18:39
8 Noyabr - Zəfər Günü Yasamal rayonunda geniş şəkildə qeyd edilib.
8 noyabr Zəfər Gününün ikinci ildönümü paytaxtın Yasamal rayonunda geniş şəkildə qeyd edilib.Öncə rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər Yasamal rayon şəhidlərinin xatirə kompleksində bir araya gəldilər. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və rayon ictimaiyyəti şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdi, Dövlət himni səsləndirildi, kompelks önünə gül dəstələri qoydu.      Daha sonra mərasim iştirakçıları 2-ci Fəxri Xiyabana baş çəkərək Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərimizin ruhlarına dualar oxundu, xatirələri ehtiramla yad edildi.  Daha sonra rayon ərazisində agacəkmə aksiyası keçirildi. Aksiya Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Yasamal Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutdu. Bu nəcib aksiya Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinə ithaf olundu. Ağacəkmə kampaniyasında Eldar şamı, səvr, dekorativ gül və kol bitkiləri olmaqla müxtəlif növ ağaclar əkildi. Aksiya çərçivəsində ərazidə təmizlik-abadlıq işləri aparıldı, habelə əvvəlki illərdə salınmış yaşıllıqlara qulluq göstərildi.
















Views: 22 | Added by: YasamalBələdiyyəsi | Rating: 0.0/0