Bu gun Azərbaycan
Ordusunun şəhid olan general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev
torpağa tapşırılıb.General-mayor və polkovnikin cənazəsi ikinci Fəxri xiyabanda
dəfn olunub. Dəfn mərasimində Yasamal rayon İcra Hakimiyyəti və Yasamal rayon Bələdiyyəsi tam heyyətlə iştirak ediblər.Yasamal
Bələdiyyəsi kollektivi adından bütün şəhidlərimizə Allahdan rəhmət diləyir,
onların ailə üzvlərinə və əmək kollektivinə səbr diləyirik. Başın sag
olsun Vətən! |