zakir      Mən, Məmmədov Tahir İlyas oğlu , 19 mart 1969-cu ildə Qərbi Azərbaycanda anadan olmuşam. 1977-1987-ci illərdə Hövsan qəsəbəsində orta təhsil almışam.1998-2003-cü illərdə Gürcüstan Dövlət Kənd Təsərrüfatı Universitetində hüquqşünas ixtisası üzrə təhsil almışam. 1989-cu ildən əmək fəaliyyətinə başlamışam.18.08.1989-cu il tarixindən 28.02.1991-ci il tarixinədək Geoloji Kəşfiyyat üzrə Azərbaycan İstehsalat Birliyində , 12.07.1996-cı il tarixindən 20.04.2000-ci il tarixinədək Mexanikləşdirmə və Nəqliyyat idarəsində sürücü işləmişəm. 24.04.2000-ci il tarixindən 21.08.2000-ci il tarixinədək Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Enerji nəzarəti və satışı söbəsində 2-ci qrup nəzarətçi, 21.08.2000-ci il tarixindən 06.11.2000-ci il tarixinədək “Bakı elektrik şəbəkə” Əzizbəyov rayon şöbəsində, 06.11.2000-ci il tarixindən 16.08.2001-ci il tarixinədək “Bakı elektrik şəbəkə” Sabunçu rayon şöbəsində, 16.08.2001-ci il tarixindən 08.07.2005-cı il tarixinədək “Bakı elektrik şəbəkə” Nəsimi rayon şöbəsində nəzarətçi vəzifəsində işləmişəm. 08.07.2005-ci il tarixindən 24.07.2006-cı il tarixinədək Bakı şəhər İcra Hakimiyyətinin Nəqliyyat Departamentində dispetçer vəzifəsində işləmişəm. 2004-cü ildən Qaraçuxur Bələdiyyəsinə üzv seçilərək, hüquq məsələləri daimi komissiyasının üzvü olmuşam. 2009-cu ildə yenidən Qaraçuxur Bələdiyyəsinə üzv seçilmişəm. 28.01.2010-cu il tarixindən 23.12.2014-cü il tarixinədək Qaraçuxur Bələdiyyəsinin sədri vəzifəsində işləmişəm. 17 yanvar 2020-ci il tarixindən Yasamal Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişəm. 2003-cü ildən YAP-ın üzvüyəm. Ailəliyəm, 3 övladım var.