20.04.2021Çərşənbə axşamı

Yaşıllaşdırma işlərinin aparılması davam etdirilir.

Azərbaycanda həyata keçirilən dövlət siyasətində ekoloji məsələlərin o cümlədən yeni yaşıllıqların salınmasının özünəməxsus yeri var.           
  Bu siyasətin uğurlu davamı olaraq hazırda Azərbaycanda ekoloji 
məsələlərin həllinə xüsusi diqqət göstərilir,o cümlədən yeni yaşıllıqların 
salınması istiqamətində mühüm layihələr həyata keçirilir.Bizdə Yasamal bələdiyyəsi olaraq,bu kimi layihələrin həyata keçirilməsində yaxından iştirak edirik.Yasamal Bələdiyyəsi tərəfindən İnşaatçılar prospekti ilə Bəxtiyar Vahabzadə küçələrinin kəsişməsində yerləşən ərazidə ağaclar, gül-çiçək kolları əkilmiş,qazon örtüyü salınmış və yaşıllaşdırma işləri aparılmışdır.