Yasamal Bələdiyyəsi şəhid anasını ziyarət edib Şəhid ailələrinə və qazilərə qayğı göstərmək və
onları narahat edən problemləri vaxtında həll etmək Yasamal rayon İcra hakimiyyətinin və rayon Bələdiyyəsinin
daima diqqət mərkəzindədir. Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid
olmuş vətənpərvər oğullarımızdan biri də İsgəndərov Əşrəf Ramiz oğludur.Yasamal
bələdiyyəsinin üzvüləri və qulluqçuları şəhidin anası Məryəm Axundovanı ziyarət etmişlər. Müxtəlif xəstəliklərdən əziyyət çəkən şəhid anası
üçün lazımi dərman preparatları alınmış
və ərzaq yardımı verilmişdir. |