal rayonu gənclərinin həqiqi hərbi xidmətə yola salınması münasibətilə Azərbaycan xalqının tarixi qəhrəmanı Mehdi Hüseynzadənin abidəsi önündə mərasim təşkil edildi.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başladı, abidənin önünə əklil və güllər qoyuldu.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev hərbi xidmətə yola salınan 50 gənci təbrik edərək dövlət müstəqilliyinin qorunmasında, gənclərin bir şəxsiyyət kimi formalaşmasında, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminində Azərbaycan Ordusunun müstəsna xidmətlərindən danışdı. O, gənclərə inamlı olmağı, Vətənimizin keşiyində ayıq-sayıq da-yanmağı, komandirlərin hər bir tapşırığını səylə yerinə yetirməyi, qətiyyətlə və vicdanla xidmət etməyi arzuladı.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsinin rəisi, polkovnik Namiq Hüseynov Azərbaycanın güclü ordusu olduğunu, Vətənin keşiyində igid, mərd oğulların dayandığını bildirərək hərbi xidmətə gedən gənclərə sağ-salamat qayıtmağı arzu etdi.

YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırdı.

Hərbi xidmətə yola salınan gənclərin valideynləri övladları ilə qürur duyduq-larını bildirdilər, onlara Vətənin layiqli əsgəri olmağı tövsiyə etdilər.

Gənclər də öz növbəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şərəflə qoruyacaqlarına söz verdilər.

Daha sonra ordu sıralarına yola salınan gənclər Azərbaycan bayrağına sədaqət andı içdilər.

Tədbirin sonunda Əbilov adına Mədəniyyət Mərkəzinin bədii kollektivi konsert proqramı ilə çıxış etdi.

14.07.2016Cümə axşamı

Yasamalda “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar

  İyulun 13-ü Yasamal Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə "Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib. Tədbirdə Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Yasamal, Nəsimi və Nərimanov rayonlarının yerli strukturlarının nümayəndələri, ziyalılar, dindarlar və ictimai fəallar iştirak ediblər.       Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bu cür tədbirlərin keçirilməsinin zəruri olduğunu diqqətə çatdırıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Azərbaycandakı multikultural mühitin bütün dünya üçün örnək olduğunu bildirib. O, bəzi Şərq ölkələrində baş verən münaqişələrə diqqəti çəkərək, bəzi qüvvələrin din amilindən geosiyasi maraqlar üçün istifadə etdiyini təəssüflə bildirib.        Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov son illərdə respublikada keçirilən tədbirlərdə ayr-ayrı xalqların nümayəndələrinin iştirakını tolerantlıq nümunəsi kimi dəyərləndirib.      Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev dini radikalizm və onun fəsadlarından, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı pozuculuq fəaliyyətlərinin qarşısının alınması istiqamətində görülən işlərdən danışaraq qeyd edib ki, vətəndaşlarımızı, xüsusilə də gənclərimizi dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyəti cəmiyyətin üzərinə düşür. Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov dövlətin gənclərə diqqət və qayğısından danışıb.         Qeyd edək ki, müşavirədən öncə "Fitnə” filmi Yasamal rayon ictimiayyətinə təqdim olunub.
05.07.2016Çərşənbə axşamı

