ELANLAR

FAYDALI LİNKLƏR

AXTARIŞ

FOTOALBOM

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

SAAT

TƏQVİM

«  İyul 2016  »
BB.erÇ.axÇC.axCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

FOTOALBOM

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye


13:00
26 İyun - Silahlı Qüvvələr gününə həsr olunmuş tədbirlər
 

26 İyun – Silahlı Qüvvələr günü münasibətilə Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yasamal rayonu N saylı hərbi hissədə A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin hesabat konsert proqramı keçirilmişdir.

Mədəniyyət Mərkəzinin direktoru Zivər Əhmədova tədbir iştirakçılarını salamlayaraq, əsgərlərə və şəxsi heyətə bayram münasibəti ilə Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin təbrikini çatdırdı və 26 İyun – Silahlı Qüvvələr günü münasibətilə konsert proqramı təşkil edildiyini vurğuladı.

Bildirdi ki, son dövrdə bütün cəbhə boyu gedən şiddətli döyüşlərdə Azərbaycan əsgəri düşmənə öz gücünü bir daha sübut etdi. Hadisələr bir daha göstərdi ki, Azərbaycan əsgərinin qəhrəmanlığı, Azərbaycan xalqının Vətən və Torpaq kimi yüksək dəyərlər uğrunda birliyi və fədakarlığı sadəcə söz deyil, gerçəklikdir.

Tədbir zamanı “Şəms” rəqs kollektivi, “Xudafərin” instrumental Xalq ansamblı , “Arzu” xalq çalğı alətləri ansamblı çıxış etdilər.

Daha sonra Mədəniyyət Mərkəzinin solistləri Səidə Orucova, Aidə Abaszadə, Hazar Quliyev, Rəna Xəlilova , Hüseyn Babayev bir-birindən həzin, könül oxşayan mahnılar ifa etdilər.

Baxış sayı: 259 | Xəbəri yerləşdirdi: yasamalbelediyye |