Yasamal rayonunun ictimaiyyəti 20 yanvar şəhidlərini anıb
20 yanvar faciəsinin 33-cü ildönümü
ilə əlaqədar paytaxtn 20 yanvar dairəsində 20 yanvar şəhidlərinin xatirəsinə
ucaldılmış abidə kompleksinin önündə Yasamal rayon İcra Hakimiyyətinin,millət
vəkillərinin,YAP Yasamal rayon təşkilatının sədrinin, bələdiyyə üzvləri və
qulluqçularının və təşkilat rəhbərlərinin iştirakı ilə anım mərasimi keçirilib.
Yasamal Rayon İcra Hakimiyyətinin
başçısı Elşad Həsənovun rəhbərliyi ilə millət vəkilləri, ziyalılar və şəhid
ailələri 20 yanvar abidə kompleksinə gələrək Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyünün müdafiəsi uğrunda mübarizədə həyatlarını fəda etmiş vətən
övladlarını təcəssüm etdirən kompleksin önünə tər qərənfillər düzmüş,
şəhidlərimizin xatirəsinə ehtiramlarını bildirmişlər.Vətən övladlarının əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Daha sonra Yasamal Rayon İcra
Hakimiyyətinin təşəbbüsü və Yasamal Bələdiyyəsinin təşkilatçılığı ilə ehsan
süfrəsi açılıb.Tədbirdə 20 yanvar şəhidlərinin xatirəsi yad edilib, ruhlarına
dualar oxunub.
20 Yanvar faciəsinin canlı şahidi ziyarət edildi.
20 yanvar
faciəsindən 33 il keçir.Yasamal bələdiyyəsinin tədbirlər planına əsasən
bələdiyyənin rəhbərliyi,bələdiyyənin məhəllə komitələrinin sədrləri 20 Yanvar
faciəsinin canlı şahidi II qrup əlil Nazim Ələkbərovu ziyarət
etmişlər.Evində yaratdığı muzeylə tanış olmuşlar,həmin hadisələr haqqında
təəssüratlarını onunla bölüşüblər,hadisələrinin canlı şahidi Nazim Ələkbərovun gördüklərindən
və yaşadıqlarından bəhs edən "Son anda” adlı filmdən söhbət açıblar.
Sonda Nazim Ələkbərova Ümummilli Lider
Heydər Əliyev və Prezident İlham Əliyev haqqında kitablar təqdim olunmuşdur.
Yasamal Bələdiyyəsi 2022-ci il üçün hesabat verdi
Yasamal Bələdiyyəsinin 2022-ci il ərzində gördüyü
işlər barədə Bələdiyyənin sədri Tahir Məmmədov geniş çıxış edərək bildirdi ki, Bələdiyyənin
26 iclası keçirilmiş və iclaslarda rayonun yerli əhəmiyyətli problemlərinin
həlli üzrə 187 məsələyə baxılmış, hər bir məsələnin icrası təmin edilmişdir.Bələdiyyəyə
rayon sakinlərindən və ayrı ayrı təşkilatlardan ümumilikdə 725 ərizə və
müraciətlər daxil olmuş,tərəfimizdən 1887 ünvana cavab və sorğular göndərilmişdir.
Yasamal Bələdiyyəsi "Bir Bələdiyyə - azı bir lahiyə” çərçivəsində yerli
aşağıdakı işləri görmüşdür.
Məhəllə
daxili yolların və yaşayış məhəllələrinin abadlaşdırılması üzrə tədbirlər planına
uyğun olaraq rayonun müxtəlif ünvanlarında məhəllədaxili yolların və həyətlərin
təmiri həyata keçirilmişdir.
Yasamal Bələdiyyəsi mütəmadi olaraq
sosial-humanitar tədədbirlər həyata kecirir, sosial qayğıya ehtiyacı olan
sakinlər həmişə diqqət mərkəzində saxlaylr, onları narahat edən problemlərin
həlli istiqamətində əməli işlər görülür.