26 İyun - Silahlı Qüvvələr gününə həsr olunmuş tədbirlər

26 İyun – Silahlı Qüvvələr günü münasibətilə Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yasamal rayonu N saylı hərbi hissədə A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin hesabat konsert proqramı keçirilmişdir.Mədəniyyət Mərkəzinin direktoru Zivər Əhmədova tədbir iştirakçılarını salamlayaraq, əsgərlərə və şəxsi heyətə bayram münasibəti ilə Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin təbrikini çatdırdı və 26 İyun – Silahlı Qüvvələr günü münasibətilə konsert proqramı təşkil edildiyini vurğuladı.Bildirdi ki, son dövrdə bütün cəbhə boyu gedən şiddətli döyüşlərdə Azərbaycan əsgəri düşmənə öz gücünü bir daha sübut etdi. Hadisələr bir daha göstərdi ki, Azərbaycan əsgərinin qəhrəmanlığı, Azərbaycan xalqının Vətən və Torpaq kimi yüksək dəyərlər uğrunda birliyi və fədakarlığı sadəcə söz deyil, gerçəklikdir.Tədbir zamanı "Şəms” rəqs kollektivi, "Xudafərin” instrumental Xalq ansamblı , "Arzu” xalq çalğı alətləri ansamblı çıxış etdilər.Daha sonra Mədəniyyət Mərkəzinin solistləri Səidə Orucova, Aidə Abaszadə, Hazar Quliyev, Rəna Xəlilova , Hüseyn Babayev bir-birindən həzin, könül oxşayan mahnılar ifa etdilər.
04.07.2016Bazar ertəsi

Yasamal rayonunda dövlət qulluqçularının peşə bayramı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 23 iyun ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur. Bu əlamətdar gün münasibətilə Yasamal rayon İcra Hakimiyyətində dəyirmi masa keçirildi.Tədbiri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev açaraq dövlət qulluqçularını təbrik etdi və onlara fəaliyyətlərində uğurlar arzuladı. O bildirdi ki, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, çevik idarəetmə strukturunun yaradılması, icra hakimiyyəti orqanlarının funksional vəzifələrinin müəyyən edilməsi məqsədilə xeyli işlər görülmüşdür. Bütün sahələrdə olduğu kimi dövlət qulluğunun da müasir tələblər səviyyəsində təşkili və təkmilləşdirilməsi daim diqqət mərkəzində duran məsələlərdən olmuşdur. Ölkəmizdə dövlət qulluğunu tənzimləyən əsas sənəd 2000-ci ilin iyulunda ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanıb qəbul edilmiş "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanun qəbul edildikdən sonra Azərbaycanda müasir dövlət qulluğu ənənələri təşəkkül tapmağa başlamışdır. Bu mühüm sənəd düzgün kadr siyasətinin aparılmasına, dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə xidmət göstərir.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016-cı il tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Elşən Mustafayevi təbrik etdi və ona uğurlar arzuladı. Elşən Mustafayev əməyinə verilən böyük qiymətə görə dövlət başçımız cənab İlham Əliyevə dərin minnətdarlığını bildirdi və bundan sonrakı fəaliyyətində böyük etimadı doğrultmağa çalışacağını qeyd etdi.Tədbirdə çıxış edənlər qeyd etdilər ki, dövlət qulluqçularının işi daim ictimaiyyətin diqqət mərkəzindədir və onlar fəaliyyətlərində humanizm və sosial ədalət prinsiplərinə əsaslanan mənəvi normaları rəhbər tutmalıdırlar. Mənəvi saflıq, vicdanlılıq və təmənnasızlıq dövlət qulluğunda əsas meyarlardır.Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Yasamal Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə Fəxri Fərmanla təltif olundular.
14.06.2016Çərşənbə axşamı

“Müşfiqin ürəyi yarpaqdan incə”

