12.11.2018Bazar ertəsi

Bu gün Azərbaycan Respublikasının Konstitusiyası günüdür

1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır.1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi.Belə ki, Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib.Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunladırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib.Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılıb.Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxıb.Bunun üçün prezident Heydər Əliyev rəhbərliyi ilə xüsusi komissiya yaradılıb,Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılıb.1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə,12 fəsil və 158 maddədən ibarətdir.2002-ci ilin avqustunda referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib.Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb.Qeyd edək ki,Konstitusiya-dövlətin ali qanunudur,ali hüquqi qüvvəyə malikdir,dövlətin siyasi,hüquqi və iqtisadi əsaslarını təsbit edir.