Yasamal Bələdiyyəsi Yasamal rayon İcra Hakimiyyətinin
təşəbbüsü ilə xüsusi karantin rejiminin
tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin
aparılmasını davam etdirir.Bu gün
rayonun A.M.Şərifzadə küçəsindəki iri supermarketlərə reydlər və əhali arasında
maarifləndirmə işləri davam etdirilmişdir. Keçirilən maarifləndirmə işlərində əhalinin
sıx olduğu məkanlarda, ticarət obyektlərində qoruyucu maskalardan istifadənin zəruriliyi
və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılmış,
o cümlədən sakinlərə maskalar paylanılmışdır. |