Yasamal rayon İcra Hakimiyyətinin, Mədəniy-yətsünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və Müşfiqsevər ziyalılarınn birgə təşkilatçılığı ilə ölməz şair Mikayıl Müşfiqin 108-ci illiyinə həsr olunmuş "Müşfiqin ürəyi yarpaqdan incə” adlı poeziya günü keçirildi.Tədbiri ziyalı Müşfiqsevər ağsaqqal Adil Sadıxov açaraq sözü Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradovaya verdi. Təravət Muradova vurğuladı ki,Müşfiq Azərbaycan poeziyasının yaranmasında və inkişafında böyük rolu oynamış nadir istedadlı şairlərdəndir , və xoşbəxt şairlərdəndir, çünki bu gün burada bu qədər Müşfiqsevərlər toplaşıb.Tədbirdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən iştirak edən Təbliğat və statistik araşdırmalar şöbəsinin müdiri M.Müşfiq və C.Cabbarlı mükafatı laureatı Sənan Talıbov çıxış edərək Mərkəzin rəhbərliyi adından bütün iştirakçıları salamlayaraq Mikayıl Müşfiqin həyat və yaradıcılığından bəhs etdi.Sonda əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə, şairlər Oqtay Rza, Müşfiq Cabiroğlu, Vahab İsmayılzadə, alim Firudin Qurbansoy, professor Rafiq Sadıqov, "Cahan İdman Klubu” İctimayi Birliyinin sədri Elçin Eyvazov, rəssam Minayə Feyzullayeva, M.Müşfiq adına 18 saylı tam orta məktəbinin müəllimi Ənvər Səfərov və şagirdləri, aktyor Rasim Məmmədov, aşıq Aidə Gülgəz və xanəndə İnci Şırvanlı çıxış edərək Müşfiq poeziyasının tükənməz çeşməsindən bir birindən gözəl əsərlərini dinləndirərək poeziya gününə rəng qatdılar. Tədbir Müşfiqin dünyaya göz açdığı Xızı rayonu Sayadlı kəndində davam etdi.
01.06.2016Çərşənbə

28 may- Respublika günü münasibətilə konsert

28 may Respublika günü münasibətilə Yasamal rayon İcra Hakimiyyəti ANS Şirkətlər Qrupu ilə birlikdə Yasamal parkında bayram tədbiri keçirildi. Məşhur müğənnilər Yasamal parkında rayon sakinlərinə əsl bayram abu-havası yaşatdılar.

Tədbirdə Respublikamızın tanınmış incəsənət ustalarının iştirakı ilə bayram konserti olmuş, şən mahnılar səsləndirilmişdir. Tədbirdə eyni zamanda ANS Şirkətlər Qrupunun ANS CM radiosunun yaranmasının 22-ci ildönümü də qeyd olunmuşdur. Rayon tədbirində rayon rəhbərliyi, rayonun idarə, müəssisə və təşkilarlarında çalışan və rayon sakinlərindən 2500 nəfərdən çox tamaşaçı iştirak etmişdir.

Səhnədə həm rəqs, həm də müsiqi nömrələri birlikdə vəhdət təşkil edib. Ən çox əylənənlər isə heç şübhəsiz ki, uşaqlar oldular.

Tədbir ANS TV-də yayımlanmışdır.

17.05.2016Çərşənbə axşamı

Yasamal Bələdiyyəsinin apardığı abadlıq işləri

2016- cı ilin fevral-mart aylarında məhəllədaxili asfalt örtüyünün çəkilməsi və abadlıq işlərinin görülməsi ilə bağlı Mirzə İbrahimov küçəsi 53, Məmmədhüseyn Şəhriyar küçəsi 5, Fuad İbrahimbəyov küçəsi 35/45, Naxçivani küçəsi 15 ünvanlarda yaşayan sakinlər tərəfindən daxil olmuş və müraciətlərə baxıldıqdan sonra Yasamal Bələdiyyəsi tərəfindən abadlıq işləri həyata keçirilmişdir.
11.05.2016Çərşənbə

Yasamal rayonunda keçirilən ağacəkmə aksiyası

    Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Yasamal rayonunda rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə rayonun idarə, müəssisə və təşkilatlarının iştirakı ilə rayonun bir neçə yerində, o cümlədən Bakı Dairəvi yolun kənarlarında ağac əkilməsi və yaşıllaşdırma tədbiri – ümumrayon iməciliyi keçirilmişdir.

Ümumilikdə 3500 nəfərin iştirak etdiyi iməcilikdə 1400 dekorativ ağac və bəzək kolu əkilmişdir. Ağacların bir qismi nadir ağac növləri olmaqla xarici ölkələrdən gətirilmişdir, bir qismi isə yerli şəraitə yuğun, ənənəvi ağac növləridir. İməcilikdə, həmçinin, əkilmiş ağaclar suvarılmış, taxta dirəklərlə möhkəmləndirilmişdir.

