14.07.2022Cümə axşamı

Yasamal rayonunda Qurban bayramı münasibətilə tədbir keçirilib.

Yasamal rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Dünya müsəlmanların mənəvi birlik, həmrəylik və qardaşlıq bayramı olan müqəddəs "Qurban bayramı” münasibəti ilə Yasamal bələdiyyəsində keçirilən tədbirdə rayonun şəhid ailələrinə, Vətən müharibəsi iştirakçılarına, aztəminatlı ailələrə, tənha şəxslərə və əlillərə bayram münasibətilə Qurban əti paylanmışdır.  Bu barədə məlumatı Yasamal bələdiyyəsi yayıb. 
Bayram payı alan sakinlər bu əziz gündə kəsilən qurbanların Allah tərəfindən qəbul olunmasını diləmiş, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını arzulamış, ölkə rəhbərliyinə xoş arzularını ifadə etmişlər.