13.07.2020Bazar ertəsi

Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işləri davam etdirilir

  Yasamal Bələdiyyəsi Yasamal rayon İcra Hakimiyyəti ilə birgə  xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin aparılmasını  davam etdirir.Keçirilən maarifləndirmə işlərində əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində qoruyucu maskalardan istifadənin zəruliliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılmış, o cümlədən sakinlərə maskalar paylanılmışdır.