Şəhid anasının evi təmir olundu Şəhid ailələrinə və qazilərə qayğı göstərmək və onları narahat edən problemləri vaxtında həll etmək Yasamal rayon İcra hakimiyyətinin və rayon Bələdiyyəsinin daima diqqət mərkəzindədir. Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş vətənpərvər oğullarımızdan biri də Nəsib Mikayıl oğlu Məlikovdur. Anası Xəlilova Lətifə Şahbala qızının yaşadığı mənzil öz istəyinə uyğun olaraq, qısa bir zamanda təmir olunmuşdur. Lətifə Xəlilova aparılan təmir işlərinə görə rayon İcra hakimiyyətinə və Yasamal Bələdiyyəsinə öz minnətdarlığını bildirmişdir. |