Bundan başqa, rayonun bütün idarə, müəssisə və təşkilatlarına məxsus ərazilərdə abadlıq, sanitariya-gigiyena tədbirləri, yaşılllaşdırma işləri həyata keçirilmişdir. Bu tədbirlərdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Texniki Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Dövlət Pedaqoji Kolleci , 1 saylı Bakı Tibb Kolleci, 2 saylı Bakı Baza Tibb Kolleci və Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi, rayonun digər idarə, müəssisə və təşkilatların kollektivləri fəal iştirak etmişlər. 2016-cı il mart-aprel aylarından may ayının 10-dək hər həftənin şənbə və bazar günlərində Yasamal rayonu ərazisində rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə ağacəkmə, yaşıllaşdırma işləri həyata keçirilmişdir.

10.05.2016Çərşənbə axşamı

Yasamal Bələdiyyəsinin 2015- ci ildə gördüyü işlərin hesabatı

    2015-cü il ərzində Bələdiyyənin 13 iclası keçirilmiş və iclaslarda rayonun yerli sosial-humanitar, abadlıq və digər problemlərinin həlli  üzrə 72 məsələyə baxılmış, hər bir məsələ üzrə müvafiq qərar qəbul edilərək onların icrası təmin edilmişdir. Hesabat dövründə Bələdiyyəyə rayon sakinlərindən və ayrı-ayrı hüquqi şəxslərdən ümumilikdə 475  müraciət daxil olmuşdur. Bütün müraciətlər mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılmış, kollegial qərar qəbul edilməsinə ehtiyac olan məsələlər Bələdiyyə iclasına çıxarılaraq hər bir müraciət üzrə konkret qərarlar qəbul edilərək icraс тəmin edilmişdir. Nəticədə Bələdiyyə tərəfindən 1341 ünvana cavab məktubları, sorğular, bildirişlər  və müraciətlər göndərilmişdir. Keçən müddət ərzində bələdiyyənin daha səmərəli fəaliyyətini təmin etmək məqsədilə təşkilati-idarəetmə strukturunu təkmilləşdirmiş, bələdiyyənin maliyyə-iqtisadi bazası möhkəmləndirilmişdir. Bələdiyyə idarəçiliyində müasir idarəetmə texnologiyalarını tətbiq etməklə vahid informasiya  bazası yaradılmış və əhaliyə göstərilən ictimai xidmətlərin səviyyəsi xeyli dərəcədə yaxşıllaşdırılmışdır. Eyni zamanda  Yasamal Bələdiyyəsinin yeni inzibati binasında texniki və digər təhcizatla bağlı işlər başa çatdırılmış, rayon ərazisində yerli özünüidarəetmənin səmərəli həyata keçirilməsi üçün bələdiyyə üzvləri və qulluqçuları üçün müvafiq xidməti şərait yaradılmışdır. Bələdiyyənin səmərəli fəaliyyəti onun güclü iqtisadi potensialına malik olmasından  birbaşa asılıdır. Ona görə də bələdiyyəmizin maliyyə vəziyyətinin yaxşılaşdırılması  üçün ilk növbədə yerli vergi və ödənişlərin yığılması prosesi təkmilləşdirilmiş və vergi ödəyicilərinin avtomatlaşdırılmış uçotu sistemi yaradılmış, yerli vergi və ödənişlərin əhali tərəfindən asan ödənilməsi məqsədilə Yasamal bələdiyyəsi emanat ödəniş terminallarına qoşulmuşdur. Aparılmış məqsədyönlü tədbirlər nəticəsində qeydə alınmış vergiödəyicilərin sayı 25 minə çatdırılmış, 50 minə yaxın vergiödəyicisinə tədiyyə bildirişləri verilmişdir. 2015-ci ildə Yasamal bələdiyyəsinin gəlirləri 546 899 manat, xərcləri isə 512 232 manat təşkil etmişdir.

