23.11.2022Çərşənbə

Yasamal rayonunda ağacəkmə aksiyası keçirilmişdir.

Zəfər Günü münasibətilə Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsü,Yasamal Bələdiyyəsinin təşkilatçılığı və Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi ilə "Yaşıl mədəniyyət” devizi altında ağacəkmə aksiyası keçirilmişdir.Aksiyada Eldar şamı, səvr, dekorativ gül və kol bitkiləri olmaqla müxtəlif növ ağaclar əkildi. Bu cür aksiyalar Yasamal Bələdiyyəsi tərəfindən mütəmadi olaraq davam etdirilir.