Əmlak və torpaq vergisi: Kim nə qədər verəcək?
FİZİKİ ŞƏXSLƏR TƏRƏFİNDƏN BƏLƏDİYYƏYƏ (YERLİ) ÖDƏNİLMƏLİ OLAN ƏMLAK VƏ TORPAQ VERGİLƏRİ
1. Fiziki şəxslərin əmlak vergisi dedikdə nə başa düşülür?
Qeyd: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
Maddə 112. Mənzil- tikinti kooperativi üzvünün yaşayış sahəsinə mülkiyyət hüququ
112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu
152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq,ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
2. Əmlak vergilərinin tətbiqinə dair qanunvericiliyə edilmiş son dəyişikliklər nədən ibarətdir?
Əmlak vergisinə son dəyişikliklər: 2015- ci il yanvarın 1-dən Azərbaycanda fiziki şəxslər əmlak vergisini onların xüsusi mülkiyyətində olan evlərin sahəsindən asılı olaraq ödəyəcəklər. (Belə ki, indiyə qədər vergi evlərin inventarlaşdırılmış dəyərindən tutulurdu. Əvvəlki qanunvericiliyə görə, əmlakın dəyəri 5 min manatdan az idisə, vergi tutulmurdu. Dəyər bu məbləği keçərdisə, vergi binanın dəyərindən 0,1 faizini təşkil edirdi.)
3. Son dəyişikliyə əsasən Əmlak vergisi necə hesablanır?
AR Vergi Məcəlləsinə edilən 20 iyun 2014- cü il tarixində son dəyişikliklərə (Bax VM, Maddə 198.1) əsasən, 2015-ci il yanvarın 1-dən əmlak vergisi ümumi sahənin hər kvadratmetrinə görə hesablanır və evin yerləşdiyi ərazidən asılı olaraq aşağıdakı vergi dərəcələri tətbiq edilir:
Yaşayış məntəqələri |
Fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələri (manatla) |
Bakı şəhəri Yasamal rayonu üzrə |
0,4 |
AR. Vergi Məcəlləsinin 198.1.1 maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üşün Bakı şəhərini Yasamal rayonunda yerləşən binalara tətbiq edilən əmsallar.
Bakı şəhəri Yasamal rayonu üzrə |
|
Zonalar |
Əmsallar |
2 3 4 5 10. 1 |
1,4 1,3 1,2 1,10 0,80 |
Qeyd 1. Hər kv.metrinə görə ödənilməli olan əmlak vergisinin hesabatlanması zonalar üzrə əmsallara uyğun olaraq müəyyən edilir.
Qeyd 2. Həmçinin dəyişikliklərdən biri də odur ki, fiziki şəxsə məxsus olan evin ümumi sahəsindən 30 kv.metr çıxılmaqla qalan sahəyə əmlak vergisi hesablanır.
Qeyd 3. Qeyd edilən dəyişiklik yalnız yaşayış sahələri üçün nəzərdə tutulmuşdur. Bu imtiyaz yaşayış sahəsi olmayan əmlaka o cümlədən anbar və kommersiya obyektlərinə və s. aid edilmir.
Qeyd 4. Əmlak vergisi qaraj sahələrinə şamil olunmur.
Bakı şəhəri Yasamal rayonu üzrə zonalar və onların sərhədləri.