 

Gəlirlər:

Fiziki şəxslərdən torpaq və əmlak vergisi- 251630 man.

Mehmanxana sanatoriya  və turizm xidmətlərinə görə ödənişlər-  77430 man.

Avtomobil dayanacaqlarından rüsum- 5269  man.

Torpaq icarə haqqı-  26260 man.

Bələdiyyə əmlakının özkəninkiləşdirilməsindən  gəlir- 4160 man.

Bələdiyyənin digər fəaliyyətindən daxil olan gəlirlər- 12150 man.

Dövlət büdcəsindən verilən dotasiya- 170 000 man.

Xərclər:

Aparatın saxlanması xərcləri- 241176  man.

Sosial müdafiə və sosial təminat xərcləri-  55 534  man.

Mənzil kommunal, abadlıq və quruculuq xərcləri- 185 987  man.

Digər xərclər- 29535  man.  

   Bildiyiniz kimi yerli vergi və ödənişlərin yığılması, bələdiyyə büdcəsinin lazımi səviyyədə formaılaşdırılması və onun maliyyə potensialının gücləndirilməsi, ilk növbədə bələdiyyə əhalisinin mənafeyinə uyğun yerli problemlərin həlli ilə bağlı sosial-iqtisadi, abadlıq-quruculuq və ekoloji proqramların reallaşdırılmasına xidmət etməlidir. Bu baxımdan Yasamal Bələdiyyəsi yaşayış məhəllələrin abadlaşdırılması və nümunəvi abad məhəllələr yaradaraq yerli sakinlərin istifadəsinə verilməsi sahəsində müəyyən təcrübə toplamış və müsbət nəticələr əldə etmişdir. Belə ki, bələdiyyəmiz  fəaliyyətə başladığı ilk gündən işini  inzibati ərazidə yaşayan sakinlərlə əlaqəli şəkildə qurmağa və yerli əhalinin bələdiyyənin fəaliyyətinə cəlb etməyə çalışmışdır.  Fəaliyyət planımız sakinlərin sosial sifarişləri ilə bağlı daxil olan müracətlər əsasında tərtib olunur. Ərazidə yaşayış məhəllələrin abadlaşdırılması zamanı da  yerli əhalinin istək və arzularının nəzərə alınmasını vacib şərt kimi dəyərləndiririk. Bu məqsədlə bələdiyyənin inzibati ərazizində yaratdığımız məhəllə komitələrinin imkanlarından  maksimum  istifadə edirik. Onlara bələdiyyənin fəaliyyəti, funksiya və səlahiyyətləri, yerli vergi və ödənişlərin ödənilməsi, habelə məhəllə komitələrinin bələdiyyənin işində biləvasitə iştirakı ilə bağlı müvafiq maarifləndirmə işləri aparılır və eyni zamanda yerli problemlərin öyrənilməsi məqsədi ilə sorğular keçirilərək aşkar edilmiş problemlərin birgə həllinə nail olunur. Əhali ilə birgə fəaliyyətin vacibliyini nəzərə alaraq 2015-ci ilin birinci yarımilində də  10 yeni məhəllə komitəsi yaradılmış və beləliklə də  Yasamal bələdiyyəsində  məhəllə komitələrinin sayı 84-ə çatdırılmışdır. Bu istiqamətdə işlərimizi davam etdiririk.

    Bələdiyyə ərazisində yaşayan sakinlərin biləvasitə köməyi və dəstəyi ilə “Bir Bələdiyyə -azı bir layihə” çərçivəsində Yasamal Bələdiyyəsi tərəfindən son 5 il ərzində 5 yaşayış məhəlləsində, sakinlərin bütün sosial təbəqələri üçün hər cür şəraiti olan nümunəvi abad məhəllələr yaradılaraq onların idtifadəsinə verilmişdir. Abadlaşdırılmış məhəllələrdə sadə idman meydançaları tikilmiş və lazımi idman qurğuları ilə təchiz edilmişdir.

   Bələdiyyə iclasının qərarı ilə məhəllələrdə abadlıq-quruçuluq işləri, ilk növbədə daha çox vergi ödəyən məhəllə komitələrinin ərazisində aparılması müəyyənləşdirilmişdir. Belə bir qərarın qəbul edilməsində məhəllə komitələri də iştirak etmiş və stimullaşdırıcı amil kimi  bu təcrübə tərəfimizdən son illərdə uğurla tətbiq edilir. Bələdiyyə büdcəsinə ödənilən vergilərin əsasən də məhəlləsinin abadlaşdırılmasına  və orada yaşayan aztəminatlı ailələrə maddi yardımlara yönəldilməsi barədə məlumatı olan və qonşu məhəllələrin timsalında bunu  faktiki görən sakinlər vergilərin vaxtında ödənilməsində özləri maraqlı olurlar.  Təcrübə göstərir ki, məhəllələrin abadlaşdırılması zamanı yerli əhalinin bələdiyyə işinə cəlb edilməsi, bələdiyyə fəaliyyətində şəffaflığın təmin edilməsinin əsas şərti kimi ictimai nəzarətin həyata keçirilməsinə şərait yaratmaqla bərabər, yerli əhalidə təşəbbuskarlığı da artırmış olur. Eyni zamanda  istifadəyə verildilkdən sonra abadlaşdırılmış məhəllələrin qorunub saxlanması və yaşıllıqlara xidmət edilməsi işinin təşkilini maraqlı tərəf kimi məhəllə sakinləri  öz üzərinə götürürlər.

Qeyd etdiyim müsbət nəticələri nəzərə alaraq ərazidə məhəllələrin abadlaşdırılması işində  sakinlərin daha aktiv iştirakını təmin etmək məqsədilə tərəfimizdən məhəllə komitələrinin işinin daha səmərəli qurulması üçün onların koordinasıya şurası yaradılmış və imkanlarından maksimum yararlanmaq istiqamətində işlərimizi davam etdiririk. Məlumat üçün bildiririk ki, 2015-ci il ərzində  də  rayon ərazisində  növbəti bir yaşayış məhəlləsinin abadlaşdırılmasını planlaşdırmışıq.  Dörd  hündürmərtəbəli yaşayış binasını  özündə birləşdirən və  500-ə yaxın ailə olmaqla 2000 nəfərdən çox əhalinin yaşadığı məhəllədə hal-hazırda məhəllə komitəsinin yaradılması, sakinlərin iştirakı ilə  məhəllənin planlaşdırılması, görüləcək abadlıq işlərinin smetasının müəyyənləşdirilməsi  və  yerli vergilərin yığılması   istiqamətində müvafiq işlər aparılır.

Cari ilin 1-ci rübündə rayonun M. Rahim 20 yaşayış məhəlləsi tam abadlaşdırılaraq sakinlərin istifadəsinə verilmişdir.

    Hesabat dövründə Respublikamızda keçirilən I Avropa oyunlarına hazırlıq və oyunların keçirilməsi ilə bağlı tədbirlərdə də  Yasamal  Bələdiyyəsi fəal iştirak etmiş və öhdəsinə düşən məsələləri vaxtında və yüksək məsuliyyət hissi ilə yerinə yetirmişdir. Rayon ərazisindən keçən  olimpiya marşurut yollarının kənarlarında təmir-tikinti və yaşıllaşdırma işləri aparılmış, bu məqsədlə bələdiyyə büdcəsindən 53 min manat maliyyə vəsaiti xərclənmişdir.

   Rayonun İ.Qutqaşınlı, Q. Xəlilov, B. Xəlilov küçələrində yeni çəkilmiş yolun ətrafının müasir üzluk materiallardan hasarınmasını rayon icra hakimiyyəti ilə birlikdə həyata keçirilmiş, qeyd olunan 696 kv.m. hissəsi bələdiyyə büdcəsi hesabına yerinə yetirilərək bu məqsədlə 50 min manat xərclənmişdir.

