Gebze bələdiyyəsinin nümayəndə heyəti Yasamal Rayon İcra Hakimiyyətində görüşlər keçirib Bakıda səfərdə olan Türkiyənin Gebze bələdiyyəsinin nümayəndə heyəti Yasamal Rayon İcra Hakimiyyətində görüşlər keçirib.Qonaqları salamlayan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri çox yüksək səviyyədədir. Ulu Öndər Heydər Əliyev bu münasibətlərin "Bir millət, iki dövlət” prinsipi əsasında qurulduğunu bəyan etmişdir. Bildirildi ki, Türkiyə dövləti 2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycana mənəvi və siyasi dəstək verdi və Azərbaycan dövləti və xalqı bunu çox yüksək qiymətləndirir.Qeyd olundu ki, Azərbaycan-Türkiyə münasibətlərinin yüksəlməsində cənab Prezident İlham Əliyev və cənab Prezident Rəcəb Tayyip Ərdoğanın xüsusi xidmətləri var. Öz növbəsində Gebze bələdiyyəsinin sədri Zinnur Böyükgöz qonaqpərvərliyə görə Azərbaycan tərəfində minnətdarlğını bildirdi. Görüşdə çıxış edən Milli Məclisin deputatları Elnur Allahverdiyev, Səbinə Xasayeva, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov və Türkiyə Böyük Millət Məclisinin üzvü Cəmil Yaman ikitərəfli münasibətlərin müxtəlif sahələrindən söz açdılar.Görüş zamanı yerli özünü idarəetmə sahəsində təcrübə mübadiləsi, qurumlar arasında ticarət, mədəniyyət, iqtsadiyyat sahələrində əlaqələrin perspektilərinə dair ətraflı fikir mübadiləsi aparıldı. Yasamal bələdiyyəsi qazinin mənzilini təmir edib Şəhid
ailələrinin, qazilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində
cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sistemli, ardıcıl və
davamlı tədbirlər həyata keçirilir. Yasamal rayonunda Vətən
müharibəsi şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və
qayğı ilə yanaşılır. Yasamal bələdiyyəsi olaraq müntəzəm olaraq bu ailələrin
problemləri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar
tədbirlər həyata keçirirlər. Vətən müharibəsi qazisi Namir
Həsənovun müraciəti bələdiyyə iclasında müzakirə edilərək dərhal evin təmir
edilməsi qərara alınıb. Bu günlərdə Yasamal
bələdiyyəsinin sədri Tahir Məmmədov və aparatın işçiləri qazinin təmir olunmuş
mənzilində olaraq səmimi söhbət etmiş və söhbət zamanı qazini narahat edən
digər problemlər müzakirə olunmuş və ona yaxından köməklik göstərilmişdir. |