05.07.2016Çərşənbə axşamı

26 İyun - Silahlı Qüvvələr gününə həsr olunmuş tədbirlər

26 İyun – Silahlı Qüvvələr günü münasibətilə Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yasamal rayonu N saylı hərbi hissədə A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin hesabat konsert proqramı keçirilmişdir.Mədəniyyət Mərkəzinin direktoru Zivər Əhmədova tədbir iştirakçılarını salamlayaraq, əsgərlərə və şəxsi heyətə bayram münasibəti ilə Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin təbrikini çatdırdı və 26 İyun – Silahlı Qüvvələr günü münasibətilə konsert proqramı təşkil edildiyini vurğuladı.Bildirdi ki, son dövrdə bütün cəbhə boyu gedən şiddətli döyüşlərdə Azərbaycan əsgəri düşmənə öz gücünü bir daha sübut etdi. Hadisələr bir daha göstərdi ki, Azərbaycan əsgərinin qəhrəmanlığı, Azərbaycan xalqının Vətən və Torpaq kimi yüksək dəyərlər uğrunda birliyi və fədakarlığı sadəcə söz deyil, gerçəklikdir.Tədbir zamanı "Şəms” rəqs kollektivi, "Xudafərin” instrumental Xalq ansamblı , "Arzu” xalq çalğı alətləri ansamblı çıxış etdilər.Daha sonra Mədəniyyət Mərkəzinin solistləri Səidə Orucova, Aidə Abaszadə, Hazar Quliyev, Rəna Xəlilova , Hüseyn Babayev bir-birindən həzin, könül oxşayan mahnılar ifa etdilər.