"20
Yanvar” faciəsinin ildönümü ilə əlaqədar
Rayon İcra Hakimiyyərti ilə birgə "20 Yanvar” şəhid ailələrinə və əlillərinə
ümumilikdə 90 nəfərə ərzaq yardımı paylanmışdir.
Fevral ayında ”Xocalı”
faciəsinin ildönümü ilə əlaqədar 50 nəfərə Xocalı
şəhid ailələrinə ərzaq yardımı paylanmışdir.
Rayon
ərazisində yaşayan şəhid, əlil və imkansız ümumilikdə 38 ailədən olan 78 uşaq üçün məktəbli
formasının və məktəb ləvazimatlarının alınmasına maddi yardım gösrərilmişdir.
Daxil
olan müraciətlər əsasında 106
nəfərə maddi yardım
göstərilmişdir.Müsbət nəticələr, əsasən Bələdiyyə
büdcəsinin formalaşdırılması üçün vergi və ödənişlərin vaxtı-vaxtında yerli
büdcəyə ödənilməsinin təmin edilməsində
əldə edilmişdir. Vergi ödəyicilərinin sayı əvvəlki illərə nisbətən artmışdır.
Rayon ərazisində yaşayan müharibə veteranlarının sosial müdafiəsini gücləndirmək məqsədilə rayon Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələri İctimai birliyinə hər ay maddi yardım göstərilmişdir.
I Qarabağ müharibəsi şəhidi İsgəndərov Əşrəf Ramiz oğlunun anası Axundova Məryəm Yusup qızı Bələdiyyə tərəfindən himayəyə götürülmuşdür.Mütəmadi olaraq dərman preparatları və ərzaq məhsulları ilə təmin olunur.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyəti ilə birlikdə Yasamal Bələdiyyəsi rayonun Mətbuat prospektində,Əsəd Əhmədov küçəsində,99 ədəd müxtəlif növ ağacəkmə aksiyası keçirilmişdir.
Aksiya çərçivəsində ərazidə təmizlik-abadlıq işləri aparılmış,habelə əvvəlki illərdə salınmış yaşıllıqlara qulluq göstərilmiş və eyni zamanda rayon ərazisində qurumuş ağaclar yenisiylə əvəz olunmuşdur.
"Qurban” bayramı münasibətilə rayon İcra Hakimiyyəti ilə birgə keçirilən tədbirdə rayonun şəhid ailələrinə, Vətən müharibəsi iştirakçılarına, aztəminatlı ailələrə, tənha şəxslərə və əlillərə ümumilikdə 2800 nəfərin hər birinə çəkisi 2 kq. olmaqla ümumilikdə 5600 kq. ət paylanmışdır.
Məhəllə
komitələrinin sədrləri hər zaman bələdiyyə tərəfindən aparılan təşkilatı
işlərdə yaxından köməkliklər göstəriblər. Əhalinin maarifləndirilməsində daima
bələdiyyəyə yardımçı olublar. Eyni zamanda əmlak vergisinin
ödənilməsinə,ərazilərin təmiz saxlanılmasına nəzarət edirlər və bu barədə daima
Bələdiyyəni məlumatlandırırlar.Azərbaycan vətəndaş Cəmiyyətinin İnkişafında, gənclərin hərbi
vətənpərvərlik ruhunun aşılanması və bələdiyyə vətəndaş vəhdətinin
möhkəmlənməsi istiqamətində aktiv fəaliyyətlərinə görə 26 məhəllə komitələrinin sədrləri Yasamal bələdiyyəsinin Fəxri fərmanı ilə
təltif ediliblər.
Vətən Müharibəsində şəhid olan Yasamal sakinlərinin doğum və anım
günlərində məzarları ziyarət olunmuş ,ehsan süfrələri açılmışdır.Mütəmadi
olaraq şəhid ailələri və Vətən
Müharibəsi iştirakçıları ziyarət olunmuş, onlara ərzaq və maddi yardım verilmiş,
3 Vətən müharibəsi iştirakçısının evi təmir olunmuşdur. Şəhid ailələrinin
yaşadıqları ünvanlarda abadlıq işləri aparılmış,söhbətgahlar qoyulmuş və xatirə
bulağı inşa edilmişdir.
