16.06.2022Cümə axşamı

Yasamal rayonunda abadlıq işləri davam etdirilir.

Yasamal rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Yasamal Bələdiyyəsi tərəfindən Həsənbəy Zərdabi  küçəsi  89 A və "Dağlar” MTK-ya məxsus Məhəmməd Xiyabani küçəsində yerləşən 2 saylı binaların  həyətində sakinlərin asudə vaxtlarının keçirmək üçün söhbətgahlar və oturacaqlar qoyulmuşdur.Rayon ərazisində abadlıq-quruculuq sahəsində aparılan işlər davam etdirilir.