17.11.2022Cümə axşamı

Yasamal Bələdiyyəsində payız-qış mövsümünə hazırlığın yekunları müzakirə olunub

Yasamal Bələdiyyəsində 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıqla bağlı 15 noyabr 2022-ci il tarixdə Yasamal rayon İcra Hakimiyyətində   keçirilən müşavirədə təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
     İclasda 15 noyabr 2022-ci il tarixdə keçirilən müşavirədə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun qış mövsümünə hazırlıqla bağlı verilən tapşırıqlarının həyata keçirilməsinin vacibliyi vurğulanıb.
      Bələdiyyədə keçirilən iclasda hər olduğu kimi bu ildə qış mövsümü ilə əlaqədar  operativ tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.