06.01.2021Çərşənbə

Qarabağ Qazisinin evinə Ziyarət olunub.

Yasamal Bələdiyyəsi torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda başlanan Vətən müharibəsində yaralanan əsgər və zabitlərimizi mütəmadi olaraq evlərində ziyarət edir, qazi ailələrinin problemləri ilə maraqlanır, onlara ərzaq yardımları çatdırılır.Bələdiyyənin əməkdaşları 06.01.2021-ci il tarixdə Vətən müharibəsi qazisi Yasamal rayonundan könüllü olaraq cəbhəyə yola düşmüş Abdullayev İbrahim Elmar oğlunu evində ziyarət edib, səhhəti ilə maraqlanıb, cəbhə təəssüratlarını dinləyiblər.
Allah yaralı əsgərlərimizə şəfa versin.