11.02.2021Cümə axşamı

Şəhid məzarı ziyarət edildi.

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Hacıyev Qoşqar Zahid oğlunun şəhidlik zirvəsinə ucalmasından bir il ötür. Yasamal rayon İcra Hakimiyyətinin, Yasamal bələdiyyəsinin üzvülərinin və qulluqçularının, rayon ictimaiyyətinin iştirakı ilə şəhidin məzarı ziyarət edilmiş, məzarı önünə əklil və gül dəstləri qoyulmuş, ruhuna dualar oxunmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin.