SAAT

ELANLAR

FAYDALI LİNKLƏR

FOTOALBOM

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

ONLİNE ÖDƏMƏ

TƏQVİM

«  Noyabr 2018  »
BB.erÇ.axÇC.axCŞ
    123
45678910
11121314151617
18192021222324
252627282930

FOTOALBOM

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye


12:00
17 noyabr Milli Dirçəliş Günüdür
      

Azərbaycanın Milli Dirçəliş Günü 17 noyabr, 1992-ci ildə elan olunmuşdur. Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan milli azadlıq hadisələriylə bağlıdır. Azərbaycanda bu hadisələr milli-azadlıq hərakatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır. 1988-ci il noyabrın 17-də Ermənistanın torpaq iddiaları, SSRİ rəhbərliyinin Dağlıq Qarabağ bölücülərinə dolayı dəstək verməsi, Azərbaycan hakimiyyətinin ərazi bütövlüyünün müdafiəsində qətiyyətsizliyi əleyhinə Bakıda tələbə hərəkatı fəallarının başlatdığı etiraz aksiyaları ümummilli mitinqlərlə nəticələndi. Milyonlarla insan Azadlıq meydanına yığışaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı. Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilmədi.
1989-cu ilin sentyabrında Ali Sovetin Azərbaycanın suverenliyi haqqında Konstitusiya Aktını qəbul etməsi Moskvanı daha da qıcıqlandırdı və 1990-cı ilin 19-20 yanvarında Bakıya qoşun yeridildi. Mitinq iştirakçılarına qarşı ağır texnika və odlu silahdan istifadə edildi. Yüzlərlə aksiya iştirakçıları və dinc sakin vəhşicəsinə qətlə yetirildi. Amma bu hadisə xalqımızın milli qürurunu sındıra bilmədi. Əksinə, azadlıq hərəkatını daha da sürətləndirdi. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi elan olundu. Qısa müddət ərzində Azərbaycan Respublikasının müstəqilliyinə real təhlükə olan SSRİ qoşunları Azərbaycandan çıxarıldı və 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunmağa başlandı.

 

 | Baxış sayı: 18 | Xəbəri yerləşdirdi: yasamalbelediyye |