17.06.2022Cümə

Vətən müharibəsi iştirakçısının yaşadığı evin damı təmir edilmişdir.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun rayon sakinləri üçün keçirdiyi səyyar qəbulda iştirak etmiş oğlu Vətən müharibəsi iştirakçısı Səmədova Yeganənin yaşadığı evin dam örtüyünün və döşəməsinin təmirə ehtiyac olduğunu bildirmişdir.Yasamal Bələdiyyəsi tərəfindən Səmədova Yeganənin yaşadığı evin dam örtüyünə tol çəkilmiş və döşəməsi təmir edilmişdir.

   Yasamal rayon İcra Hakimiyyəti və Yasamal bələdiyyəsi şəhid ailələrinin və qazilərin daima yanındadır və onlara xüsusi diqqət göstərir.