    İl ərzində rayonun məhəllədaxili yollarında təmir işləri aparılmışdır. Belı ki, M.Seyidov, M.Muxtarov küçələrində, Y.Yasamal 2, 308 saylı orta məktəbin giriş yolu, Y. Yasamal ev 4, 5, 6 və  ev 9, 10 yaşayış məhəllələrinin giriş yolları təmir edilmiş və ümumilikdə 4430 kv. metr asfalt örtüyü çəkilmiçdir. Ümumilikdə  hesabat  ili ərzində təmir-tikinti və abadlıq işlərinə 158 min manat maliyyə vəsaiti xərclənmişdir.

     Yasamal Bələdiyyəsi 2015- ci ilin noyabrında respublikada keçirilən parlament seçkilərində fəal iştirak etmişdir. Belə ki, təsdiq olunmuş tədbirlər planına uyğun olaraq rayon ərazisində yaşayan seçicilərin siyahısı dəqiqləşdirilmiş, seçici aktivliyinin artırılması üşün müvafiq tədbirlər görülmüş, ərazidə təbliğat-təşviqat lövhələrinin yerləşdirilməsi və seçki məntəqələrinin təşkili ilə bağlı öhdəmizə düşən məsələləri vaxtında həll edərək seçkilərin  yüksək səviyyədə həyata keçirilməsinə nail olunmuşdur.

    Hesabat dövründə Yasamal bələdiyyəsi xarici ölkə bələdiyyələri ilə təcrübə mübadiləsi ilə bağlı da müəyyən işlər görmüşdür. Bələdiyyə rəhbərliyi yerli özünüidarəetmə sahəsində qabaqcıl təcrübənin öyrənilməsi məqsədi ilə qardaş Türkiyə Respublikasında və  Litva dövlətində olmuş, qarşılıqlı əlaqələrin yaradılması istiqamətində müəyyən işlər aparılmışdır. Mövcud əlaqələr çərçivəsində Yasamal Bələdiyyəsi ilə qardaşlaşmış  İstanbul şəhərinin  Pendik Bələdiyyəsinin  2015-ci ilin 18-24 aprel tarixlərində Beynəlxalq Uşaq şənliklərində  bələdiyyəmizi Yasamal rayonunun  24 saylı Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin rəqs qrupu təmsil etmişdir.

   Yasamal  Bələdiyyəsinə  hesabat  dövrü  ərzində sosial problemlərlə bağlı  rayon təşkilatlarından və sakinlərdən daxil olmuş müraciətlər əsasında tədbirlər keçirilmiş və əhaliyə maddi yardımlar göstərilmişdir.

   “20 Yanvar” faciəsinin 25-ci ildönümü ilə əlaqədar rayon İcra Hakimiyyəti  ilə  birgə 158 saylı orta  məktəbdə keçirilən tədbirdə  40 nəfər şəhid ailəsinin hər birinə 20 (iyirmi) manat olmaqla ümumilikdə 800 manat məbləğində ərzaq yardımı göstərilmişdir. 

    Faşizm üzərində qələbənin 70 illiyi ilə əlaqədar olaraq  bələdiyyənin yeni tikilmiş inzibati binasında  08.05.2015-ci il tarixdə rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə 20 nəfər BVM veteranının hər birinə 30(otuz)manat məbləğində olmaqla ümumilikdə 600 manat məbləğində  maddi yardım göstərilmişdir.

     Qurban bayramı münasibətilə rayon ərazisində yaşayan 75 nəfər şəhid,əlil,köçkün ailələrin hər birinə 1kq. olmaqla 770(yeddi yüz yetmiş)manat məbləğində qurban əti paylanmışdır.

     Yeni dərs ilinin başlanması ilə əlaqədar 13 imkansız ailəyə 24 nəfər məktəbli üçün məktəbli formalarının və dərs ləvazimatlarının alınması üçün ümumilikdə 1200(bir min iki yüz)manat məbləğində maddi yardım göstərilmişdir.

