23.12.2020Çərşənbə

23.12.2020-ci il tarixdə Türk Dünyası Bələdiyyələr Birliyi ilə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyası arasında video konfrans

Video konfransda Türkiyənin bələdiyyə sədrləri, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının nümayəndələri, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov və Respublikamızın bir neçə bələdiyyə sədrləri iştirak etmişdir. Konfransın məqsədi Türkiyə Cumhuriyyətində eləcədə Respublikamızda Koronavirus pandemiyası ilə əlaqədar görülən işlər barədə idi. Video Konfransın məzmununa uyğun olaraq, pandemiya dövründə Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədovun Təşkilatçılığı ilə rayon ərazisində sakinlər arasında mütəmadi olaraq maarifləndirici söhbətlər aparılmış, tövsiyələr verilmiş,pulsuz tibbi maskalar paylanılmış və rayon ərazisində yerləşən yaşayış binalarında dezinfeksiya işləri aparılmışdır.Eyni zamanda sakinlərə parça maskadan istifadə qaydalarından və parça maskadan istifadə qaydalarından və parça maskanın hazırlanması üzrə təlimatdan bəhs edən bukletlər paylanılmışdır. Hal-hazırda Yasamal rayon ərazisində maarifləndirmə dezinfeksiya işləri davam etdirilir.