Zona 2. Sərhədləri:
Azərbaycan prospektinin (Hüsü Hacıyev küçəsi) Nizami küçəsi ilə kəsişməsindən başlayaraq, şimal istiqamətində Azərbaycan prospekti (Hüsü Hacıyev küçəsi) üzrə Füzuli küçəsi ilə kəsişənədək;
Zona 3. Sərhədləri:
Nəriman Nərimanov prospekti üzrə İnşaatçılar prospekti üzrə İzmir küçəsi ilə kəsişənədək, izmir küçəsi üzrə Tblisi prospekti ilə kəsişənədək;
Zona 4. Sərhədləri:
Yasamal rayonunun inzibati sərhdi üzrə Mətbuat prospekti ilə kəsişənədək, Mətbuat və Həsən bəy Zərdabi prospektləri üzrə şimal istiqamətində Akim Abbasov küçəsi ilə kəsişənədək, Akim Abbasov küçəsi üzrə şərq istiqamətində Azad Mirzəyev küçəsi ilə kəsişənədək, Azad Mirzəyev küçəsi üzrə cənub istiqamətində İnşaatçılar və Nəriman Nərimanov prospektləri kəsişənədək;
Zona 5. Sərhədləri:
Metronun “20 Yanvar” stansiyasından başlayaraq, cənub istiqamətində Tbilisi prospekti üzrə İzmir küçəsi ilə kəsişənədək, İzmir küçəsi üzrə cənub istiqamətində İnşaatçılar prospekti ilə kəsişənədək, İnşaatçılar prospekti üzrə cənub istiqamətində Azad Mirzəyev küçəsi ilə kəsişənədək, Akim Abbasov küçəsi üzrə qərb istiqamətində Həsən bəy Zərdabi prospekti ilə kəsişənədək, Zərdabi və Mətbuat prospektləri üzrə cənub istiqamətində Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişənədək, Abbas Mirzə Şərifzadə küçəsi üzrə şimal istqamətində Müzəffər Həsənov küçəsi ilə kəsişənədək, Müzəffər Həsənov küçəsi qərb istiqamətində Ülvi Bünyadzadə küçəsi üzrə şimal-şərq istiqamətində Moskva prospekti ilə kəsişənədək, Moskva prospekti üzrə cənub istiqamətində metronun “20 Yanvar” stansiyasınadək.
Zona 10.1 Sərhədləri:
Yasamal rayonun digər zonalar ilə əhatə olunmayan hissəsi.
Əmlak və Torpaq vergilərinin hesablanması nümunəsi
Əmlak vergisi üzrə:
1. Fərdi ev (ya mənzil) üzrə vergilərin hesablanması nümunəsi
Ümumi sahəsi 60 kv.metr, 30 kv.metri vergi hesablanmasına daxil edilmir.
Ünvan- Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi ( zona 4, əmsal 1,2)
Bakıda 1 kv.metr üçün vergi 0,40 AZN
(60-30)x0,40x1,2=14,40 AZN
2. Qeyri -yaşayış sahəsi üzrə vergilərin hesablanması nümunəsi
Obyektin ümumi sahəsi 70 kv.metr
Ünvan- Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi (zona 4, əmsal 1,2)
Bakıda 1 kv.metr üçün vergi 0,40 AZN
70x0,40x1,2=33,60 AZN
3. Torpaq vergisi üzrə:
Torpaq vergisi torpağın təyinatından, sahəsindən və yerləşdiyi ərazidən asılı olaraq hesablanır. Məsələn, Bakı şəhəri üzrə 1 sot yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşlarının bağ sahələrin torpağı üçün 0,60 AZN dəyərində torpaq vergisi tutulur. Bu qiymət 10.000 (ya 100 sot) kvadratmetrə qədər olan sahələr üçün tətbiq edilir. 10.000 kvadratmetrdən böyük olan torpaq sahələri üçün bu qiymət 1,2 AZN -ə qədər yüksəlir.
Ödənişlər online və bələdiyyənin aşağıdakı bank hesabına, E-Manat və Poçt vasitəsilə həyata keçirilir:
A1 Emitent/bank
__________________________________
Ad ABB Yasamal filialı
Kodu 805562
VÖİN 9900001881
Müxbir hesab AZ03NABZ 01350100000000002944
S.W.İ.F.T.bik İBAZAZ 2X
__________________________________
A2 Ödəyən müştəri
Adı Yasamal Bələdiyyəsi
Hesab N AZ39IBAZ38090019449676205216
VÖİN 1300396631
Yasamal Bələdiyyəsində qeydiyyata durmaq üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır:
1. Mülkiyyət hüququnu təsdiq edən sənədin surəti
2. Şəxsiyyət vəsiqəsinin surəti
Qeyd: Bu sənədləri həmçinin elektron poçtu vasitəsilə bizə göndərə bilərsiniz.
Email ünvanı: yasamalbelediyyesi@mail.ru