Yasamal rayonunda abadlıq işləri davam etdirilir. Yasamal rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun müxtəlif ünvanlarında kompleks tədbirlər həyata
keçirilir.Rayonun ayrı-ayrı küçələrində,həyət və
yaşayış məhəllələrində abadlıq-quruculuq işləri aparılır,
binaların həyətində sakinlərin asudə
vaxtlarını keçirmək üçün söhbətgahlar və oturacaqlar qoyulur, onların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə
məhəllədaxili yollara asfalt örtüyü çəkilir.Növbəti abadlıq işləri rayonun Zaur
Kərimov küçəsində aparılmış və məhəllədaxili yollara asfalt örtüyü
çəkilmişdir. Rayon ərazisində abadlıq-quruculuq sahəsində
aparılan işlər mütəmadi olaraq davam etdirilir. |