8 noyabr Zəfər
bayramı münasibətilə Yasamal rayon İcra Hakimiyyətinin təşəbbüsü,Yasamal
Bələdiyyəsinin təşkilatçılığı ilə şəhid ailələrinin və qazilərin eləcədə Mədəniyyət Nazirliyinin əməkdaşlarının iştirakı ilə "Yaşıl mədəniyyət” devizi altında ağacəkmə
aksiyası keçirilmişdir. Bu cür
aksiyalar Yasamal Bələdiyyəsi tərəfindən mütəmadi olaraq davam etdirilir.
31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi günü və Yeni il münasibətilə rayonun
Parlament prospekti 44 ünvanında Yasamal
Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Yasamal Bələdiyyəsinin təşkilatçılığı
ilə tədbir keçirilmişdir.
Azərbaycan
Respublikası Prezidentinin müvafiq sərəncamının icrasının təmin etmək məqsədilə
Yasamal Bələdiyyəsinin elektron saytı və elektron ünvanı yaradılmış, müasir
İKT-nin bütün imkanlarından istifadə edərək fasiləsiz internetlə təmin olunmuş,
elektron vergi sistemi yaradilaraq bələdiyyənin vahid informasiya bazası
formalaşdırılmışdır. Bələdiyyənin fəaliyyətini özündə əks etdirən hesabatlar,
keçirlən tədbirlər barədə məlumatlar bələdiyyənin saytında yerləşdirilərək
əhalinin bələdiyyənin fəaliyyəti barədə məlumat almaq və onlardan elektron
müraciətlərin qəbulu üçün müvafiq şərait yaradılmışdır.
Yasamal rayonunda ağacəkmə aksiyası keçirilmişdir.
Zəfər Günü münasibətilə Yasamal Rayon İcra
Hakimiyyətinin təşəbbüsü,Yasamal Bələdiyyəsinin təşkilatçılığı və Mədəniyyət
Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi ilə "Yaşıl
mədəniyyət” devizi altında ağacəkmə aksiyası keçirilmişdir.Aksiyada Eldar şamı,
səvr, dekorativ gül və kol bitkiləri olmaqla müxtəlif növ ağaclar əkildi. Bu
cür aksiyalar Yasamal Bələdiyyəsi tərəfindən mütəmadi olaraq davam etdirilir.
Yasamal Bələdiyyəsində payız-qış mövsümünə hazırlığın yekunları müzakirə olunub
İclasda 15 noyabr 2022-ci il tarixdə keçirilən müşavirədə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun qış mövsümünə hazırlıqla bağlı verilən tapşırıqlarının həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Bələdiyyədə keçirilən iclasda hər olduğu kimi bu ildə qış mövsümü ilə əlaqədar operativ tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
8 Noyabr - Zəfər Günü Yasamal rayonunda geniş şəkildə qeyd edilib.
Yasamal Bələdiyyəsinin üzvləri Vətən müharibəsinin şəhidini yad edib
Yasamal bələdiyyəsinin üzvləri 2-ci Fəxri Xiyabanda şəhid Feyruz
Hacılının məzarını ziyarət edib.Dövlət himni səsləndirilib, şəhidin ruhuna
dualar oxunub, məzarı önünə gül dəstələri qoyulub.
Daha sonra Yasamal bələdiyyəsinin üzvləri Yasamal rayonunda Birinci Qarabağ və Vətən
müharibələrində şəhid olmuş Yasamal sakinlərinin əziz xatirəsinə ucaldılan 339 şəhidin ad və soyadı əks olunan memorial kompleksi ziyərət ediblər.
