14.11.2018Çərşənbə

Yasamal rayonunda aparılan abadlıq-quruculuq işləri davam etdirilir

Prezident İlham Əliyevin tapşırığına əsasən paytaxtda quruculuq işləri çərçivəsində şəhərsalmanın müasir tələblər səviyyəsinə uyğunlaşdırılmasına diqqət yetirilir.Bir çox küçə və prospektdə yaşayış binaları və parkların müasir ,zövq oxşayan üslubda bərpası,yol infastrukturunun yenidən qurulması davam etdirilir.Bakının hər yerində olduğu kimi Yasamal rayonununda da abadlıq işləri aparılır.Bu istiqamətdə həyata keçirilən layihələr çərçivəsində məhəllələrdə nümunəvi həyətlərin salınması görülən işlərin tərkib hissəsidir.Rayon ərazisində 17 yeni abad məhəllənin salınması ilə bağlı işlər görülür.Bu məhəllələrdən bir neçəsi,o cümlədən Hüseyn Cavid prospekti 518-ci məhəllədəki abad həyət artıq sakinlərin istifadəsinə verilib.