09.07.2020Cümə axşamı

Yasamal Bələdiyyəsi koronavirus infeksiyasının qarşısının alınması məqsədilə profilaktik tədbirləri davam etdirir

Yasamal Bələdiyyəsi Yasamal rayon İcra Hakimiyyəti ilə birgə  koronavirus infeksiyasının yayılmasının  qarşısının alınması məqsədilə rayonda mütəmadi profilaktik tədbirləri, həmçinin xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədilə yaradılmış mobil qrup üzvləri tərəfindən reydləri davam etdirir. Əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində həyata keçirilən reydlər zamanı sakinlərlə Nazirlər Kabinetinin Opertaiv Qərərgahının tələb və tövsiyyələrinə riayət edilməsi ilə bağlı izahetmə işləri aparılır, bukletlər paylanılır, tibbi qoruyucu maskalardan istifadə,sosial izolyasiya və sanitar-gigiyena qaydalarına ciddi riayət edilməsi tövsiyyə edilir.Reyd keçirilən obyektlərdə işçi heyətinə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin, sosial məsafənin gözlənilməsinin vacibliyi və əhəmiyyəti barədə ətraflı məlumat verildi.