Yasamal Bələdiyyəsi şəhid anasını ziyarət edib
Şəhid ailələrinə və qazilərə qayğı göstərmək və
onları narahat edən problemləri vaxtında həll etmək Yasamal rayon İcra hakimiyyətinin və rayon Bələdiyyəsinin
daima diqqət mərkəzindədir. Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid
olmuş vətənpərvər oğullarımızdan biri də İsgəndərov Əşrəf Ramiz oğludur.Yasamal
bələdiyyəsinin üzvüləri və qulluqçuları şəhidin anası Məryəm Axundovanı ziyarət etmişlər. Müxtəlif xəstəliklərdən əziyyət çəkən şəhid anası
üçün lazımi dərman preparatları alınmış
və ərzaq yardımı verilmişdir.
Yasamal rayonunda Anım Günündə şəhidlərimiz yad edilib
27 sentyabr Anım Günü Yasamal rayonunda geniş şəkildə qeyd edilib.Yasamal rayon ictimaiyyəti Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizi yad edib.Öncə ictimaiyyət nümayəndələri Anım Günü çərçivəsində Yasamal rayonunda agacəkmə aksiyası keçiriblər. Rayon rəhbərliyi və şəhid ailələrinin, bələdiyyə üzvlərinin və qulluqçularının iştirak etdiyi ağacəkmə aksiyasında müxtəlif növ ağaclar əkilib.
Daha sonra şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq 2-ci Fəxri Xiyabanda əsgər və zabit şəhidlərimizin məzarları ziyarət edilib.Şəhidlərin ruhuna dualar oxunub, məzarları önünə gül dəstələri qoyulub. Daha sonra saat 12.00-da ümumölkə aksiyası çərçivəsində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Yasamal rayonu ictiamiyyətinin nümayəndələri Təzə Pir məscidində ehsan mərasimində bir araya gəliblər.Tədbirdə şəhidlərin ruhuna dualar oxunub, onların əziz xatirəsi ehtiramla yad edilib.
Gebze bələdiyyəsinin nümayəndə heyəti Yasamal Rayon İcra Hakimiyyətində görüşlər keçirib
Bakıda səfərdə olan Türkiyənin Gebze bələdiyyəsinin nümayəndə heyəti Yasamal Rayon İcra Hakimiyyətində görüşlər keçirib.Qonaqları salamlayan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri çox yüksək səviyyədədir. Ulu Öndər Heydər Əliyev bu münasibətlərin "Bir millət, iki dövlət” prinsipi əsasında qurulduğunu bəyan etmişdir. Bildirildi ki, Türkiyə dövləti 2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycana mənəvi və siyasi dəstək verdi və Azərbaycan dövləti və xalqı bunu çox yüksək qiymətləndirir.Qeyd olundu ki, Azərbaycan-Türkiyə münasibətlərinin yüksəlməsində cənab Prezident İlham Əliyev və cənab Prezident Rəcəb Tayyip Ərdoğanın xüsusi xidmətləri var.
Öz növbəsində Gebze bələdiyyəsinin sədri Zinnur Böyükgöz qonaqpərvərliyə görə Azərbaycan tərəfində minnətdarlğını bildirdi. Görüşdə çıxış edən Milli Məclisin deputatları Elnur Allahverdiyev, Səbinə Xasayeva, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov və Türkiyə Böyük Millət Məclisinin üzvü Cəmil Yaman ikitərəfli münasibətlərin müxtəlif sahələrindən söz açdılar.Görüş zamanı yerli özünü idarəetmə sahəsində təcrübə mübadiləsi, qurumlar arasında ticarət, mədəniyyət, iqtsadiyyat sahələrində əlaqələrin perspektilərinə dair ətraflı fikir mübadiləsi aparıldı.
Yasamal bələdiyyəsi qazinin mənzilini təmir edib
Şəhid
ailələrinin, qazilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində
cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sistemli, ardıcıl və
davamlı tədbirlər həyata keçirilir.
