Yasamal rayonunda genişmiqyaslı agacəkmə aksiyası keçirilib Ölkəmizdə qeyd edilən "Heydər
Əliyev ili” çərçivəsində bu gün Yasamal Bələdiyyəsi rəhbərliyinin, Azərbaycan Respublikası Müdafiə
Nazirliyi nümayəndələrinin və şəhid ailələrinin iştirakı ilə agacəkmə aksiyası
keçirilib. Yüzlərlə agacın əkildiyi aksiya zamanı Eldar şamı, sərv, tuya, akasiya və digər
növ ağaclar əkilib, abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb,
yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Aksiya ikinci Fəxri Xiyabanın ərazisində
baş tutub.Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov qeyd edib ki, aksiyanın
keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin
qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin
diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir. |