Şəhidin anim mərasimi keçirilmişdir. Vətən müharibəsinin iştirakçisi
olmuş şəhid Dadaşzadə Kənan Elman oğlunun Yasamal Bələdiyyəsinin "Mərasim evi”ndə
dünyaya gəldiyi gün anım tədbiri keçirilmişdir. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin və Yasamal Bələdiyyəsinin rəhbər şəxsləri
iştirak etmişdir.Torpaqlarımızın
bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir
dəqiqəlik sükutla yad edilib və ruhlarına dualar oxunub,Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirilib. Anım
tədbirində 52 nömrəli orta məktəbin
şagirdlərinin ifasında
Vətən müharibəsinə və şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş
etdirilib. Yasamal
rayon İcra Hakimiyyəti və Yasamal bələdiyyəsi şəhid ailələrinin və qazilərin
daima yanındadır və onlara xüsusi diqqət göstərir. |