ELANLAR

FAYDALI LİNKLƏR

AXTARIŞ

FOTOALBOM

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

SAAT

TƏQVİM

«  Sentyabr 2017  »
BB.erÇ.axÇC.axCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930

FOTOALBOM

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

Yasamal Rayonu haqqında

 

Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Yasamal rayonu inzibati ərazi vahidi kimi 1932-ci ildə yaradılmışdır, rayon cənubdan Səbail (3 km), qərbdən Qaradağ (3,2 km), şimaldan Binəqədi (2,8 km) və şərqdən Nəsimi (5 km) rayonları ilə həmsərhəddir. Rayonun ərazisi 16,22 kv.km-dir.

Rayon ərazisindən - cənubdan “Qurd qapısı”ndan və Badamdar qəsəbəsindən keçərək Bakı-Qazax və Bakı-Astara, qərbdən – Yeni Yasamal massivindən keçərək Bakı dairəvi yol vasitəsilə Bakı-Qazax, Bakı-Astara və Bakı-Yalama, şimaldan – Biləcəri enişi vasitəsi ilə Bakı-Qazax və Bakı-Yalama magistrallarına çıxış vardır.

Rayon əhalisinin sayı 244 900 nəfərdir. Rayon ərazisində Ermənistan Respublikasından – öz doğma yurdlarından didərgin düşmüş qaçqın və 11 işğal olunmuş rayondan məcburi köçkünlər yaşayır. Bunlardan 319 ailə - 1238 nəfər qaçqın, 6226 ailə - 23795 nəfər məcburi köçkün bu günədək rayon İcra Hakimiyyətində qeydiyyatdan keçmişdir:

Qeydiyyatda olan rayon əhalisinin sıxlığı 1 kv.km-ə 15 098 nəfər düşür. Rayon əhalisinin 118 776 nəfərini, yəni 48.5 faizini kişilər, 126 124 nəfərini, 51.5 faizini qadınlar təşkil edir.

Rayon ərazisində 7 ali təhsil müəssisəsi, 4 orta ixtisas təhsil müəssisəsi, 4 musiqi məktəbi, 29 uşaq bağçası-körpələr evi, 25 orta ümumtəhsil məktəbi (lisey, gimnaziya) fəaliyyət göstərir ki, burada işləyən müəllimlərin sayı 3109 nəfər, şagirdlərin sayı isə 28 014 nəfərdir.

Metropolitenin “Nizami”, “Elmlər Akademiyası”, “İnşaatçılar” və “20 Yanvar “ metro stansiyaları rayon ərazisindədir.

Rayonun seçkili yerli özünüidarəetmə orqanı Yasamal bələdiyyəsidir.

Rayon ərazisində Azərbaycan Respublikasının seçkili orqanlarına seçkilər üzrə üç seçki dairəsi – 15 saylı Yasamal I seçki dairəsi, 16 saylı Yasamal II seçki dairəsi, 17 saylı Yasamal III seçki dairəsi və bir müştərək – 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi formalaşdırılmışdır.