1. Yasamal Bələdiyyəsi, Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 108-110 ünvanda, Yasamal Bələdiyyəsinin inzibati binasının yanında yerləşən ikimərtəbəli, cəmisi 160 m2 olan yardımçı binada olan otaqları, həmçinin Bələdiyyənin inzibati binasının 3-cü mərtəbəsində yerləşən seminar, konfrans və digər tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan zalları Azərbaycan Respublikası qanunvericiliyə uyğun müxtəlif fəaliyyət növləri, o cümlədən repetitor, rəqs dərnəkləri, dərzilik və bu tip başqa işlərlə məşğul olan fiziki və ya hüquqi şəxslərə, qarşılıqlı razılaşma yolu ilə icarəyə verir. Əlaqə telefonları: 012 432 52 24 / 012 432 53 44 / 012 432 52 43
2.Yasamal Bələdiyyəsi Sosial layihələr çərçivəsində növbəti bir layihəyə start verərək gənc və təcrübəli tələbə dizaynerlərin əl işlərinin sərgi satışını bələdiyyənin kitabxana və akt zalında təmənnasız reallaşmasını təşkil edir.Hazırda həmin sənət əsərlərinin sərgi satışı keçirilir.Sənət əsərlərinin fotoşəkilləri Yasamal Bələdiyyəsinin saytında yerləşdirilmişdir.Bu sənət əsərləri ilə maraqlanmaq istəyənlər bələdiyyənin saytında və inzibati binasında tanış ola bilərlər.