     31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi  günü və Yeni il münasibətilə Yasamal rayon ərazisində yaşayan 25 nəfər şəhid ailəsinə,20 nəfər Qarabağ müharibəsi əlilinə,5 nəfər Qarabağ veteranının hər birinə 30(otuz)manat olmaqla 1500(bir min beş yüz)manat məbləğində maddi yardım göstərilmişdir.

 Keçirilən tədbirlərlə yanaşı Bələdiyyəyə sosial məsələlərlə bağlı daxil olan AR.Prezidenti Administrasiyasından,rayon İcra Hakimiyyətindən 12, AR.Ədliyyə nazirliyi Bələdiyyələrlə İş Mərkəzindən 6 və  rayon sakinlərindən 157 müraciət müvafiq komissiyada baxılmış və Bələdiyyə iclasında müzakirə edilmişdir.Hesabat dövrü ərzində çıxarılan müvafiq qərarlara əsasən 35 şəhid ailəsinə, 29 Qarabağ əlilinə, 5 Qarabağ veteranına, 67 əlilə, 1 Çernobıl əlili ailəsinə, 3 məcburi köçkün ailəsinə,5 tənha ahıl şəxsə, 11 pensiyaçıya, 46 imkansız ailəyə ümumilikdə  202 nəfərə maddi yardım göstərilmişdir.  

     Rayon ərazisində yaşayan müharibə və əmək veteranlarının sosial müdafiəsini gücləndirmək məqsədilə rayon müharibə və əmək veteranları təşkilatına hər ay 200 manat olmaqla 2400 manat, rayon Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələri İctimai birliyinə  hər ay 200 manat olmaqla 2400 manat məbləğində vəsait ayrılmışdır.

   Yasamal bələdiyyəsinin təşkilatlığı ilə rayon ərazisində 4 ay müddətində “Analıq məktəbi” və “ Kimsəsizlərə yardım “ sosial və maarifləndiriçi layihələr həyata keçirilmişdir. Layihələr bələdiyyə üzvü Sima Çələbinin rəhbərliyi ilə bələdiyyə üzvləri Fatimə Məmmədova və Reyhan Rzayeva tərəfindən reallaşdırılmışdır.

    Ümumilikdə  sosial tədbirlərə 21570 manat məbləğində vəsait xərclənmişdir.

    İl ərzində Yasamal bələdiyyəsinin gördüyü işlər və 2016-cı ildə qarşıda duran vəzivələr barədə  rayonun 4 sahə inzibati ərazi dairələri ilə birlikdə  rayon sakinləri ilə görüçlərdə  hesabatlar verilmişdir.

    Gələcəkdə də Yasamal Bələdiyyəsi inzibati ərazisində yerli problemlərin həlli istiqamətində işlərini uğurla davam etdirmək əzmindədir.

 

Yasamal  bələdiyyəsinin sədri                                                      Zakir  Cəfərov

09.05.2016Bazar ertəsi

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü

    Yasamal rayon İcra Hakimiyyəti və YAP Yasamal rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirdi. Əvvəlcə İncəsənət gimnaziyası tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış oldu. YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov müasir Azərbaycan Dövlətinin memarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin nəsillərə örnək olan mənalı ömür yoluna, zəngin siyasi və dövlətçilik fəaliyyətindən danışdı.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirdi ki, məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərq və Qərb arasında etibarlı körpü rolunu oynamağa başlayıb və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrildi.

      YAP siyasi şurasının üzvü İradə Hüseynova, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və digər çıxışçılar Ulu Öndərin dövlət quruculuğu prosesində müxtəlif sahələrdə həyata keçirdiyi uğurlu islahatlardan söz açdılar. Sonda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film və tələbələrin hazırladıqları bədii kompozisiya nümayiş olundu.

« 1 2 ... 8 9 10