14.04.2021Çərşənbə

Yasamal Bələdiyyəsində “Nizami Gəncəvi İli” adlı tədbir keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2021-ci il Azərbaycanda "Nizami Gəncəvi ili” elan edilmişdir.Yasamal bələdiyyəsində də"Nizami Gəncəvi ili” ilə əlaqədar tədbir keçirilmişdir.Tədbirdə Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov  çıxış edərək cənab Prezidentin Sərəncamının dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ərəfəsində bəşəri əhəmiyyət kəsb etdiyini və Nizaminin qələmindən çıxmış əsərlər insanlarda yüksək zövq,böyük dərrakə və ağıl tərbiyə edən,insanın həm özünü,həm də mühitini çox geniş planda, bütün təzadları ilə təsvir edən uzun ömürlü, olməz əsərlər olmasını vurğulamışdır.