19.01.2018Cümə

Yanvarın 19-də 20 yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirildi

Yanvarın 19-də Yasamal rayon M.Müşfiq adına 18 nömrəli tam orta məktəbdə rayon İcra Hakimiyyəti ilə birgə 20 yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova,Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərova, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, YAP Yasaml rayon təşkilatının Qadınlar şurasının sədri Tamella Şahbazova, 18 nömrəli tam orta məktəbin və digər məktəblərin rəhbərləri, şəhid ailələri iştirak etdilər. Tədbir iştirakçıları ilk öncə 18 nömrəli tam orta məktəbin foyesində məktəblilərin əl işlərindən ibarət 20 yanvar hadisələrinə həsr olunmuş sərgiyə baxış keçirdilər. Tədbir Azərbaycanın bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş şahidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. 18 saylı tam orta məktəbin şagirdlərinin ifasında şeirlər və bədii kompazisiya səsləndirildi. Tədbirin sonunda Yasamal Bələdiyyəsi və İcra hakimiyyətinin əməkdaşları tərəfindən şəhid ailələrinə ərzaq yardımları paylanıldı.