03.03.2023Cümə

Yasamal rayonunda abadlıq işləri davam etdirilir.

Yasamal rayonu Əsəd Əhmədov küçəsi 31 ünvanda yaşayan sakinlərlə görüş keçirilmiş,sakinlərin istəyini nəzərə alaraq  binanın həyətdə abadlıq-quruculuq işləri aparılmış və sakinlərin istifadəsinə verilmişdir.Sakinlərin asudə vaxtlarının keçirmək üçün oturacaqlar və söhbətgahlar qoyulmuş,uşaqlar üçün yelləncəklər quraşdırılmış, müxtəlif növ ağaclar əkilmişdir.Rayon ərazisində abadlıq-quruculuq sahəsində aparılan işlər davam etdirilir.







 

03.03.2023Cümə

Tələbələr Yasamal Bələdiyyəsində təcrübə keçəcəklər

     Bakı Biznes Universitetinin Biznes və menecment fakültəsinin "Dövlət və Bələdiyyə İdarəetmə” ixtisası üzrə təhsil alan tələbələri, Yasamal bələdiyyəsində may ayına kimi təcrübə keçəcəklər.

     Tələbələrinin təcrübə kursunu bələdiyyədə keçmələri gənclərin bələdiyyə fəaliyyətini daha dərindən öyrənmələrinə xidmət edir və onların gələcəkdə bələdiyyə sahəsində ixtisaslarına uyğun çalışmalarında stimul yaradır.