Yasamal rayonunda Vətən
müharibəsi şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və
qayğı ilə yanaşılır. Yasamal bələdiyyəsi olaraq müntəzəm olaraq bu ailələrin
problemləri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar
tədbirlər həyata keçirirlər.
Vətən müharibəsi qazisi Namir
Həsənovun müraciəti bələdiyyə iclasında müzakirə edilərək dərhal evin təmir
edilməsi qərara alınıb.
Bu günlərdə Yasamal
bələdiyyəsinin sədri Tahir Məmmədov və aparatın işçiləri qazinin təmir olunmuş
mənzilində olaraq səmimi söhbət etmiş və söhbət zamanı qazini narahat edən
digər problemlər müzakirə olunmuş və ona yaxından köməklik göstərilmişdir.
Yasamal bələdiyyəsi şəhid ailəsini ziyarət edib
Bu gün Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov və aparatın işçiləri şəhid Elvin Salahovun ailə üzvlərini ziyarət edib. Şəhidin atası Sabir Salahovla söhbətdə Elvinin döyüş yolundan danışılmış, 44 günlük müharibədə əldə edilən tarixi qələbəmizdə məhz Elvin kimi mərd gənclərimizin xüsusi rolu olması vurğulanmışdır.Bələdiyyə sədri Tahir Məmmədov söhbət zamanı 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəmanlardan biri də Elvin Salahovun olduğunu dilə gətrimiş, onun bu qəhrəmanlığını, göstərdiyi şücaəti dövlət tərəfindən də yüksək qiymətləndirilərək "Cəsur döyüşçü” medalı, ”Vətən müharibəsi iştirakçısı” medalı, "Kəlbəcərin azad edilməsinə görə” medalı, "Xocavəndin azad edilməsinə görə” medalı, "Şücaətə görə” medalı ölümündən sonra təltif edildiyini bildirmişdir. Bələdiyyə sədri şəhid ailələrinin evlərini ziyarət edərkən hər birinin əziz xatirəsinə ehtiram əlaməti olaraq güşəsinə baxış keçirib, ruhuna rəhmət diləyib. Şəhidlərimizin əziz xatirəsinin xalqımızın yaddaşına həkk olunduğunu vurğulayan Tahir Məmmədov ölkə prezidenti İlham Əliyev tərəfindən hər zaman şəhid və qazilərimizin qələbəmizin təmin olunmasındakı fədakarlıqlarını ən yüksək səviyyədə dəyərləndirdiyini qeyd edib.Ölkə başçısının şəhid ailələrinə göstərdiyi qayğı və diqqətə həm də bələdiyyədə öz töhvəsini hər zaman verməkdədir. Sədr bildirib ki, bələdiyyədə artıq bu istiqmətdə ayrıca bir sosial proqram təsdiq edilib. Bu istiqamətdəki fəaliyyətimizdə məhz bu proqrama uyğun qurmuşuq.Əlavə edək ki, Elvin Salahov Füzuli-Qubadlı istiqamətində gedən döyüşlərdə oktyabrın 23-də Qubadlıda snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlib.
Yasamal rayonunda abadlıq işləri davam etdirilir.
Yasamal rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun müxtəlif ünvanlarında kompleks tədbirlər həyata
keçirilir.Rayonun ayrı-ayrı küçələrində,həyət və
yaşayış məhəllələrində abadlıq-quruculuq işləri aparılır,
binaların həyətində sakinlərin asudə
vaxtlarını keçirmək üçün söhbətgahlar və oturacaqlar qoyulur, onların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə
məhəllədaxili yollara asfalt örtüyü çəkilir.Növbəti abadlıq işləri rayonun Zaur
Kərimov küçəsində aparılmış və məhəllədaxili yollara asfalt örtüyü
çəkilmişdir.
Rayon ərazisində abadlıq-quruculuq sahəsində
aparılan işlər mütəmadi olaraq davam etdirilir.
Yasamal rayonunda Qurban bayramı münasibətilə tədbir keçirilib.